Sülhə yaxınıqmı?
28.02.2025 [12:34]
İrəvan saziş layihəsi ilə bağlı Bakıdan cavab alıb
Artıq bir neçə aydır dünyada yeni siyasi nizamın formalaşdırılması istiqamətində aktiv prosesləri müşahidə edirik, Cənubi Qafqazda da sülhün yaranması yeni münasibətlər sisteminin yaradılmasına yol aça bilər. Belə bir dövrdə regionumuzun sabit və inkişafa yönəlik üstünlükləri göz önünə çıxaraq yeni dividendlər yaradacaq. Təbii ki, ötən dövrdə sülh istiqamətində atılan addımlar, irəli sürülən təkliflər Azərbaycanın təşəbbüsü ilə ortaya çıxıb - sülh prosesinin məntiqi nəticəyə yaxınlaşması, ikitərəfli təmaslar sayəsində müəyyən irəliləyişlərə nail olunması üçün isə Ermənistan siyasi iradə nümayiş etdirməlidir. Çünki sülh daha çox Ermənistan üçün perspektiv vəd edir. Cənubi Qafqazın stabil və sabit məkan kimi şöhrət qazanması, tanınması, qlobal layihələrin bizim coğrafiyada təşəkkül tapması, bir sözlə sülhün imzalanması İrəvanı fərqli xarici güclərin arxa bağçası olmaqdan xilas edəcək, bir dövlət kimi təsdiqləyəcək, eyni zamanda regionun ümumi inkişaf tempinə uyğunlaşdıracaq.
İki bənd hələ də razılaşdırılmayıb...
Sülh prosesinin indiki məqamında isə nəticəyə yaxınlıq hiss edilməkdədir - bu istiqamətdə müzakirələr daha da intensivləşib. Verilən açıqlamalar da onu göstərir ki sülh çox uzaqda deyil. Belə ki, jurnalistlərə açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin iki bəndi hələ də razılaşdırılmayıb. Hökümət başçısı bildirib ki, ötən gün İrəvan saziş layihəsi ilə bağlı Bakıdan cavab alıb. “Bu, artıq sülh müqaviləsinə 12-ci düzəlişdir. Sənəd Azərbaycanın bizim əvvəlki təkliflərimizə münasibətini əks etdirir. Hazırda cavab təşəbbüslərini formalaşdırmaq üçün onun təhlilini aparırıq” - Baş nazir qeyd edib.
Sülhün imzalanması üçün zəmin...
Beləliklə, prosesin qarşqılıqlı əlaqələr fonunda davam etməsi həm də mühüm nəticələr üçün ümid yaradır. Artıq Ermənistan rəhbərliyi anlayır ki, sülh məsələsində Azərbaycanın iradəsi əsas şərtdir - ölkəmizin beynəlxalq hüquqa söykənən və ədalətə əsaslanan şərtləri regionun təhlükəsiz gələcək inkişafı üçün əsasdır. Əbədi sülhün formalaşması üçün isə müqavilədəki iki şərtlə yanaşı, həm də münbit şəraitin formalaşdırılması mühüm rol oynayır. Ermənistan uzun illərdir ki, davam edən əsassız iddialarından geri çəkilməli, paralel olaraq ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı mövqeyini açıqlamalıdır. İrəvan yalnız rəsmi şəkildə Konstitusiyasında dəyişiklik etməklə sülh prosesinin ardıcıllığını təmin edə bilər - bu, gələcək kataklizmlərin yaranması ehtimalını da indidən aradan qaldırmış olur. Ermənistan Konstitusiyasını dəyişmədikcə bu ölkənin Azərbaycana qarşı ərazi iddialarının hər an eskalasiyaya çevrilmə təhlükəsi var. Beləliklə, yaxın zamanda bu dəyişikliyin edilməsi perspektivi də sülhü yaxınlaşdıran amil kimi çıxış edəcək.
Aİ missiyası sülhə maneədir...
Paşinyan qeyd edib ki, tərəflər sərhəddə avropalı müşahidəçilərin yerləşdirilməsi məsələsində razılığa gələ bilməyib. Qeyd edək ki, Fransanın “Aİ missiyası” adı altında Cənubi Qafqaza yerləşdirdiyi bu kəşfiyyatçı qrupu sülh üçün ən böyük maneələrdən biridir. Ermənistana üzdə “havadarlıq” edən, arxa planda isə özünün korporativ maraqlarını əsas götürən Fransa məhz bu missiyanın əli ilə sülhün reallaşmasına bu və ya digər şəkildə əngəl törədir. Prezident İlham Əliyev ötən il dekabrın 17-də “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində bildirmişdi ki, sülh sazişi sənədinin ravzılaşdırılmamış maddələrindən biri başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır: “Bu, niyə bizim üçün vacibdir? Çünki sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb”.
Fəaliyyətə başladığı ilk günlərdə heyəti 40 nəfərdən ibarət olan, bu gün isə artıq 200-dən artıq “durbinçinin” təmsil olunduğu qrup birmənalı şəkildə Azərbaycana qarşı təxribatların hazırlanmasında iştirakçı qismində çıxış edirlər. Fevral ayında “xidmət müddəti” 2 illiyinə artırılan qrup yalnız destruktiv fəaliyyətlə yadda qalır - eyni zamanda, sülh üçün ləngimə yaradır...
Zəngəzur dəhlizi açılır?
