Yeni Azərbaycan Partiyasının V Qurultayı Azərbaycan xalqının arzusunu reallaşdırdı
12.06.2013 [00:49]
Qurultay nümayəndələri bu tarixi tədbirin Azərbaycanın gələcəyi baxımından böyük əhəmiyyət daşıdığını düşünürlər
Məlum olduğu kimi, iyunun 7-də Yeni Azərbaycan Partiyasının (YAP) V Qurultayı keçirilib. Qurultay həm partiyanın, həm də Azərbaycan xalqının gələcəyi baxımından əlamətdar qərarların qəbulu ilə yadda qaldı. Qurultay iştirakçıları tədbirlə bağlı təəssüratlarını bölüşərək bu tarixi hadisənin əhəmiyyətindən danışıblar.
Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova partiyanın V Qurultayının Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinin tamam olduğu ilə və Milli Qurtuluş Günü ərəfəsinə təsadüf etdiyini bildirib. Onun sözlərinə görə, Qurultay yüksək əhval-ruhiyyə şəraitində keçirilib: “Qurultayda Yeni Azərbaycan Partiyasının demək olar ki, bütün rayon və şəhər təşkilatlarından seçilmiş nümayəndələr iştirak edirdilər. Qurultaydan öncə partiyanın rayon və şəhər təşkilatlarının, gənclər təşkilatlarının, bir sıra digər ictimai qurumların keçirdikləri toplantılarda YAP-ın prezident seçkilərində namizədinin Prezident İlham Əliyev olması təklifi irəli sürülmüşdü. Bu, o deməkdir ki, YAP-ın Qurultayında alınan qərar təkcə partiyanın deyil, Azərbaycan xalqının mütləq əksəriyyətinin istəyi, arzusu və verdiyi qərardır. Beləliklə, partiyanın Qurultayında da Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi yekdilliklə qəbul olundu. Təşəkkür edirik ki, Prezidentimizin Özü də qərarı dəstəklədi və onun qəbul olunmasında iştirak etdi. Partiya artıq seçki qanunvericiliyinə uyğun olaraq öz namizədinin seçkiyə hazırlıq işlərini kampaniya başlayan zaman yüksək səviyyədə həyata keçirəcəkdir”.
Milli Məclis sədrinin müavini V Qurultayda partiyada digər çox mühüm qərarların qəbul edildiyini də deyib: “Bildiyimiz kimi, Siyasi Şuranın, İdarə Heyətinin tərkibində müəyyən dəyişikliklər oldu, yeni kadrlar cəlb olundu. Həmin şəxslər bu struktura yeni daxil olsalar da, partiya sıralarında çoxdan yer alırlar. Partiyanın formalaşmasında, inkişafında, bugünkü nailiyyətlərində onların da çox böyük zəhməti var. Ona görə də, alınan qərarlar həm onların zəhmətinin, əməyinin dəyərləndirilməsi, həm də partiyanın yeni kadrlarla zənginləşməsi deməkdir. Bu baxımdan, YAP-ın V Qurultayında alınan qərarlar strukturun saxlanılması yolu ilə tərkibdə müəyyən dəyişikliklər deməkdir. Həyata keçirilən dəyişikliklər partiyanın güclənməsinə, dövrün, zamanın tələbinə uyğunlaşdırılmasına xidmət edir”.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev qeyd edib ki, V Qurultay dövlətimizin, xalqımızın taleyində çox əlamətdar oldu: “Qurultayın qəbul etdiyi qərarlar Azərbaycan xalqının təkcə bu günü üçün deyil, bütövlükdə gələcəyi üçün çox əhəmiyyətli hadisədir. Bu Qurultaydan Azərbaycan xalqının böyük gözləntiləri var idi. Bildiyimiz kimi, YAP Azərbaycan cəmiyyətinin ən monolit və nüfuzlu siyasi təşkilatıdır. YAP-ın qərarı, heç şübhəsiz, Azərbaycan xalqının böyük kəsiminin iradəsini ifadə edən, xalqın ürəyindən olan bir qərardır. Məlum olduğu kimi, YAP-ın V Qurultayı birmənalı olaraq partiyamızın Sədri, dünya azərbaycanlılarının lideri cənab Prezident İlham Əliyevin 2013-cü ilin oktyabrında keçiriləcək seçkilərdə namizədliyini irəli sürdü. Partiyanın Qurultayı öncəsi keçirilən bir çox rayon konfranslarında iştirak etmişəm. Həmin tədbirlərdə bütün rayon əhalisinin əhval-ruhiyyəsi ondan ibarət idi ki, Azərbaycanda yeganə, alternativsiz, uğur gətirəcək siyasət Ümummilli lider Heydər Əliyevin siyasi kursudur və bu siyasi kurs uzun illər Azərbaycanda davam etməlidir. Məhz bu siyasi kursun davam etdirilməsi Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında YAP iqtidarı tərəfindən həyata keçirilməlidir. YAP-ın V Qurultayı xalqın bu istəyini, arzusunu həyata keçirən bir qərar qəbul etdi, Ümummilli liderin layiqli davamçısı, YAP-ın Sədri cənab Prezident İlham Əliyevin 3-cü dönəmdə ölkəyə, xalqa rəhbərlik etməsini məsləhət gördü və dəstəklədi. Bu, YAP üzvlərinin deyil, bütövlükdə Azərbaycan xalqının arzusu, ümidi idi və bu azunu partiyanın Qurultayı reallaşdırdı”.
