4 şəhərin bir günü...
20.09.2024 [10:55]
Xankəndi, Xocalı, Xocavənd, Ağdərə - gününüz mübarək!
Müstəqil Azərbaycan 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində son 200 illik tariximizdə ən möhtəşəm qələbələr qazanıb. Biz yalnız işğalçı Ermənistana deyil, bütövlükdə dünya erməniliyinə qalib gələrək ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etmişik. İgid əsgər və zabitlərimizin şücaəti, canı-qanı bahasına qazanılan qələbələr sayəsində ilk dəfədir ki, torpaq itkilərinə məruz qalmamışıq, əksinə zor gücünə zəbt olunmuş torpaqlarımızı geri qaytarmışıq. Şəhər və kəndlərimizin azad olunması bizim üçün bayramdır və Prezident İlham Əliyev ölkəmizdə şəhər günlərinin təsis edilməsi ilə bağlı imzaladığı müvafiq sərəncamlarla bunu rəsmiləşdirirb. Xatırladaq ki, dövlətimizin başçısı 2023-cü il 31 iyul tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Ölkə rəhbərinin bu günlərdə imzaladığı yeni Sərəncamla həmin sənədə aşağıdakı məzmunlu dəyişiklik edilib: “20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü”. Beləliklə də, respublikamızda işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin sayı 9-a çatıb.
İşğaldan azad olunmuş ərazilər üzrə şəhər günləri
Otuz illik işğal dövründə ermənilər torpaqlarımızda ağılasığmaz vandalizm əməllərinə əl atıblar. Bu ərazilərdə yaşayan azərbaycanlılar öz ev-eşiklərindən zorla çıxarılıb, eyni zamanda, ucdantutma hər şey dağıdılıb və yerlə-yeksan edilib. Məqsədli şəkildə viran qoyulan şəhər və kəndlərimizin siyahısı çox uzundur. Bu siyahıda 9 Azərbaycan şəhərinin adı var. Ermənistan, eyni zamanda, Azərbaycanın yüzlərlə kəndini qəsdən dağıdıb, bütün mədəni və dini abidələrimizi viran qoyaraq, talayaraq, onları əsl urbisid (şəhərlərə qarşı genosid) və kultursid (mədəniyyətə qarşı genosid) nümunələrinə çevirib. Sözsüz ki, İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Ermənistan bu ərazilərdə əsrlər boyu yaşayan Azərbaycan xalqının izini silməyə çalışıb. Ağdam o dərəcədə dağıntıya məruz qalıb ki, xarici mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırırlar. Füzuli şəhəri işğaldan azad olunanda Azərbaycan Ordusu orada bir dənə də salamat bina tapa bilmirdi ki, onun üzərində bayrağımızı dalğalandırsın. Ermənistanın işğalı altında olmuş ərazilərdə 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb. Hətta qəbiristanlıqlar belə təhqir olunub, dağıdılıb və talanıb.
Vətən müharibəsində işğaldan azad edilən ərazilərin hər qarışı bizim üçün son dərəcə əzizdir. Biz düz otuz il ərzində yurd yerlərimizə, doğma kəndlərimizə, şəhərlərimizə qayıtmağın həsrəti ilə yaşamışıq. 44 günlük müharibədə, 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində şanlı Ordumuzun şücaəti ilə əldə olunan böyük qələbələr sayəsində bu həsrətə son qoyulub və ölkəmizin ərazi bütövlüyü təmin olunub.
Xalqımızın işğaldan azad olunan ərazilərə böyük bağlılığı var. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi də bunun rəsmi olaraq təsdiqidir. İşğaldan azd edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi həm də böyük qələbələrimizin təbliği, gənclərdə vətənpərvərlik hisslərinin gücləndirlməsi anlamına gəlir. Bu qələbələri heç kəs bizə hədiyyə etməyib. Onları igid hərbiçilərimiz canları, qanları hesabına qazanıblar. Xaincəsinə torpaqlarımıza soxulan düşmən cəzalandırlmalı idi və Azərbaycan Ordusu bunu layiqincə etdi. Silahlı Qüvvələrimiz Vətən müharibəsində misilsiz şücaətlər göstərərək 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında geri qaytardı. Alınmaz qala sayılan Şuşanın, Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Hadrutun geri qaytarılması uğrunda gedən döyüşlərdə əsgər və zabitlərimiz misilsiz qəhrəmanlıqlar göstərdilər. Düşmən ordusu cəmi 44 gün ərzində bütün döyüş qabiliyyətini itirdi. Dövlətimizin başçısının imzaladığı Sərəncamda da vurğulandığı kimi, Azərbaycanın döyüş meydanında qazandığı böyük Qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı - Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu. Prezident İlham Əliyevin imzaladığı iki Sərəncama əsasən, hər il aşağıdakı günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunur. Siyahını təqdim edirik:
26 avqust - Laçın şəhəri günü,
4 oktyabr - Cəbrayıl şəhəri günü,
17 oktyabr - Füzuli şəhəri günü,
20 oktyabr - Zəngilan şəhəri günü,
25 oktyabr - Qubadlı şəhəri günü,
8 noyabr - Şuşa şəhəri günü,
20 noyabr - Ağdam şəhəri günü,
25 noyabr - Kəlbəcər şəhəri günü.