Paşinyan iki ölkə arasında kommunikasiyaların açılması məsələsinə də toxunub. Bildirib ki, Bakı hələ ki, İrəvanın kommunikasiyaların açılması təklifinə rəsmi cavab verməyib. “Biz öz təkliflərimizi təqdim etmişik və Azərbaycandan müsbət cavab alacağımıza ümid edirik. Söhbət iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasından, o cümlədən Azərbaycanın qərb rayonlarından Ermənistanın suveren ərazisindən keçməklə Naxçıvana yüklərin tranzitindən gedir. Öz növbəsində, Ermənistan Yerasx-Mehri (Arazdəyən-Mehri-red.) marşrutu üzrə dəmir yolu əlaqəsi imkanı əldə edəcək”, - Paşinyan əlavə edib.
Ermənistan öz öhdəliklərini yerinə yetirəcəyi halda Azərbaycan üçün sülh məsələsi hər zaman aktualdır. Xüsusilə, Zəngəzur dəhlizi ilə bağlı məsələ İrəvan tərəfindən həyata keçirilməlidir. Qeyd edək ki, Prezident İlham Əliyev hər zaman bildirib ki, Ermənistan Azərbaycandan Azərbaycana maneəsiz getmək üçün bizə yol verməlidir. Vurğulanmalıdır ki, Zəngəzur dəhlizi Azərbaycandan Azərbaycana rahat və maneəsiz yol olduğu qədər Ermənistan üçün mühüm iqtisadi platformadır. Post-müharibə dövründə regional inkişafın əsas ünsürlərindən birini məhz Zəngəzur dəhlizi - Şərq-Qərb logistik ticarət və yükdaşıma yolu, onun elementləri, keçid məntəqələri və marşurutları təşkil edə bilər. Zəngəzur dəhlizinin ən mühüm üstünlüklərindən biri isə Avropa ilə Asiyanı birləşdirməklə yanaşı, Yaxın Şərq regionuna da yaxınlığıdır. Türkiyə vasitəsilə təkcə Avropaya deyil, eləcə də Yaxın Şərqə çıxış imkanı qazanacaq layihə tərəfdaşları bu üstünlükdən də yararlanmış olacaqlar. Bu isə Ermənistana mühüm üstünlüklər vəd edir. Dəhlizin açılması Ermənistanın iqtisadi potensialında mühüm dəyişikliklərə yol açacaq. Bütün bölgə dövlətləri bu xətt vasitəsilə birləşəcək və yeni iqtisadi güc müstəvisi yaradacaq ki, burada da Ermənsitan üçün böyük dividendlər gözlənilir...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
16 Dekabr 21:25
İqtisadiyyat
16 Dekabr 20:43
Sosial
16 Dekabr 20:18
Xəbər lenti
16 Dekabr 19:51
YAP xəbərləri
16 Dekabr 19:36
Elm
16 Dekabr 19:20
Sosial
16 Dekabr 18:25
YAP xəbərləri
16 Dekabr 17:53
İdman
16 Dekabr 17:43
YAP xəbərləri
16 Dekabr 17:29
YAP xəbərləri
16 Dekabr 16:30
Dünya
16 Dekabr 16:14
Siyasət
16 Dekabr 15:32
Siyasət
16 Dekabr 14:33
Sosial
16 Dekabr 14:30
Dünya
16 Dekabr 14:20
Siyasət
16 Dekabr 14:05
Xəbər lenti
16 Dekabr 14:03
Dünya
16 Dekabr 13:41
Dünya
16 Dekabr 12:37
Hadisə
16 Dekabr 12:37
Sosial
16 Dekabr 12:35
Dünya
16 Dekabr 12:13
Siyasət
16 Dekabr 11:57
Gündəm
16 Dekabr 11:42
Siyasət
16 Dekabr 11:29
Siyasət
16 Dekabr 11:14
İqtisadiyyat
16 Dekabr 11:13
Siyasət
16 Dekabr 11:13
Sosial
16 Dekabr 11:00
İqtisadiyyat
16 Dekabr 10:58
Gündəm
16 Dekabr 10:58
İqtisadiyyat
16 Dekabr 10:42
İqtisadiyyat
16 Dekabr 10:41
İqtisadiyyat
16 Dekabr 10:37
Gündəm
16 Dekabr 10:22
Analitik
16 Dekabr 10:15
Xəbər lenti
16 Dekabr 09:56
MEDİA
16 Dekabr 09:52
Analitik
16 Dekabr 09:30
Analitik
16 Dekabr 09:12
Sosial
16 Dekabr 08:56
Sosial
16 Dekabr 08:24
Sosial
16 Dekabr 07:56
Dünya
15 Dekabr 23:42
YAP xəbərləri
15 Dekabr 23:15
Sosial
15 Dekabr 22:50
Yeni texnologiyalar
15 Dekabr 22:29
YAP xəbərləri
15 Dekabr 22:12
YAP xəbərləri
15 Dekabr 21:48
Dünya
15 Dekabr 21:33
Dünya
15 Dekabr 21:15
Dünya
15 Dekabr 20:57
Xəbər lenti
15 Dekabr 20:41
Dünya
15 Dekabr 20:33
YAP xəbərləri
15 Dekabr 20:16
Sosial
15 Dekabr 19:52
YAP xəbərləri
15 Dekabr 19:35
Dünya
15 Dekabr 19:13
YAP xəbərləri
15 Dekabr 18:43
Siyasət
15 Dekabr 17:57
Xəbər lenti
15 Dekabr 17:51
Din
15 Dekabr 17:50
Xəbər lenti
15 Dekabr 17:50
Dünya
15 Dekabr 17:48
Hadisə
15 Dekabr 17:44
YAP xəbərləri
15 Dekabr 17:38
Elanlar
15 Dekabr 16:51
YAP xəbərləri
15 Dekabr 16:37
Dünya
15 Dekabr 16:02

