/ / Azərbaycan Diplomatik Akademiyasının nümayəndə heyəti Koreya Respublikasında və Sinqapurda səfərdə olub
Azərbaycan Diplomatik Akademiyasının nümayəndə heyəti Koreya Respublikasında və Sinqapurda səfərdə olub
06.02.2013 [03:11]
Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayevin başçılıq etdiyi nümayəndə heyəti Koreya Respublikasında və Sinqapurda səfərdə olub.
Akademiyanın mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, ADA-nın prorektoru Fariz İsmayılzadə, ictimai və beynəlxalq münasibətlər məktəbinin dekanı Anar Vəliyev, humanitar və dəqiq elmlər məktəbinin dekanı Vəfa Kazdal və ali təhsil müəssisəsinin müşaviri Lu Qudman nümayəndə heyətinin tərkibində olublar.
Bir həftəlik səfərin məqsədi Asiyanın aparıcı universitetləri və ADA arasında əlaqələrin inkişafı ilə bağlı məsələlərin müzakirə edilməsi olub.
Səfər çərçivəsində Koreyanın paytaxtı Seul şəhərində fəaliyyət göstərən Xarici Araşdırmalar üzrə Hankuk Universitetində görüş keçirilib. Ötən ilin oktyabrında ADA ilə Hankuk Universiteti arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, hər iki ali təhsil ocağı gələcəkdə birgə təlim və tədris proqramlarını həyata keçirmək üçün qarşılıqlı fəaliyyət qurmaq barədə razılığa gəliblər.
ADA nümayəndə heyəti, həmçinin Koreya Universitetində, Koreya Milli Diplomatik Akademiyasında və Yonsey Universitetində görüşlər keçirib, müzakirələr aparıb.
Sinqapura səfər çərçivəsində isə ADA nümayəndə heyəti Sinqapur Milli Universitetində və Nanyanq Texniki Universitetində olub.
Asiya səfəri zamanı keçirilən görüşlərdə Azərbaycan Diplomatik Akademiyası və tərəfdaş universitetlər arasında bir semestrlik tələbə mübadiləsi proqramlarının həyata keçirilməsi, birgə elmi konfransların təşkili, Asiyadan ADA-ya tələbələrin cəlb edilməsi məsələləri müzakirə olunub.
Səfər zamanı keçirilən görüşlərdə ADA-nın Beynəlxalq Təqaüd Proqramı üzrə bu ali təhsil ocağının magistr pilləsində 19 ölkədən təhsil alan 22 xarici tələbənin Koreyanın və Sinqapurun tədqiqat mərkəzlərində təcrübə keçmələri, eləcə də Koreya Milli Diplomatik Akademiyasının tələbələri üçün ADA ixtisasartırma proqramları tərəfindən “Xəzər hövzəsi araşdırmaları” təlim kurslarının təşkili məsələsi də müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