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü.
Saxta tarix və qara gələn “Artsax bayramı”
Beynəlxalq hüququ manipulyasiya edən ermənilər özləri barəsində müxtəlif səpkidə miflər uydurublar. Bu sırada bədnam “miatsum”, “dənizdən-dənizə böyük Ermənistan”, “mədəni xalq”, “yenilməz ordu” miflərini sadalaya bilərik ki, onların da heç birinin əsası yoxdur və başdan ayağa blefdən ibarətdir. Ermənilərin yuxuda görüb səhər uydurduqları belə blef miflə?dən biri də qondarma 2 sentyabr - “Artsax”ın müstəqillik günü idi. Xəstə təxəyyülün məhsulu olan bu mif də artıq digərləri kimi puç olub və ermənilərin bu günlə bağlı xəyalları sulara qərq olaraq əriyib. Artıq “Artsax” günü onlar üçün matəm gününə çevrilib.
Azərbaycanın şanlı Zəfəri ilə başa çatan 44 günlük müharibəyədək ermənilər, necə deyərlər, eyforiyada idilər, xam xəyalları göylərdə uçurdu. Onlar “yenilməz ordu”larına güvənərək hər il sentyabrın 2-də Xankəndidə “Artsax” günü”nü böyük şadyanalıqla qeyd edirdilər. “Bayram” tədbirlərində separatçıların “liderləri” Ermənistandan, Fransadan və xaricdəki erməni lobisinin girovluğunda qalan digər belə ölkələrdən gələn qonaqları qarşılayardılar. Xoşbəxtcəsinə badələr qaldırılır, “döyüşkən erməni xalqının” şərəfinə təmtəraqlı sağlıqlar söylənilirdi...
Son 4 ildə isə... Artıq “Artsax oyunu” bitib və “Artsax” günü”də tarixin zibilliyinə atılıb. Daha Ermənistandan, uzaq xaricdən gələn qonaqların ayağı Xankəndidən kəsilib. Elə separatçıların özləri də “asta qaçan namərdir” deyib ərazilərimizdən birdəfəlik rədd olublar. 44 günlük müharibədən sonra xəstə təxəyyüllü ermənilər möcüzə baş verəcəyinə və “Artsax”ın 30 illiyinin təmtəraqlı şəkildə qeyd olunacağını gözləyirdilər. Separatçıların gözləri Laçın-Xankəndi yoluna dikilmişdi. Onlar gözləyirdilər ki, ana Ermənistanın rəhbərliyi başda Nikol Paşinyan olmaqla “yubiley” törəninə mütləq qatılacaq. Mifik xəyallar bir qədər də ucalara qalxaraq Fransadan, Yelisey Sarayından qonaqlar soraqlayırdı. Ancaq gözləntilər doğrulmadı-Ermənistan parlamentinin bir-iki deputatından savayı “Artsax”ın 30 illik “yubiley” törənini yada salan olmadı. Məyus qalan separatçılar da yalnız kağız parçasından ibarət “bəyanat” verməklə “yubiley” törənini yekunlaşdırmaq məcburiyyətində qaldılar.
Qara gələn “yubiley” bayramının ardınca baş verənlər hər kəsə bəllidir. 2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror aktları törətdilər. Həmin təxribatlar nəticəsində mülki şəxslər və hərbçilərimiz həyatlarını itirdilər. Ordumuz təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Sentyabrın 28-də Qarabağdakı separatçı təsisatın rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzalayıb və beləliklə də ərazilərimizdə separatizmə birdəfəlik son qoyulub. Bununla da “Artsax oyunu”nun və “Artsax bayramı”nın birdəfəlik sonu gəlib...
Ədalətin və tarixin bərpası
Prezident İlham Əliyevin Sərəncamı ilə bundan sonra hər il sentyabrın 20-də şəhər günləri qeyd olunacaq Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində işğalçılardan təmizlənməsi ədalətin və həm də tarixin bərpasıdır.
Xocalı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vəhşiliyinə tuş gələn və təsəvvürəgəlməz zülm, sitəm yaşayan bir şəhərdir. Erməni soyqırımlarının 1988-1993-cü illərdəki son mərhələsi xüsusi amansızlığı ilə səciyyələnir. Bu mərhələdə Xocalı şəhəri erməni vandalizminin növbəti ünvanı oldu. Qanlı gecədə keçmiş sovet ordusunun 366-cı alayının dəstəyi ilə Xocalıya hücum çəkən ermənilər bütün şəhəri yerlə-yeksan etdilər. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülüb.
