20 Yanvar hadisəsi xalqımızın qəhrəmanlıq tarixidir
17.01.2013 [02:27]
“Yeni Azərbaycan” qəzetinin redaksiyasında keçirilən növbəti “Dəyirmi masa” 20 Yanvar faciəsinə həsr olunub
Dünən “Yeni Azərbaycan” qəzetinin redaksiyasında növbəti “Dəyirmi masa” keçirilib. 20 Yanvar faciəsinə həsr olunmuş “Dəyirmi masa”da Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, millət vəkili Jalə Əliyeva, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni və politoloq Elman Nəsirli iştirak edib.
Tədbirdə qeyd olunub ki, 20 Yanvar hadisələri müasir Azərbaycan tarixinin həm kədərli, həm də qəhrəmanlıq səhifəsidir. Bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının azadlıq və istiqlal mübarizəsini boğmaq məqsədilə Sovet imperiyası Bakı şəhərinə böyük hərbi qüvvə yeritdi, günahsız insanlar qanına qəltan edildi, misli görünməmiş vəhşiliklər törədildi: “Əslində, həmin faciə imperiyanın tək Azərbaycan xalqına qarşı yox, həm də bəşəriyyətə, humanizmə, insanlığa qarşı yönəldilmiş soyqırımı siyasəti idi. Həmin müdhiş gecədə xalqımız böyük bir faciə ilə üzləşsə də, özünün Vətənə, torpağa sədaqətini, qəhrəmanlığını, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini, sarsılmazlığını bir daha nümayiş etdirdi. Rəsmi məlumata görə, həmin vaxt təkcə Bakı şəhərində 131 nəfər xüsusi amansızlıqla qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər isə həbs olunub. Həlak olanlar arasında qadınlar, uşaqlar, qocalar da vardı. Tərkibində ermənilərin də olduğu Sovet hərbçiləri tərəfindən 200 ev və mənzil talan edilərək yandırılıb, 80 avtomaşın, o cümlədən, təcili yardım maşını, külli miqdarda şəxsi və dövlət əmlakı məhv edilib”.
Daha sonra qeyd olunub ki, bu faciəyə ilk etirazını bildirən isə Ulu öndər Heydər Əliyev olub. Tədbir iştirakçıları vurğulayıblar ki, həmin dövrdə Sovet imperiyasının rəhbərliyi tərəfindən təqiblərə məruz qalan Ümummilli lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də Moskvada yerləşən Azərbaycan nümayəndəliyinə gələrək mətbuat konfransı keçirib və baş verənlərlə bağlı açıqlama verib, xalqımıza qarşı törədilən cinayəti ifşa edib: “Əslində, həmin müdhiş gecədə həyata keçirilən qanlı aksiyanın əsas məqsədi Azərbaycan xalqının inam və iradəsini qırmaq, həmçinin, Sovet hərb maşınının gücünü nümayiş etdirmək idi. 23 il əvvəl həyata keçirilən bu dəhşətli faciə totalitar kommunist rejiminin Azərbaycan xalqına qarşı hərbi təcavüzü və cinayəti kimi tarixə düşüb və həmin cinayətin üstünü ört-basdır etmək mümkün olmayıb. Moskvanın, imperiyapərəst respublika rəhbərlərinin hədə-qorxularına, təzyiq və təqiblərinə baxmayaraq, Ulu öndər Heydər Əliyevin istər Moskvada yaşayarkən, istər Azərbaycan Ali Sovetinin deputatı, istər Naxçıvanda Ali Məclisin Sədri olarkən, istərsə də yenidən Azərbaycanda hakimiyyətə qayıdışından sonra nümayiş etdirdiyi qətiyyət və cəsarət sayəsində bu faciəyə əsl hüquqi-siyasi qiymət verilib”.
P.S. Qeyd edək ki, “Dəyirmi masa”dan hazırlanmış geniş materialı növbəti sayımızda oxucularımza təqdim edəcəyik.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

