Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin sədri MDB PA-nın Şura və 58-ci plenar iclaslarında iştirak edib

Milli Məclisin sədri MDB PA-nın Şura və 58-ci plenar iclaslarında iştirak edib

18.04.2025 [18:10]

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri çərçivəsində Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin Parlamentlərarası Assambleyasının Şura və 58-ci plenar iclaslarında iştirak edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclaslarda ötən dövr ərzində Assambleya çərçivəsində görülmüş işlər, həyata keçirilmiş tədbirlər, həmçinin digər təşkilati məsələlər nəzərdən keçirilib.

Azərbaycan parlamentinin sədri Sahibə Qafarova Şura iclasında müzakirə olunan mövzular haqqında öz fikirlərini bildirib.

Həmçinin Azərbaycan nümayəndə heyətinin üzvü olan deputatlar Assambleyanın 58-ci plenar və yaz sessiyasının komissiya iclaslarında iştirak və çıxış ediblər.

Paylaş:
Baxılıb: 197 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Analitik

Körfəzə səfər...

14 May 09:28  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31