Separatçıların qondarma qurumun baş şəhəri elan etdikləri Xankəndiyə münasibətdə də erməni məkrinə yol verilib. Tarixi mənbələrə əsasən, Xankəndi XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığının başçılarının - xanların istirahəti üçün salınıb. Xanların fəaliyyətinə uyğun şərait yaradılması üçün istirahət məskəni xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində planlaşdırılır. Bu zaman istirahət məskəninin xanlığın digər vacib şəhər və kəndlərinə, o cümlədən Ağdama, Xocalıya, Malibəyliyə, Kərkicahana və digərlərinə yaxın olması da əsas götürülüb. Bəhs olunan məntəqələrin hamısında istisnasız olaraq azərbaycanlılar yaşayırdılar. İlk vaxtlarda yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında məhz bu adla tanınıb: Xanın kəndi. Az vaxt ötəndən sonra isə “Xanın kəndi” “Xankəndi” adını alıb. Qarabağ xanlığı Rusiyaya birləşdirildikdə Xankəndi axırıncı Qarabağ xanı Mehdiqulu xanın arvadı Pəricahan bəyimə hədiyyə olunub. “Xankəndi” toponimi 1923-cü ildə keçmiş ittifaqın mərkəzi hakimiyyətinin diqtəsi ilə dəyişdirilib və şəhərə saxta “Stepanakert” adı verilib. Separatçılar da məhz bu toponimdən istifadə ediblər.
İşğal dövründə Xocavənd və Ağdərə şəhərləri də oxşar talelərlə üzləşiblər. Ancaq artıq kədərli günlər keçmişdir. Bir il bundan əvvəl baş tutan uğurlu lokal xarakterli antiterror tədbirlərindən sonra digər azad olunan yaşayış məntəqələri kimi, Xocavənd və Ağdərə də artıq doğma əllərdədirlər. Bütün şəhərlərimizin şəhər günləri mübarək olsun!
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
13 Oktyabr 17:24
Hadisə
13 Oktyabr 16:31
Dünya
13 Oktyabr 15:38
İdman
13 Oktyabr 14:26
Siyasət
13 Oktyabr 13:47
Diaspor
13 Oktyabr 13:35
Siyasət
13 Oktyabr 13:11
Hərbi
13 Oktyabr 12:48
Dünya
13 Oktyabr 12:27
Sosial
13 Oktyabr 11:46
Dünya
13 Oktyabr 11:17
İdman
13 Oktyabr 10:57
Dünya
13 Oktyabr 10:35
Xəbər lenti
13 Oktyabr 10:01
Dünya
13 Oktyabr 09:41
Dünya
13 Oktyabr 09:19
Dünya
13 Oktyabr 08:42
Sosial
12 Oktyabr 23:02
Diaspor
12 Oktyabr 22:47
Elm
12 Oktyabr 22:24
Hadisə
12 Oktyabr 22:03
İdman
12 Oktyabr 21:52
Dünya
12 Oktyabr 21:34
Dünya
12 Oktyabr 21:18
İdman
12 Oktyabr 20:57
Sosial
12 Oktyabr 20:34
Hadisə
12 Oktyabr 20:13
Dünya
12 Oktyabr 19:48
Hadisə
12 Oktyabr 19:33
Dünya
12 Oktyabr 19:11
Xəbər lenti
12 Oktyabr 18:59
Dünya
12 Oktyabr 18:26
İdman
12 Oktyabr 18:13
İqtisadiyyat
12 Oktyabr 17:55
Dünya
12 Oktyabr 17:28
Dünya
12 Oktyabr 17:14
Turizm
12 Oktyabr 16:56
Dünya
12 Oktyabr 16:27
Sosial
12 Oktyabr 16:04
Siyasət
12 Oktyabr 16:03
İqtisadiyyat
12 Oktyabr 15:36
Sosial
12 Oktyabr 15:15
Sosial
12 Oktyabr 15:09
İdman
12 Oktyabr 15:07
Siyasət
12 Oktyabr 15:02
Dünya
12 Oktyabr 14:53
COP29
12 Oktyabr 14:33
Hadisə
12 Oktyabr 14:19
Siyasət
12 Oktyabr 14:05
Dünya
12 Oktyabr 13:58
Sosial
12 Oktyabr 13:31
Hərbi
12 Oktyabr 13:26
Mədəniyyət
12 Oktyabr 13:16
Xəbər lenti
12 Oktyabr 12:53
İdman
12 Oktyabr 12:32
Dünya
12 Oktyabr 12:13
İqtisadiyyat
12 Oktyabr 11:49
Hadisə
12 Oktyabr 11:37
YAP xəbərləri
12 Oktyabr 11:25
Prezident bu gün
12 Oktyabr 11:08
Siyasət
12 Oktyabr 10:53
Siyasət
12 Oktyabr 10:39
İqtisadiyyat
12 Oktyabr 10:15
İqtisadiyyat
12 Oktyabr 09:58
Analitik
12 Oktyabr 09:33
MEDİA
12 Oktyabr 09:10
Sosial
12 Oktyabr 08:57
Dünya
12 Oktyabr 08:40
Ədəbiyyat
12 Oktyabr 08:16
Gündəm
12 Oktyabr 08:05