79 yaşlı təşkilat!
24.10.2024 [08:39]
24 oktyabr BMT günüdür...
İkinci Dünya Müharibəsinin tam şəkildə bitməsinin ardından, yəni 1945-ci ilin payızında yeni dünya düzənin formalaşdırılmasına ehtiyac yaranmışdı. Fərqli siyasi gündəmlər, fərqli siyasi baxışlar və siyasi mövqelər bunu zəruri edirdi. Bu dəfə ən güclülər bir masa arxasına toplanaraq dünyada sabitlik və təhlükəsizliyin təmin olunmasına dəstək nümayiş etdirəcəkdi. Nəticədə 1945-ci il oktyabrın 24-də dünyanın ən güclü 50 dövləti tərəfindən yaradılmış “Ümumdünya Hökuməti” - Birləşmiş Millətlər Təşkilatı (BMT) zərurətdən doğaraq yeni dönəm üçün dünyada sülh və sabitlik, müzakirə və nəticə, hətta bəzi məqamlarda təsir və təzyiq funksiyasını yerinə yetirmək üçün yaradıldı.
50 dövlət nümayəndəsinin imzaladığı Nizamnamə
Ötən 79 ildə sərhədlərini genişləndirərək 193 ölkəni, 500 asılı ərazini, Antarktida materikini, Qərbi Səhranı, Dünya okeanını, bir sözlə bütünlükdə yer kürəsinin 80 faizini öz mandatına qatan BMT bu gün siyasi münasibətlər sisteminin ən böyük, ən geniş siyasi təşkilatına çevrilib. Baş qərargahı Nyu-York şəhərində yerləşən BMT-nin əsas missiyası beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq, möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. Bu yola mayak tutan əsas istinad nöqtəsi isə 1945-ci ilin 26 iyununda San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalanan və 1945-ci ilin 24 oktyabrında qüvvəyə minən BMT Nizamnaməsi oldu. Bu Nizamnamə təşkilatın dünyaya baxışını, ortada olan problemlərə yanaşmaları, daxili qaydaları müəyyənləşdirməklə ötən 10 ilə yaxın dövr üçün BMT-nin idarə edilməsində əsas rola çevrilib.
Qurumun əsas vəzifələri
BMT-nin əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir. BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı UNESCO, Uşaq Fondu UNICEF, BMT-nin İnkişaf Proqramı BMTİP və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) kimi inkişaf, humanitar yardım və insan hüquqlarının müdafiəsi sahələrində fəaliyyətləri həyata keçirən ixtisaslaşmış təşkilatları mövcuddur. Qurumun əsas vəzifələrinə isə münaqişələrin sülh yolu ilə tənzimlənməsi və kollektiv tədbirlər qəbul etməklə beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması, eyni zamanda, xalqın özünüdərketmək və bərabərlik prinsipinə hörmət etmək əsasında ölkələr arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi daxildir. Bundan başqa, beynəlxalq humanitar, mədəni, sosial, iqtisadi xarakterli problemlərin həllində beynəlxalq əməkdaşlığı həyata keçirmək qurumun ali məqsədlərindən biri kimi müəyyənləşdirilib.
Təşkilatın yenilənməsinə ehtiyac var...
Təssüfləndirici haldır ki, 20-ci əsrin sonu, 21-ci əsrin əvvəlində BMT-nin funksionallığının zəiflədiyinin şahidi oluruq. Belə ki, son dövrlərdə artan kataklizmlərin, qlobal təhlükəsizliyə açıq təhdidlərin fonunda BMT-nin susqunluğunun müşahidə olunması adekvat sayıla bilməz. Aktiv müharibələrin getdiyi, günahsız insanların öldürüldüyü bir zamanda BMT-nin fəal müdaxiləsi nəzərə çarpmır və əksinə, kənardan izləyici funksiyasında dayanmağa üstünlük verilir. Əvvəlllər də BMT TŞ-nin bəzi qərarlarının icrasına selektiv yanaşmaların şahidi olmuşuq. Məsələn, Azərbaycanın işğal altında olan əraziləri ilə bağlı qəbul edilən 4 qətnamə 30 ilə yaxın icra edilmədi və Azərbaycan bu qətnamələrin icrasını öz üzərinə götürdü. Beləliklə, bu kimi hallar 79 yaşlı BMT-nin yenilənməsinə ehtiyacın duyulduğunu göstərir.
Xatırladaq ki, Azərbaycan BMT-yə 1992-ci il, martın 2-dən etibarən qoşulub. Həmin il mayın 6-da Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılıb.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22

