/ / Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş xatirə markasının rəsmi möhürlənmə mərasimi olub
Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş xatirə markasının rəsmi möhürlənmə mərasimi olub
19.06.2013 [01:52]
Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevə həsr olunmuş xatirə markasının rəsmi möhürlənmə mərasimi keçirilib. “Müqəddəs Apostol Andrey Pervozvannı ordeni kavalerləri” seriyasından olan marka Rusiya Federasiyası Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin nəzdindəki “Marka” Nəşriyyat və Ticarət Mərkəzi və Azərbaycanın “Azərmarka” şirkəti tərəfindən birgə buraxılıb.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu mərasimi açaraq, bütün iştirakçıları Azərbaycanın Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Diplomat bildirib ki, 15 iyun bizim ölkəmizdə böyük bayramdır. Azərbaycan xalqı bu gün Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışını qeyd edir.
Səfir P.Bülbüloğlu dahi lider Heydər Əliyevə həsr olunmuş markanı təqdim edərək deyib: “Markanın üzərində Heydər Əliyevin şəkili və Rusiyanın gerbi təsvir olunmuşdur. Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olmuş və bizim hamımızın birgə yaşadığımız bu ölkə üçün çox işlər görmüşdür. Ona görə də, Rusiyada belə markanın buraxılması qanunauyğundur. Heydər Əliyevin xidmətləri çox böyükdür. O həm təhsil, həm mədəniyyət, həm də nəqliyyat sahələrinə kuratorluq etmişdir. Onun tabeliyində Sovet İttifaqının 16 nazirliyi var idi. Belə markanın buraxılması görkəmli dövlət və siyasi xadimin xatirəsinə verilən lazımi qiymətdir”.
Daha sonra görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsinə həsr edilən poçt markasının təntənəli möhürlənmə mərasimi olub. Mərasimdə bildirilib ki, 440 min nüsxə tirajla buraxılmış marka Rusiyanın və Azərbaycanın bütün poçt rabitəsi şöbələrinə daxil olub. Bu gün möhürlənən marka və zərflər də böyük filatelizm dəyərinə malikdir. Möhürlənmə mərasimindən sonra onlar müəyyən nöqteyi-nəzərdən nadir və yeganə olacaq.
Təntənəli möhürlənmə mərasimindən sonra Moskva Dini Qurumlarla Əlaqələr və Milli Siyasət, Regionlararası Əməkdaşlıq Departamentinin rəhbəri Yuri Artyux çıxış edib. O deyib: “Hər bir xalq üçün böyük xoşbəxtlikdir ki, onun tarixinin çətin vaxtlarında xalqını ağır vəziyyətdən çıxarmağı və birləşdirməyi, onu düzgün yola istiqamətləndirməyi bacaran bir lider gəlir. Bu gün Azərbaycan həmin yolla inamla irəliləyir. Bugünkü mərasim böyük insanın keçdiyi həyat yolunun çox vacib əksidir. Azərbaycan Rusiya üçün qardaş və dost ölkədir. Azərbaycan xalqı isə dostluq etdiyimiz, birlikdə, yan-yana yaşadığımız xalqdır”.
“Marka” Nəşriyyat və Ticarət Mərkəzinin baş direktoru Artyom Adibekovun sözlərinə görə, dünyanın bütün ölkələrində markalar o ölkənin həyatında çox böyük və mühüm əhəmiyyət kəsb edən hadisələrlə əlaqədar olaraq buraxılır. Bugünkü buraxılış da istisna deyildir. A.Adibekov deyib: “Heydər Əliyevin yubileyi bizim ölkəmiz üçün də mühüm hadisədir. Heydər Əliyev təkcə Azərbaycanın deyil, Rusiyanın da görkəmli siyasi xadimidir. Heydər Əliyev həm keçmiş Sovetlər İttifaqı üçün, həm də Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsi üçün çox işlər görmüşdür. Onun gözəl əməllərinə və siyasi irsinə görə biz bu markanın buraxılmasını plana daxil etmək qərarına gəldik”.
A.Adibekov markanı azərbaycanlı həmkarları ilə birgə buraxdıqlarını qeyd edib.
Bildirib ki, bu günlərdə “Azərmarka” şirkəti belə markanı Azərbaycanda da təqdim edib. O, deyib: “Bu, Azərbaycan və Rusiya arasında dostluğun və yeni birgə iş təcrübəsinin daha bir sübutudur”.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

