İdeoloji təhlükəsizlik daim diqqət mərkəzində...
25.09.2024 [10:14]
Xalqımızın güclü iradəsi və milli ruhumuz bu təhdidi zərərsizləşdirib
XX əsrdən fərqli olaraq müasir beynəlxalq münasibətlər sistemi daha çox qeyri - hərbi yol mexanizmini əsas götürür. Daha doğrusu, böyük güclər özlərinin təsiretmə mexanizmlərini daha çox “yumşaq güc” üzərində formalaşdırır. Bu, müxtəlif motivlərə əsaslana bilər: həm təzyiq formalaşdırmaq, həm yayındırmaq, həm milli maraqları ikinci plana keçirmək, həm də siyasi rıçaqları əldə saxlamaq üçün bu kimi imkanlar səfərbər edilir.
Qərbin ideoloji təsir mexanizmi...
Qərbin qlobal münasibətlərdə son 30 ildə istifadə etdiyi “üsul” daha çox bu kriteriyalara əsaslanır. Qeyd edildiyi kimi, ABŞ-ın xarici siyasət kursunun ən mühüm detallarından biri sayılan “nəzarət və təsiretmə” son illərdə özünü post-sovetdə daha bariz şəkildə ortaya qoyub. Xüsusilə, Avropa qitəsinə daha yaxın ittifaq dövlətləri ABŞ-ın bu kimi “sürprizləri” ilə vaxtaşırı qarşılaşıb. XXI əsrin ilk illərindən başlayaraq Ukraynada, Gürcustanda baş verənlər, Azərbaycandakı uğursuz cəhdlər buna real misal sayıla bilər.
ABŞ-ın post-sovet regionuna “yumşaq güc” vasitəsilə təsir rıçaqları arasında isə hər zaman olduğu kimi ideoloji predmetlər üstünlük təşkil edib. “Demokratiya”, “insan hüquq və azadlıqları” adlı “pərdə” bu oyunlarda xüsusi olaraq yer alıb. Məhz bu gəlişigözəl sözlərlə, arxasında heç bir real səmimi hisslərin dayanmadığı məqsədli “demokratiya oyunları” ilə ABŞ bu və ya digər ölkələrə “yol tapmaq uğrunda” mübarizə aparıb. Bəzi hallarda buna nail də olub - yeni əsrin “standartlarından” sayılan vətəndaş cəmiyyəti institutları, informasiya resursları bu məsələdə ABŞ-ın əlinə oynayıb. Məsələn, 2000-ci illərin əvvəlindən etibarən ABŞ-ın xarici siyasət kursunda ən mühüm yerlərdən birini USAİD, NED, İREX, Marşall Fondu və bu kimi təşkilatlar tuturdu. Mübaliğəsiz olaraq bildirmək lazımdır ki, bu təşkilatların ABŞ kəşfiyyatı üçün əhəmiyyəti bəlkə də Mərkəzi Kəşfiyyat İdarəsi (CİA), bəlkə də ondan artıq idi. Çünki illərlə MKİ kəşfiyyatçalırının görə bilmədikləri işi bu kimi təşkilatlar rahat şəkildə “qlobal vətəndaş cəmiyyəti şəbəkəsi”, “demokratiyanın inkişafı uğrunda şəbəkə”, “azad informasiya resursları şəbəkəsi” formalaşdırmaqla həyata keçirirdi. “Yeni düşüncə” adı altında milli maraqların, dövlət mənafeyinin, xalq-millət mənafeyinin “qlobal dəyərlərlə” əvəz olunması prosesi aparılırdı. Başqa sözlə, bu kimi təşkilatlar insanların, xüsusilə gənc nəslin beynini yumaqla, onları “müasir yaşam tərzinə uyğunlaşdırmaqla”, “mübarizə ruha kökləməklə” öz fəaliyyətlərini həyata keçirirdilər. ABŞ-ın “vətəndaş cəmiyyəti” kəşfiyyat şəbəkəsinin ölkələrdə təşkil etdikləri “sorğular”, “konfranslar”, “gənclərlə görüşlər” nəticə etibarı ilə həmin cəmiyyətlərin milli identikliyinin aradan qalxmasına yönəlik planların qurulması üçün zəmin formalaşdırırdı - bu uğurda milyonlarla dollar pul xərcləyən ABŞ və onun regional “şirkətləri” sonda öz arzu və istəklərini həyata keçirirdilər. “Şüursuz demokratiya” tezisi üzərindən yanlış yönləndirilmələr, hazırlanmış “siyasi - ictimai liderlər” üzərindən dövlətə qarşı xəyanətlərin adiləşdirilməsi kimi proseslər baş verirdi. Ortada oynayan pulların miqdarı böyük idi - amma ölkənin genefonduna, gələcəyinə və milli bağlılığa vurulan zərbələrin sayı-hesabı yox idi...
