Əkrəm Əylislinin “Daş yuxular”ı “dəfn olundu”
02.02.2013 [02:24]
Vətənpərvər gənclər yazıçı Əkrəm Əylislinin “Daş yuxular” əsərinə etiraz olaraq növbəti aksiya keçiriblər
Dünən ölkəmizin vətənpərvər gənclərinin bir qrupu yazıçı Əkrəm Əylislinin “Daş yuxular” əsərinə etiraz olaraq növbəti aksiya keçiriblər. Belə ki, gənclər Xocalı abidəsinin yaxınlığında toplaşaraq növbəti tədbirlərini reallaşdırıblar. Aksiyaçılar üzərinə “Daş yuxular” yazılmış simvolik kitabları üzərinə xaç işarəsi çəkilmiş tabuta qoyaraq, rəmzi dəfn mərasimi keçiriblər. Dəfn mərasimi klarnetdə ifa olunan musiqinin sədaları altında baş tutub.
Qeyd edək ki, tədbirdə daha çox qaçqın və məcburi köçkün gənclər təmsil olunublar. “Bizim torpaqlarımızı ermənilər işğal edib. Belə olan halda Əkrəm Əylislinin azərbaycanlıları ermənilər qarşısında alçaltması bizi çox hiddətləndirir. Ona görə də, biz bu aksiyanı keçirərək onun kitabını dəfn edirik. Amma inanmırıq ki, torpaq onu qəbul etsin”, - deyə gənclər vurğulayıblar.
Aksiya iştirakçısı Sahil Hacıyev deyib ki, gənclərin bu gün toplaşmasının əsas səbəbi Ə.Əylislinin xalqına, torpağına, şəhidlərin ruhuna hörmətsizlik edərək ərsəyə gətirdiyi xəyanət toplusu olan yazıya etiraz bildirməkdir: “Bu cür xəyanətlər və xəyanətkarlar yalnız ölümə məhkumdurlar. Əkrəm həqiqətən erməni olduğunu bir daha sübut etdi”.
Həbib Misirov isə Kəlbəcər rayonundan məcburi köçkündür. H.Misirov qaçqın və məcburi köçkün gənclərin mövqeyini ifadə edərək deyib ki, Əkrəm Əylisli ölkəmizin işğal olunmuş ərazilərində, Xocalıda, Kəlbəcərdə və digər yerlərdə baş verən faciələri unudub: “Ə.Əylisli əsərində dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhuna toxunur. Qaçqın və məcburi köçkün gənclərin adından deyirəm ki, onun nə xalq yazıçısı adını, nə də “İstiqlal” ordenini daşımağa haqqı yoxdur”.
Bakı Dövlət Universitetinin tələbəsi Nurlan Hacıyevin fikrincə, hər kəs açıq-aşkar erməni işğalına və separatizminə haqq qazandıran, erməniləri təbliğ edən insanın bu ölkədə yaşamasına etirazını bildirməlidir: “Bu gün burada iştirak etməyi gənc olaraq özümə borc bilirəm. Ona görə ki, Əkrəmin etdiyi alçaqyana hərəkətlərinə etirazımı bildirirəm. Əkrəmin erməni sevgisinə gənclərlə yanaşı ziyalılar, o cümlədən, ölkədə yaşayan hər kəs etirazını bildirməlidir”.
Digər bir gənc Tərlan Səfərov isə hesab edir ki, Ə.Əylislinin romanı Azərbaycanın milli-mədəni dəyərlərini aşağılayan, təhqir edən bir “əsər”dir: “Ə.Əylisli faktiki olaraq Naxçıvan və Qarabağı “erməni torpağı” kimi təqdim edir. İşğalçı dövlətə belə bir yazını yazan lazımdır ki, onu mükafatlandırsın. Ə.Əylisli ermənilərin saxtakarlığını həqiqət kimi təqdim etməyə çalışır. Düşmənlə əlbir olaraq xalqımıza qarşı fəaliyyət göstərən Əkrəm Əylisliyə “ar olsun” deyirik! Biz onun kitabını dəfn edirik, amma bilmirik torpağımız onu qəbul edəcək, ya etməyəcək”.
Nardar
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

