Niderland reallığı təhrif edir
19.09.2024 [09:08]
Qalib Azərbaycanın 44 günlük müharibədə və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazandığı qələbələr sayəsində Cənubi Qafqaz coğrafiyasında davamlı sülhün, sabitliyin təmin olunması, müharibə risklərinin aradan qalxması üçün heç vaxt olmadığı qədər münbit zəmin formalaşıb. Hazırda sülhyaratma prosesi Azərbaycanla Ermənistan arasında ikitərəfli formatda davam etdilir və müəyyən nəticələr də əldə olunub. Belə ki, kiçik ərazidə olsa da, sərhədlərin delimitasiya və demarkasiyası baş tutub, gələcək sülh sazişinin müddəalarının böyük əksəriyyəti razılaşdırılıb. Bütün bu kimi faktlar tənziməmə prosesi ilə bağlı ümidləri artırsa da, ayrı-ayrı Avropa ölkələri və təsisatları açıq-aşkar sülh atmosferini zədələməyə çalışırlar. Fransanın “liderliyi” ilə aparılan bu çirkin kampaniyada Niderland da yer alır.
Növbəti qərəzli addım
Niderlandın siyasi mənzərəsi barədə söhbət açarkən burada islamafobiyanın tüğyan etdiyini xüsusi qeyd etmək lazımdır. Ölkədə sağçı təmayüllərin son dərəcə fəallaşması nəticəsində milli-dini-irqi dözümsüzlük halları artıb, xüsusilə də cəmiyyətdə İslam dininə və onun daşıyıcılarına nifrət aşılanır. Amsterdamda və digər şəhərlərdə müqəddəs kitabımız Quranın hüquq-mühafizə orqanlarının əməkdaşlarının gözləri önündə yandırılması, təhqirlərə məruz qoyulması bunun əyani təsdiqidir. Niderlandın anti-Azərbaycan mövqeyində dayanmasının ən mühüm səbəblərindən biri də məhz bu ölkədə islamafobiyanın bir növ dövlət siyasəti səviyyəsinə yüksəlməsindən qaynaqlanır.
Niderlandda Azərbaycan əleyhinə əsası olmayan iddialar səsləndirlməsi artıq permanent hal alıb. Xatırladaq ki, bu ölkənin parlamenti bir müddət bundan əvvəl ermənilərin Qarabağdan “məcburi çıxarılması” ilə bağlı hay-küy qaldırmışdı. Halbuki ermənilər Azərbaycan ərazilərini könüllü qaydada tərk etmişdilər və bu zaman özləri ilə hətta mal-heyvan sürülərini belə aparmışdılar. Təqdim olunan foto və video materiallardan da göründüyü kimi, burada hansısa bir təzyiqdən, “məcburi çıxarılmadan” söhbət belə gedə bilməz.
Parlamentdən sonra estafet Niderland hökumətinə keçib. Bu günlərdə dərc edilmiş hökumət proqramında Qarabağ ələ keçirilmiş region kimi təqdim edilib və “Dağlıq Qarabağ” ifadəsi işlədilib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Niderland Krallığı tərəfindən sentyabrın 13-də dərc olunmuş hökumət proqramının “Beynəlxalq təhlükəsizlik” bölməsində yer alan iddialarla bağlı yerli medianın sualına cavabında bunu qərəz kimi dəyərləndirib. “Təəssüf ki, Niderland tərəfi növbəti dəfə Azərbaycana və postmünaqişə dövründə regiondakı mövcud vəziyyətə münasibətdə qərəzli yanaşma nümayiş etdirir”, - deyə XİN rəsmisi vurğulayıb.
Ayxan Hacızadə bir sıra digər mühüm məqamlara da diqqət çəkib. Mətbuat katibi bildirib ki, bu ölkənin Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını “Dağlıq Qarabağın ələ keçirilməsi” kimi qeyd etməsi qəbuledilməzdir. “Qarabağ bölgəsi hər zaman ölkəmizin ayrılmaz hissəsi olub və 30 ilə yaxın Ermənistan tərəfindən işğal altında idi. Niderlandın Ermənistanın bu qanunsuz hərəkətlərinə göz yumması təəssüf doğurur. Azərbaycanın bu ərazilərin azad edilməsi ilə bağlı tədbirləri beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, habelə bu və ya digər şəkildə yanlış dəyərləndirilə bilinməyəcək qədər ölkəmizin suveren hüququ olub”, - deyə Ayxan Hacızadənin cavabında bildirilir.
Azərbaycan çağırış edir
Təqdim olunan hökumət proqramında Azərbaycanın Qarabağ bölgəsinin qondarma “Dağlıq Qarabağ” şəklində yanlış adlandırılması da qəbuledilməzdir. Biz bunu qətiyyətlə rədd edirik. Ölkəmizin ərazisində belə bir inzibati ərazi vahidi olmalılığını bildirən Ayxan Hacızadə “Bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının daha bir bariz təzahürüdür. Respublikamızda “Dağlıq Qarabağ” adlı inzibati və ya coğrafi vahid olmadığını, habelə hər bir dövlət və təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində ölkəmizin müvafiq orqanları tərəfindən standartlaşdırılmış və Birləşmiş Millətlər Təşkilatının Coğrafi Adlar üzrə Ekspertlər Qrupu çərçivəsində qəbul edilmiş coğrafi adlara istinad etməli olduğunu bir daha təkrarlayırıq”, - deyə vurğulayıb.
Niderland tərəfinin qərəzçiliklə bu cür təhriflərə yol verməsi ikitərəfli münasibətlərə növbəti bir zərbədir. XİN rəsmisi Niderlanda çağırış edərək deyib: “Biz Niderland tərəfini Azərbaycan ilə Niderland arasında ikitərəfli münasibətləri daha da sarsıdan, regionun beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında gələcək inkişafına mane olan bu cür bəyanatlara son qoymağa çağırırıq”.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

