Bakıda Qlobal Cənub QHT Platforması təsis olunub
29.04.2025 [11:02]
Aprelin 28-də Bakıda “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı forum keçirilib. Tədbirdə dünya əhalisinin təxminən 80 faizini əhatə edən 116 ölkədən nüfuzlu qeyri-hökumət təşkilatlarının rəhbərləri və vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətini səsləndirib.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, Azərbaycanın “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı foruma ev sahibliyi etdiyinə və Qlobal Cənub regionuna aid dövlətləri bir araya gətirən bu tədbirin bir parçası olduğumuz üçün böyük qürur hissi keçiririk. O qeyd edib ki, forum 700-dən çox təşkilatı birləşdirir, iqtisadi, siyasi və sosial məsələlərin müzakirəsi üçün ideal bir platforma yaradır: “Təəssüf ki, Cənubda yaşayan ölkələrin böyük bir qismi hələ də müstəmləkəçilik və yoxsulluq kimi çətinliklərlə qarşı-qarşıyadır. Azərbaycan isə daim dayanıqlı inkişafa öz layiqli töhfəsini verir. Bu halların qarşısının alınması üçün ölkəmiz bütün sahələrdə həmin dövlətlərin yanında olub, bir sıra beynəlxalq təşəbbüsləri QHT-lərlə birgə həyata keçirib.
“Bu gün biz yerli QHT-lərin beynəlxalq layihələrdə fəal iştirakını sistemli şəkildə dəstəkləyirik. Birgə layihələrin həyata keçirilməsi üçün çoxsaylı təşəbbüslər uğurla reallaşdırılır. Sevindirici haldır ki, Cənub QHT-lərinin Azərbaycanla əməkdaşlığa böyük maraq göstərdiyini açıq şəkildə görürük. İki gün ərzində müzakirə olunacaq məsələlər, imzalanacaq əməkdaşlıq memorandumları gələcəkdə QHT-lər arasında birgə fəaliyyətin daha da genişlənməsinə xidmət edəcək”, - deyən A.Əliyeva forumda zəngin mövzulu və məhsuldar müzakirələrin aparılacağına da diqqət çəkərək vurğulayıb: “Unutmamalıyıq ki, konkret nəticələr əldə etmək üçün həmrəy olmalı və birgə tədbirlər görməliyik”.
Çıxış edən BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva bildirib ki, təcrid edilmiş səslərin Qlobal Cənub çərçivəsində ucaldılması olduqca vacibdir. Əsas dəyişikliyin gücü bizim birləşmək qabiliyyətimizdədir. Müxtəlif sektorlar və sahələr arasında əməkdaşlıq bu baxımdan xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, müxtəlif ölkələrin bir araya gəlməsi, iqlim maliyyələşməsi, adaptasiya və birgə həll yolları faydalı və səmərəli tərəqqiyə yol açır. “Bizi 2030-cu ildən cəmi beş il ayırır və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün doğru yoldayıq. Hazırda Dayanıqlı İnkişaf Məqsədlərinin üçdəbiri ya dayandırılıb, ya da geriləyir. Bir çox ölkələr iqlim dəyişikliyi və yoxsulluğun aradan qaldırılması sahəsində ciddi çətinliklərlə üzləşirlər. Bu səbəbdən dövlət və özəl sektor birlikdə çalışaraq maliyyənin gücləndirilməsi və təşəbbüslərin artırılması üçün daha fəal addımlar atmalıdır”, - deyə Vladanka Andreyeva əlavə edib.
UNDESA-nın İqtisadi və Sosial Məsələlər Departamenti və QHT Şöbəsinin rəisi Wook-Jin Chang bildirib ki, Azərbaycanın ev sahibliyi etdiyi “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı forum yalnız danışmaq üçün deyil, həm də dinləmək və yeni məlumatlar öyrənməyə xidmət edir. Onun sözlərinə görə, Qlobal Cənub təşəbbüsü, sadəcə, nəzəri ideya olmaqla kifayətlənməməlidir: “İnkişaf etmiş ölkələr texnologiyalarını və təcrübələrini paylaşmaqla qlobal ədalətin bərqərar olmasına real töhfə verə bilərlər. İcmalar arasında sıx əməkdaşlıq və ictimai bərabərlik bizi daha da güclü və müstəsna tərəfdaş edir”.
SMACHS Fondunun təsisçisi və baş direktoru, Keniya Respublikası Prezidentinin qızı Charlene Ruto isə bildirib ki, Azərbaycan iqlim dəyişmələri ilə mübarizədə və dayanıqlı inkişaf məqsədləri istiqamətində öz səylərini ortaya qoyub. O deyib ki, Qlobal Cənubun gücünün artırılması mühümdür. Qarşılaşdığımız çağırışlar bizə ciddi təsir göstərir. “Biz bir məqsəd ətrafında birləşməli, tərəqqiyə çatmaq üçün məsuliyyətimizin fərqində olmalıyıq. Birlikdə müqavimətimizi gücləndirməliyik”, - deyə Charlene Ruto vurğulayıb. Charlene Ruto çıxışında Azərbaycanın Qlobal Cənubu daim təşviq etdiyini və Qlobal Şimalla dialoqun inkişafına töhfə verdiyini də vurğulayıb.