Daim hazır olmalıyıq
Görünən budur ki, ABŞ özünün ideloji hərəkət trayektoriyasını tam dəyişdirməsə də, müəyyən “korrekttələr” olunub. Məsələn, XXI əsrin ilk illərində konkret siyasi partiyalara “isti münasibət” bəlli edilirdisə və həmin partiyaların vəzifələri şəxslərinə bağlı QHT-lər maliyyələşdirilirdisə, ictimai rəyə bu yolla müdaxilə etməyə çalışılırdısa, indiki halda bəzi yerdəyişmələr aparılıb. Bu mənzərə Azərbaycana da tanış idi - ABŞ-a bağlı institutlar vaxtilə bəzi partiyalara bağlı QHT-ləri aktiv şəkildə maliyyələşdirir, milyonlarla vəsait ayırırdı. İndi isə onlar fərqli sektorlara “maliyyə” yatırır, “dəstək verirlər”.
Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında çıxışında ideoloji təhlükəsizliklə bağlı məsələyə toxunub və bildirib ki, burada da biz daim diqqətli olmalıyıq. Çünki bizə qarşı ideoloji təxribatlar davam edir: “Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bununla bərabər, bu, bizi sakitləşdirməməlidir. Ona görə biz buna daim hazır olmalıyıq və bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, həm də media məkanında”.
Dövlət başçısı vurğulayıb ki, vaxtilə xarici təbliğat Azərbaycanda bir yox, bir neçə mənbədən kök salmışdı: “Bir-biri ilə rəqabət aparan xarici qüvvələr və ölkələr çalışırdılar ki, Azərbaycanda ictimai fikirdə söz sahibi olsunlar. İstəyirdilər ki, onların əlaltıları vasitəsilə bizim media məkanında istənilən təxribatı ortaya ataraq, vəziyyəti öz xeyrinə dəyişdirsinlər. Yəni, belə cəhdlər çox olub, amma güclü iradə və xalqımızın birliyi buna imkan verməyib. Bu gün də bu davam edir. Ona görə yenə də deyirəm, çox sadə meyarlar var. Kim bizimlə Qarabağın Azərbaycana qaytarılmasına sevinirsə, o, bizim dostumuzdur, qardaşımızdır. Kim bundan məyus olub və kim bu gün yenidən separatçılara ürək-dirək vermək istəyir, kim onları xarici ölkələrə dəvət edir, kim onlara vizalar verir, kim bizə qarşı müxtəlif alətlər vasitəsilə qarayaxma kampaniyası aparır, o, necə bizim dostumuz ola bilər?”
Əsas meyar suverenliyimizin bərpasına olan münasibətidir
Bu təhlükəli ideoloji təzyiq xətti 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirlərindən sonra daha da gücləndi. Xüsusilə, Azərbaycanın müstəqil xarici siyasət kursuna təsir etimək imkanlarının olmadığını görənlər müxtəlif vasitələrlə bizə qarşı çirkin kampaniyalara başlayır. Hətta bəzi halda məhv edilmiş separatizmi yenidən “canlandırmaq” cəhdləri də gözə dəyir. Bu amil isə özünü vaxtilə “dost” adlandıranların əsl simasını ortaya qoyur. Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, əsas meyar ölkələrin bizim suverenliyimizin bərpasına olan münasibətidir, daha başqa uzağa getmək lazım deyil. Bizi kim dəstəkləyib, suverenliyimizin bərpa edilməsində kim təbrik edib? Bu, bizim dostlarımızdır. Buna qarşı kim çıxıb və kim çıxır? Bunlar bizə dost ola bilməzlər: “İşğal bizə qarşı olan qüvvələri tam qane edirdi - Azərbaycan dövləti daim təzyiq altında olsun, daim hansısa vasitəçilərə möhtac olsun, daim xalqımız mənəvi əzab çəksin, qaçqınlıq əzabı. Torpaqlarını itirmiş xalqın duyğularını başa düşmək üçün böyük ağıla malik olmaq lazım deyil. Yəni, biz bu bəladan canımızı qurtardıq və bizə qarşı olan anti-Azərbaycan qüvvələrin maskaları dərhal yırtıldı və bu gün də biz bunu görürük. Mən hesab edirəm ki, ad çəkməyə ehtiyac yoxdur, hər kəs hər şeyi görür. Ona görə ideoloji təhlükəsizlik məsələləri də daim diqqət mərkəzində olmalıdır, həm dövlət qurumlarının, həm qanunvericilik orqanının, həm də ictimai fəalların. Biz bu məsələ ilə əlaqədar əlbəttə ki, öz addımlarımızı atırıq və atacağıq”.
Pərviz Sadaylı
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

