Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qərbi Azərbaycan İcması bəyanat yayıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

27.11.2024 [15:31]

Qərbi Azərbaycan İcması bəyanat yayıb.

AZƏRTAC bəyanatı təqdim edir: "Fransanın ARTE kanalında “Azərbaycanlılar və türklər iki qardaş xalqlardır və eyni vəhşilikləri törətməyə qadirdirlər” kimi Azərbaycana qarşı böhtan və iftiralarla dolu sənədli film yayımlanmışdır.

Son olaraq COP29 zamanı bir sıra Qərb mediasının Azərbaycana qarşı çirkin kampaniyasının şahidi olmuşduq.Yalandan özünü müstəqil media adlandıranlar, “söz azadlığı”ndan dəm vuranlar azərbaycanofob, islamofob siyasi dairələrin əlində alətə çevrilmişdir. Təəssüf ki, bəzi Qərb mediası “xristian Ermənistan və müsəlman Azərbaycan” hekayəsini yaymaqda davam edir və cəmiyyətləri məsələyə sırf etnik və dini təəssübkeşlikdən yanaşmağa kökləyir.

Qeyd edilən sənədli film XXI əsrdə irqçiliyin, Azərbaycana qarşı nifrətin Fransa cəmiyyətinin bütün sahələrinə yayılmasının daha bir nümunəsidir. Fransanın özünü diplomat adlandıran Ermənistandakı səfirinin zaman-zaman Azərbaycanı hədəf alan cılız, ölkəsini hörmətdən salan, Ermənistan cəmiyyətinin radikal hissəsini isə “cuşa gətirən” açıqlamaları isə irqçilikdən əlavə, həm də Fransa siyasi isteblişmentində gedən güclü deqradasiyanı göstərir".

Paylaş:
Baxılıb: 464 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31