M.Quliyev Qurultayda alınan digər qərarların da əhəmiyyətini vurğulayıb: “Qurultayda qəbul olunan təşkilati qərarlar da partiyamızın sıralarının möhkəmləndirilməsinə partiya rəhbərliyinin daha da şaxələnməsinə, partiya quruculuğu sistemlərinin daha da demokratikləşdirilməsinə gətirib çıxaran qərarlar oldu. Hesab edirən ki, bu Qurultay bütövlükdə həm partiyanın, həm də cəmiyyətin inkişafına siyasi mesaj olacaqdır”.
“Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi sisteminin əsas hərəkətverici, dominat güc mərkəzi olduğu kimi, onun ali orqanlarının qəbul etdiyi qərarlar da Azərbaycanın gələcək inkişafını müəyyənləşdirən mühüm faktorlardır. Bu mənada partiyamızın V Qurultayına böyük ictimai marağın olması başadüşüləndir”. Bu fikirləri isə YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib. Onun sözlərinə görə, partiyanın V Qurultayı bir daha YAP-ın gücünü və monolit bir təşkilat kimi Azərbaycanın həyatında oynadığı mühüm rolu təsdiq etdi.
A.Hüseynov deyib ki, Yeni Azərbaycan Partiyası bu günə qədər istər üzərinə götürdüyü böyük və şərəfli missiyanı uğurla yerinə yetirməsi, istər müstəqilliyin ilk illərində yeni yaranan bir təşkilat olmasına baxmayaraq, müstəqilliyimizin əbədiliyinin təmin olunmasında müstəsna xidmətləri, Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğunun möhkəmləndirilməsi, vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi, möhkəm siyasi sistemin qurulması, istərsə də, Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmlənməsində xidmətləri ilə cəmiyyətin bütün təbəqələrinin böyük dəstəyini alıb: “Heç də təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyası ümumxalq partiyası kimi qiymətləndirilir. Xalqın partiyası olmaq, həm də xalqın arzu və istəklərinə, onun maraqlarına uyğun fəaliyyət göstərmək, qərarlar qəbul etmək deməkdir. Və düşünürəm ki, V Qurultay qəbul etdiyi qərarlarla cəmiyyətin gözləntilərinə tam cavab verdi. Bilirsiniz ki, cəmiyyətdə böyük əksəriyyət bu fikirdədir ki, xalqın inamını doğrultmuş dövlət başçısının uğurla davam etdirdiyi islahatlar hələ uzun illər Azərbaycanın möhkəmləndirilməsi və gücləndirilməsinə, ölkənin iqtisadi qüdrətinin artırılmasına, xalqın layiq olduğu firavanlığa qovuşmasına xidmət edəcək. Ölkəmizin və regionun ən güclü, mütəşəkkil partiyası olan Yeni Azərbaycan Partiyası da məhz xalqımızın bu iradəsinə və inamına söykənərək qarşıdan gələn prezident seçkilərində partiyamızın Sədri cənab İlham Əliyevin namizədliyini irəli sürdü”.
Aydın Hüseynov, həmçinin, partiya rəhbərliyinə yeni şəxslərin seçilməsinin də çox düzgün və yerində bir qərar olduğunu söyləyərək əlavə edib ki, bu, yalnız partiyanın güclənməsinə xidmət edəcək.
YAP Siyasi Şurasının üzvü, partiyanın Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov isə Qurultaydan çox böyük təəssüratlarla ayrıldığını söyləyib: “Çünki tədbir çox möhtəşəm idi, çox gözəl keçdi. Qurultayın əsas qərarı, yəni Yeni Azərbaycan Partiyasının partiyamızın Sədri, dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürməsi təkcə Qurultay iştirakçılarının, partiya üzvlərinin deyil, Azərbaycan xalqının böyük hissəsinin istəyinə uyğun oldu, bu qərar ölkənin hər yerində alqışlandı. Partiyanın Siyasi Şurasının və İdarə Heyətinin tərkibində edilən dəyişikliklər, həmçinin, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın YAP-ın Sədr müavini seçilməsi hamımızı çox sevindirdi. Bildiyimiz kimi, Mehriban xanım Əliyeva Xəzər rayonundan millət vəkili seçilib, burada çox böyük işlər görüb, bölgənin insanları onu çox sevir”.
N.Əhmədovun fikrincə, Qurultay Azərbaycanın 2013-cü ildən 2018-ci ilədək olan dövrünü əhatə edib: “Artıq bu gündən namizədimizin təbliğatına başlayacağıq. İnanırıq ki, Prezident İlham Əliyev 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində də xalqın böyük dəstəyini qazanacaq”.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

