Azərbaycan müasir infrastruktura malik idman ölkəsidir
06.12.2012 [13:53]
İqtisadi inkişaf, sabitlik, təhlükəsizlik və müasir infrastruktur ölkəmizin istənilən beynəlxalq yarışı yüksək səviyyədə qəbul etməsinə imkan verir
Məlum olduğu kimi, ölkəmizdə idmanın inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Həmin addımların məntiqi nəticəsidir ki, bu gün Azərbaycanda müasir səviyyəli idman infrastrukturu yaradılıb. Müasir idman kompleksləri, idman arenaları istənilən yarışı yüksək səviyyədə qəbul etməyə imkan verir. Bu amil ölkəmizin beynəlxalq idman federasiyaları və təşkilatları yanındakı nüfuzuna da müsbət mənada təsir göstərib. Dövlət başçısı İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırmaqla yanaşı, beynəlxalq federasiyaların seçim edərkən məhz ölkəmizə üstünlük verməsini təmin edib.
Yəni, Azərbaycan müasir idman və digər infrastruktura, dünya arenalarında böyük uğurlar qazanan idmançılara sahib dövlət kimi seçim zamanı bir addım öndə olur. Artıq ölkəmiz bir il içində, hətta eyni vaxtda bir neçə beynəlxalq yarışa yüksək səviyyədə ev sahibliyi edir. Təxminən bir həftə əvvəl Bakıda şahmat üzrə 2015-ci il Dünya Kuboku yarışlarına və 2016-cı il Dünya Şahmat Olimpiadasına Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı müqavilə imzalanıb. Həmin vaxta qədər Bakıda müasir şahmat mərkəzinin inşası da nəzərdə tutulub.
Qeyd edək ki, ölkəmizin beynəlxalq miqyaslı iki mötəbər şahmat yarışına ev sahibliyi etməsinə dair qərar cari il sentyabrın 8-də FİDE-nin İstanbulda keçirilmiş konqresində yekdilliklə qəbul edilib. Təbii ki, Bakıda belə mötəbər şahmat turnirlərinin keçirilməsi Azərbaycan üçün çox əlamətdar hadisədir. 170-dən artıq ölkənin 3000-dən çox idmançısının iştirak edəcəyi yarış bütün aspektlərinə görə çox nəhəngdir. Demək olar ki, xarici ölkələrin böyük əksəriyyətinin idmançıları, onların məşqçiləri, nümayəndə heyətinin üzvləri Bakıya səfər edəcəklər. Bu amil onu göstərir ki, Azərbaycan həm belə bir mötəbər yarışı təşkil etmək, həm də bu qədər sayda qonağı yüksək səviyyədə qəbul etmək iqtidarındadır. Azərbaycanın inkişafı, sabitliyi, təhlükəsiz dövlət olması, sahib olduğu müasir infrastruktur bu cür yarışları yüksək səviyyədə qəbul etməyə imkan verir. Dövlət bu istiqamətdə işini uğurla davam etdirir. Belə ki, hazırda ölkəmizdə Gimnastika Mərkəzi, üzgüçülük hovuzu, 65 min tamaşaçı tutumuna malik Olimpiya stadionu inşa olunur. Həmçinin, cüdo, güləş və boks idman növləri üzrə bazaların da inşası davam etdirilir. İdman infrastrukturu təkcə paytaxtda deyil, respublikamızın regionlarında da inkişaf etdirilir. Yaradılan idman infrastrukturu dünya standartlarına tam cavab verir və burada beynəlxalq yarışların keçirilməsi üçün hər cür şərait var.
Azərbaycanın idman sahəsində əldə etdiyi uğurlar və bu sahədəki potensialı bir müddət öncə Bakı Sərgi Mərkəzində keçirilən I Azərbaycan Beynəlxalq idman, idman ləvazimatı və geyimi sərgisində nümayiş etdirilib. Sərgi ilə tanış olan Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verilib ki, ölkəmizdə ilk dəfə keçirilən idman, idman ləvazimatı və geyimi beynəlxalq sərgisi Azərbaycanda idmanın inkişafına göstərilən diqqətin təzahürüdür. Sərginin əsas məqsədlərindən biri bu sahədə irihəcmli infrastruktur layihələrinə investisiyaların cəlb edilməsinə nail olmaqdır. 2012-ci ilin Azərbaycanda “İdman ili” elan olunması, Londonda keçirilən Yay Olimpiya və Paralimpiya oyunlarında Azərbaycan idmançılarının yüksək nailiyyətləri də bu sərginin əhəmiyyətini artıran mühüm amillər sırasındadır.
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən idman, idman ləvazimatı və geyimi sərgisi öz meydançasında 50 iştirakçını, o cümlədən, Azərbaycanın idman federasiyaları və klublarını, idman malları və xidmətlərinin yerli və xarici istehsalçılarını, eləcə də, ictimai təşkilatları bir araya gətirib. Sərgidə idman obyektlərinin təchizatı sahəsində mütərəqqi həll variantları, idman qurğuları və ləvazimatları, habelə, trenajorlar təqdim olunub. Sərgi ekspozisiyasının böyük hissəsini Azərbaycanda idmanın inkişaf etmiş populyar növləri ilə məşğul olan müxtəlif federasiyalar tutub. Belə ki, bu iştirakçıların siyahısına boks, futbol, taekvondo, cüdo, qolf, alpinizm, stend atıcılığı, stolüstü tennis, yelkənli qayıq idmanı, üzgüçülük və idmanın digər növləri ilə məşğul olan federasiyalar daxildir. Azərbaycanın Olimpiya və Paralimpiya komitələri də sərginin fəal iştirakçıları olublar. Azərbaycanda idman sənayesinin inkişafını əks etdirən sərgi idman komandaları, klublar və federasiyaların fəaliyyəti ilə bağlı geniş məlumat bazasını nümayiş etdirib. Sərginin ekspozisiyaları Azərbaycanda idmanın inkişafı ilə bağlı aydın təsəvvür formalaşdırıb. Sərgidə federasiyalarla yanaşı, idman geyimləri istehsal edən şirkətlər də təmsil olunublar. Ölkəmizin ilk idman brendi olan “Novco sport” hazırda idman geyimlərinin əsas istehsalçısı kimi komanda və klub rəhbərlərinə xarici ölkələrə getmədən öncə seçim və sifarişlərini Azərbaycanda etmək imkanı yaradır.
Bir sözlə, I Azərbaycan Beynəlxalq idman, idman ləvazimatı və geyimi sərgisi Azərbaycanın böyük idman potensialının nümayişi baxımından çox əlamətdar oldu. Sərgi iştirakçıları, qonaqlar Azərbaycanın idman sahəsində əldə etdiyi uğurların nə qədər böyük olduğunun, bu sahədə dövlətin nə qədər fəal siyasət həyata keçirdiyinin və bunun məntiqi nəticəsi olaraq əldə edilən nailiyyətlərin canlı şahidi oldular. Bu sərgi bir daha təsdiqlədi ki, Azərbaycan Avropanın müasir infrastruktura malik lider idman ölkələrindən biridir və aparılan dövlət siyasəti sayəsində ölkəmiz bu mövqeyini bundan sonra da qoruyacaq.
Anar Miriyev
Xəbər lenti
Hamısına baxDünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22

