/ / Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina qurbanlarının hüquqlarının müdafiəsi üzrə birgə bəyanatın təşəbbüskarı olub
Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina qurbanlarının hüquqlarının müdafiəsi üzrə birgə bəyanatın təşəbbüskarı olub
21.09.2024 [14:18]
Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 57-ci sessiyası çərçivəsində “Mina və müharibənin partlayıcı qalıqlarının insan hüquqlarına təsirlərinə baxılması” adlı birgə bəyanat yayılıb. AZƏRTAC xəbər verir ki, bəyanat Xorvatiyanın nümayəndəsi tərəfindən sənədin təşəbbüskarları qrupu - Albaniya, Azərbaycan, Çili, Mozambik, Panama və Xorvatiya adından səsləndirilib. “İnkişaf hüququ da daxil olmaqla, bütün insan hüquqlarının, mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqların təşviqi və qorunması” bəndinin müzakirəsi çərçivəsində yayılmış sənəddə qeyd olunur ki, “yerüstü minalar və müharibənin partlayıcı qalıqları geniş insan hüquqları spektri, o cümlədən həyat, sağlamlıq, təhsil, əmək və hərəkət azadlığı hüquqlarına” qarşı həm dərhal, həm də uzunmüddətli mənfi təsirlərə malikdir.
Bundan əlavə, bəyanatda xüsusilə “yerüstü minaların müvəqqəti məcburi köçkünlərin (IDP) təhlükəsiz şəkildə geri dönməsinə də maneə olduğu” vurğulanır. Bununla əlaqədar, bəyanatı imzalayanlar BMT-nin İnsan Hüquqları Şurasına yerüstü minaların və müharibənin partlayıcı qalıqlarının insan hüquqlarına təsiri ilə bağlı məsələlərin həllində mühüm rolun həyata keçirilməsində konkret addımlar atmağla bağlı müraciət ediblər.
Bəyanatda mina partlaması nəticəsində zərərçəkmişlərin insan hüquqlarının pozulmasına görə məsuliyyətin istifadəçi dövlətlərin üzərinə düşdüyü birmənalı şəkildə qeyd edilir: “Dövlətlərin insan hüquqları sahəsindəki öhdəlikləri minaların istifadəsi və mövcudluğu ilə bağlı problemlərin həlli məsələsində milli və beynəlxalq siyasətlərini müəyyən etməlidir”.
Sənəddə vurğulanır ki, mina xəritələrinin mübadiləsi insan hüquqları sahəsində beynəlxalq hüquqda təsbit olunmuş beynəlxalq əməkdaşlığın ən vacib vəzifələrindən biridir və bu, öz növbəsində BMT Baş katibinin də dediyi kimi, "davamlı sülhün və davamlı inkişafın əsaslarından biridir".
Yayıldığı anda bəyanat Avropa, Afrika, Latın Amerikası və Asiyanı təmsil edən 65 ölkədən ibarət geniş regionlararası qrup tərəfindən dəstəklənərək imzalanıb.
Qeyd edək ki, bu mövzuda birgə bəyanat təşəbbüsü ilk dəfə Azərbaycan Xarici İşlər Nazirliyinin (Xİ) nümayəndəsi tərəfindən iyunun 27-də BMT-nin Cenevrə qərargahında keçirilmiş “Minasız sülhə doğru irəliləmək və qurbanların hüquqlarını bərpa etmək üçün insan hüquqları sistemindən istifadə” konfransı zamanı səsləndirilib.
Bundan başqa, 65 ölkədən ibarət geniş koalisiya tərəfindən dəstəklənmiş sözügedən sənədin hazırlanmasında Azərbaycan diplomatları həmmüəllif qismində çıxış ediblər.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