Çıxış edən Ekvadorun keçmiş xarici işlər naziri və UNITAR-in prezidenti Luis Gallegos qeyd edib ki, Qlobal Cənub QHT Forumu əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək: “Biz xalqlarımız arasında əməkdaşlığı artırmalıyıq”. Cənub-Cənub arasında əməkdaşlığa xüsusilə ehtiyac olduğunu deyən L.Gallegos qeyd edib ki, dünya hər gün yeni çağırışlarla üzləşir və biz yeni pandemiyalara hazır olmalıyıq. L.Gallegos çıxışında vurğulayıb ki, hazırda dünyada 60-dan çox silahlı münaqişə cərəyan edir və bu münaqişələr BMT üzv dövlətlərinin üçdə ikisinə təsir edir. Sülh, ədalət və rifahın təmin olunması cəmiyyətlər üçün mühüm hədəf olmalıdır.
Çıxış edən Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev isə bildirib ki, Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransı, ölkəmiz üçün böyük uğur hekayəsidir. Bu, yalnız bizim üçün deyil, dünya miqyasında iqlim dəyişikliyi ilə mübarizənin gücləndirilməsi baxımından da mühüm addım oldu. COP29-un nəticələri, həm də beynəlxalq əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir.
O qeyd edib ki, Azərbaycanın COP29-da əsas prioritetlərindən biri inklüzivlik və şəffaflıq idi: “Biz bütün vətəndaş cəmiyyətlərini, xüsusilə QHT-ləri bu prosesə cəlb etmək istədik və sevinirik ki, bu məsələdə tərəfdaşlarımız bizə dəstək verdilər. QHT-lərin prosesdən uzaq qalması mümkün deyildi. Əksinə, onlar müzakirə və qərarvermə prosesinin mərkəzində yer aldılar”. M.Babayev COP29 zamanı iqlim təşəbbüsləri çərçivəsində bütün QHT-lərin dəvət edildiyini bildirərək deyib: “Müxtəlif platformalarda bir çox müzakirələr və görüşlər keçirildi. Cəmiyyətin nümayəndələrindən, QHT-lərdən güclü dəstək aldıq və bu, prosesin uğurlu keçməsində mühüm rol oynadı. Müzakirələr və danışıqlar prosesi isə olduqca gərgin olub, çünki inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi məsələsi geniş müzakirə məsələsidir. Lakin nəticə etibarilə, Qlobal Şimaldan ayrılan maliyyə yardımı 300 milyard dollara çatdırılıb. Bu, COP tarixində bir ilkdir və böyük bir uğur olaraq qiymətləndirilir”.
Tədbirdə digər çıxış edənlər də forumun əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, forum çərçivəsində, dünya əhalisinin təxminən 80 faizə yaxın hissəsini özündə birləşdirən 116 ölkədən nüfuzlu QHT rəhbərlərinin, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə Qlobal Cənub QHT Platforması təsis olunub. Platformanın yaradılması təşəbbüsü ilə 2024-cü ilin noyabrında - COP29 çərçivəsində Azərbaycan Milli QHT Forumu çıxış edib. Təşəbbüs qısa müddətdə beynəlxalq rezonans doğurub. Nəticədə COP29 QHT Koalisiyası Azərbaycan Milli QHT Forumu qarşısında bu platformasının təsisatlandırılmasına dair məsələ qaldırıb. Azərbaycan QHT-lərinin təşəbbüsü ilk dəfə dünya miqyasında belə bir qlobal dəstək qazanıb.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə yeni və ədalətli dünya nizamı üçün gərgin fəaliyyəti, irəli sürdüyü mühüm təşəbbüslər, COP29 zamanı “Bakı dönüşü”nün əldə olunması Qlobal Cənubda Azərbaycan dövlətinə böyük rəğbət yaradıb. Bu tədbir Azərbaycanın vətəndaş cəmiyyətinin həyatında yeni başlanğıc kimi qiymətləndirilir.
Qlobal Cənub QHT Platformasının Bakıda formalaşması Azərbaycanın Qlobal Şimal və Qlobal Cənub arasında uğurlu vasitəçi, körpü olmasının növbəti təzahürüdür. Qlobal Cənub QHT Platforması bu strateji coğrafiyada ölkələrin üzləşdikləri problemlərin beynəlxalq səviyyədə eşidilməsinə güclü dəstək verməyi, BMT daxil olmaqla, beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış etməyi, qlobal koordinasiyanı aparmağı nəzərdə tutur. Bu, ölkələrin üzləşdiyi ədalətsizliyə - yoxsulluq, iqlim dəyişmələrinin fəsadları, müstəmləkəçilik keçmişi, rəqəmsal uçurum, ticarət bərabərsizliyi və digər məsələlərə qarşı birgə səylərlə mübarizə aparma platformasıdır. O, həmçinin Cənub-Cənub əməkdaşlığını təşviq edir.
“Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” Forumunda 116 ölkədən olan QHT-lərin razılığı ilə Qlobal Cənub QHT Platformasının sədrliyi Azərbaycana verilib. Azərbaycan Milli QHT Forumunun rəhbəri Ramil İskəndərli bir il müddətinə Qlobal Cənub QHT Platformasının müvəqqəti Baş katibi elan olunub. Qeyd edək ki, bu dövr ərzində qurumun daxili strukturu dəqiqləşəcək və 2026-cı ildə Qlobal Cənub QHT Platformasının Baş Assambleyası keçiriləcək.
Xəbər lenti
Hamısına bax
İdman
20 May 23:37

