/ / Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa Respublikasının keçmiş Baş naziri və ticarət məsələləri üzrə vəkili Dominik de Villpen ilə görüşüb
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa Respublikasının keçmiş Baş naziri və ticarət məsələləri üzrə vəkili Dominik de Villpen ilə görüşüb
12.02.2013 [02:18]
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dünən Fransa Respublikasının keçmiş Baş naziri və ticarət məsələləri üzrə vəkili Dominik de Villpen ilə görüşüb.
Mehriban xanım Əliyeva Dominik de Villpen ilə Parisdəki görüşünü məmnunluqla xatırlayıb. Ölkələrimiz arasında gözəl əlaqələrin olduğunu deyən Mehriban xanım Əliyeva Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılmasının məhz fransız şirkətinin dəstəyi ilə reallaşmasını buna bariz nümunə kimi göstərib. O, Fransanın köməyi ilə bu proqramın gələcəkdə də davam edəcəyinə ümidvarlıq bildirib.
“Biz Heydər Əliyev Fondu olaraq humanitar, mədəniyyət, təhsil sahələrində də əməkdaşlıq edirik. Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin Fransada tanınmasını istəyir və biz bu istiqamətdə geniş fəaliyyət göstəririk. Artıq bir ildir ki, Fond Fransada Azərbaycan mədəniyyətini təbliğ edən iri layihə həyata keçirir. Bu layihə çərçivəsində tədbirlər bütün Fransanı əhatə edir” - deyə Mehriban xanım Əliyeva vurğulayıb. Azərbaycanın birinci xanımı bu tədbirlərin maraqla qarşılandığını, Fransa mətbuatında Azərbaycan barədə müsbət yazıların sayının artdığını xüsusilə qeyd edib.
Təhsil sahəsində əməkdaşlığa da toxunan Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda Fransız məktəbinin inşa olunduğunu deyib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Dominik de Villpenin səfərinin uğurlu olacağına əminliyini ifadə edib.
Dominik de Villpen xoş sözlərə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib, Azərbaycana səfərindən böyük məmnunluq duyduğunu deyib. O, Azərbaycanı qazandığı uğurlar münasibətilə bir daha təbrik edib, birinci Avropa Oyunlarının məhz Bakıda keçirilməsini ölkənin artan nüfuzunun bariz göstəricisi adlandırıb. Fransalı qonaq bu oyunların keçirilməsi ilə əlaqədar yaradılmış təşkilat komitəsinə rəhbərlik edən Mehriban xanım Əliyevaya uğurlar arzulayıb.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

