“Bir səfərin izi ilə - Böyük Britaniya” filmi təqdim olundu - FOTOLAR
05.03.2025 [14:02]
Martın 4-də Nizami Kino Mərkəzində Ümummilli Lider Heydər Əliyevin Böyük Britaniya Krallığına rəsmi səfərlərinə həsr olunmuş “Bir səfərin izi ilə - Böyük Britaniya” sənədli filminin təqdimatı olub.
Yeniazerbaycan.com xəbər verir ki, filmin təqdimatında Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva iştirak edib.
Ekran əsərinin nümayişindən əvvəl çıxış edən layihə rəhbəri, tanınmış səyyah və jurnalist Azər Qərib bildirib ki, tamaşaçıları Ümummilli Lider Heydər Əliyevin səfər etdiyi Böyük Britaniyanın tarixi şəhərləri - London vǝ Edinburqa aparan film rəsmi səfərin qeyri-rəsmi tərəflərini göstərir. O qeyd edib ki, filmdə, eyni zamanda, Ulu Öndərin Azərbaycanla Böyük Britaniya arasında dostluq əlaqələrinin formalaşmasında oynadığı xüsusi rol barəsində tarixi faktlar təqdim olunur. Filmin çəkilişləri London və Edinburq şəhərlərində aparılıb. İMZAİNFO bildirir ki, bu, Ümummilli Lider Heydər Əliyevin səfərlərinə həsr olunmuş “Bir səfərin izi ilə” filmlər toplusundan artıq dördüncü filmdir. Birinci film Ulu Öndərin İtaliya səfərinə, ikinci film Yaponiya səfərinə, üçüncü film Çin səfərinə, dördüncü film isə Böyük Britaniya səfərinə həsr olunub. Layihə çərçivəsində Heydər Əliyevin müxtəlif xarici səfərləri və onların tarixi əhəmiyyəti işıqlandırılır.
“Bir səfərin izi ilə” filmlər toplusu Ulu Öndər Heydər Əliyevin beynəlxalq səviyyədə göstərdiyi fəaliyyəti, Azərbaycanın dünya dövlətləri ilə əlaqələrini gücləndirmək üçün gördüyü işləri və ölkəmizin beynəlxalq nüfuzunu artırmaq üçün atdığı addımları əks etdirir. İdeya müəllifi Azər Qərib olan filmin yaradıcı heyətinə redaktor Ayaz Mirzəyev, prodüser Əsgər Qəribzadə, operator Əli Əliyev, montaj üzrə mütəxəssis Elmar Tariyeloğlu daxildir. Film milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları”nın (AZAL), “bp-Azərbaycan” şirkəti və “CinemaPlus” kinoteatrlar şəbəkəsinin dəstəyi ilə ərsəyə gəlib.
Filmin təqdimatı yekunlaşandan sonra Arzu xanım Əliyevanın yaradıcı heyətlə və digər iştirakçılarla səmimi söhbəti oldu və fotolar çəkdirdi. Çoxsaylı ziyalıların, film həvəskarlarının iştirakı ilə təqdimatı yüksək səviyyədə baş tutan filmin bir müddət sonra ekrana çıxacağı, geniş tamaşaçı auditoriyasına təqdim olunacağı bildirilir.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