Dünya
20 May 23:16

Dünya
20 May 22:51

Xəbər lenti
20 May 22:30

Dünya
20 May 22:19

Dünya
20 May 21:45

Dünya
20 May 21:24

Dünya
20 May 20:46

Hadisə
20 May 20:12

Dünya
20 May 19:52

YAP xəbərləri
20 May 19:28

YAP xəbərləri
20 May 18:36

Analitik
20 May 18:31

Dünya
20 May 18:15

Dünya
20 May 17:44

YAP xəbərləri
20 May 17:25

YAP xəbərləri
20 May 16:32

YAP xəbərləri
20 May 16:05

Gündəm
20 May 16:01

Elanlar
20 May 15:51

Siyasət
20 May 15:16

Siyasət
20 May 15:16

Siyasət
20 May 15:15

Siyasət
20 May 15:15

Siyasət
20 May 15:14

Siyasət
20 May 15:13

Siyasət
20 May 15:12

Siyasət
20 May 15:10

Siyasət
20 May 15:09

Gündəm
20 May 14:53

Elanlar
20 May 14:51

Sosial
20 May 14:50

YAP xəbərləri
20 May 14:33

Sosial
20 May 14:11

Gündəm
20 May 13:50

Elm
20 May 13:03

Mədəniyyət
20 May 12:42

Siyasət
20 May 12:10

Sosial
20 May 11:30

İdman
20 May 11:27

Dünya
20 May 11:26

Sosial
20 May 11:25

Gündəm
20 May 11:22

Gündəm
20 May 11:20

İqtisadiyyat
20 May 11:18

İqtisadiyyat
20 May 11:17

Sosial
20 May 10:31

YAP xəbərləri
20 May 10:20

Sosial
20 May 10:18

Analitik
20 May 10:09

İqtisadiyyat
20 May 09:57

Siyasət
20 May 09:43

Ədəbiyyat
20 May 09:38

MEDİA
20 May 09:29

Analitik
20 May 09:15

Analitik
20 May 09:07

Dünya
20 May 08:54

Dünya
20 May 08:41

Sosial
20 May 08:36

Sosial
20 May 08:11

Gündəm
20 May 07:54

Gündəm
20 May 07:38

İqtisadiyyat
19 May 23:14

Sosial
19 May 22:53

İdman
19 May 22:25

Dünya
19 May 21:41

Siyasət
19 May 21:32

Dünya
19 May 21:18

Dünya
19 May 20:39

Dünya
19 May 20:18
