Senat sədri: Pakistan və Azərbaycan həmişə bir-birini dəstəkləyən qardaş ölkələrdir
05.04.2025 [21:19]
Milli Məclisin (MM) sədri Sahibə Qafarova Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Daşkənd şəhərində Pakistan İslam Respublikası Senatının sədri Seyid Yusuf Rza Gilani ilə görüşüb.
MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə dost və qardaş ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair geniş fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, Azərbaycan və Pakistan arasında strateji münasibətlər dostluq və qardaşlıq prinsipləri əsasında qurulub. Dövlət başçılarının qarşılıqlı səfərləri münasibətlərin daha da genişlənməsinə stimul verib. Vurğulanıb ki, ölkələrimiz həm ikitərəfli əsasda uğurlu əməkdaşlıq əlaqələrinə malikdir, həm də bütün beynəlxalq platformalarda bir-birini daim dəstəkləyir.
Söhbət zamanı qeyd olunub ki, iki ölkənin qanunverici orqanları ölkələrimiz arasında əlaqələrin daha da inkişafına mühüm töhfə verir. Milli Məclisin sədri Sahibə Qafarova Senatın sədri ilə cari ilin fevralında Bakıda keçirdiyi görüşü məmnunluqla xatırlayaraq, vurğulayıb ki, sıx təmaslar və müsbət dialoq parlamentlərimizin daha sıx əməkdaşlığına xidmət edir.
Görüşdə beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq və qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub. Spiker Sahibə Qafarova qarşı tərəfə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti, təşkilatın institusional inkişafı istiqamətində atılan addımlar barədə məlumat verib. Şəbəkənin Daşkənd şəhərində keçiriləcək dördüncü konfransının da vacib müzakirələrə, təşkilatın gələcək inkişafı baxımından uğurlu nəticələrə gətirib çıxaracağına inam ifadə edilib.
Senatın sədri Seyid Yusuf Rza Gilani Azərbaycanın Parlament Şəbəkəsinə sədrliyi ilə görülən işləri yüksək qiymətləndirib. O, ölkəsinin Azərbaycanla münasibətlərə çox böyük önəm verdiyini qeyd edərək deyib ki, Pakistan və Azərbaycan həmişə bir-birini dəstəkləyən qardaş ölkələrdir. Senat sədri xalqlar arasında da təmasların vacibliyini ifadə edib. Bu baxımdan parlamentlər arasında əməkdaşlığın daha da genişləndirilməsinin önəmi qeyd edilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

