“YAY!” qalereyasında “PAT vəziyyəti” adlı sərgi açılıb
16.01.2013 [03:27]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgiyə baxıb
Yanvarın 15-də “YARAT!” Müasir İncəsənət Məkanının “YAY!” qalereyasında “PAT vəziyyəti” adlı sərgi açılıb.
AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva sərgiyə baxıblar.
“YARAT” Müasir İncəsənət Məkanına məxsus olan bu kurator layihəsi ilk dəfə keçən ilin yayında Moskvada - “Mars” qalereyasında, Gənclərin III Beynəlxalq İncəsənət Biennalesi sərgisi çərçivəsində uğurla təqdim edilib.
Sərgidə bu qrup gənc rəssamın - Reza Hazare, Fidan Seyidova, Nəzrin Məmmədova, Djemma Səttarovanın əsərləri nümayiş etdirilir.
“PAT vəziyyəti” sərgisi müasir dünyada kişilər və qadınlar arasında olan qarşılıqlı münasibət, dəyişən yaşam şəraitinin kontekstində həmişə maraqlı və aktualdır. Onilliklərlə gender mövzusunda davam edən sosial-mədəni araşdırmalar, demək olar ki, cinslər arasındakı münasibətlərə aydınlıq gətirməyib, əksinə, hər şey daha da mürəkkəbləşib. Çətinliklərin dərəcəsinin artması onunla əlaqələndirilir ki, müasir dünyada postmodernizmdən təyin olunmayan “X” zamanına keçid baş verir. Bu zəmanə isə özündə müxtəlif sistemləri - ənənəvi cəmiyyətdə yaşayanların zamanı ilə müasirlik rejimində yaşayanların zəmanəsini birləşdirəcək. Amma bir çox ölkələr qarışıq zəmanələr zonasında mövcud olur ki, onlarda nəinki gender problemi radikallaşır, həm də yaradıcılıq üçün maraqlı materiallar olur. Məsələn, Azərbaycandan gənc rəssamlar - burada yaşayan əfqan rəssamı və üç nəfər azərbaycanlı xanım rəssam belələrindəndir. Əfqanıstanlı rəssam Reza Hazare elə bir ölkədəndir ki, orada şəriət qanunları hökm sürür. Onun yaradıcılığı da daha çox patriarxal xarakter daşıyır: rəssam tarxi-ənənəvi vasitələrdən - karandaş və kağızdan istifadə edir. Onun qəlbində Şərq Qərblə, Cənub Şimalla mübarizə aparır, çünki öz xanım həmkarlarından fərqli olaraq, o, İslam ölkəsindən dünyəvi ölkəyə - Azərbaycana gəldiyindən uyğunlaşmağa məcburdur. Fidan Seyidova, Nəzrin Məmmədova, Djemma Səttarova isə doğulduqları gündən dünyəvi bir məkanda yaşayırlar. Onların öz yaradıcılıq ideyalarını reallaşdırmaları üçün vasitə seçimləri də çox genişdir - həm heykəltəraşlıq instalyasiyaları, həm video... İki növ dünyagörüşünün və iki ayrı cinsin toqquşması maraqlı nəticə vəd edir, hansının baxışı tamaşaçı üçün orijinal və aktualdır: müasirlik şüalarını sındıran barışmaz, sərt və çox ənənəvi kişi optikası, yoxsa qadınların probleminə kişi dominantlığını yuyub aparan yanaşma tərzi?
Sərgi fevralın 16-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35

