Mina problemi beynəlxalq ictimaiyyətin diqqətində
30.04.2025 [09:10]
Çin Azərbaycana minatəmizləmə sahəsində dəstəyini davam etdirəcək Azərbaycan dünyada mina terrorundan ən çox əziyyət çəkən ölkələrdən biridir. 30 illik işğal dövründə Ermənistan xeyli sayda hərbi cinayətlər törədib ki, bunların sırasında mina terroru da əsas yerlərdən birini tutur. Ermənistanın mina terroru hələ də davam edir. Təkcə aprel ayında işğaldan azad edilmiş ərazilərimizdə bir neçə mina partlaması hadisəsi baş verib. Aprelin 2-də Ağdam rayonunun Çəmənli kəndi ərazisində 1968-ci il təvəllüdlü Ağdam rayon sakini Nurəddin Feyzi oğlu Abbasov, aprelin 6-da Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində ANAMA-nın əməkdaşı 1991-ci il təvəllüdlü Heydər Əli oğlu Xankişiyev, Ağdam rayonunun Qalayçılar kənd sakini, 1983-cü il təvəllüdlü Səbuhi Elman oğlu Məmmədov və iki azyaşlı övladı, aprelin 28-də isə Qazax rayonunun Qızılhacılı kəndində ANAMA-nın əməkdaşı, 1985-ci il təvəllüdlü Elnur Oruc oğlu Paşayev minaya düşərək müxtəlif dərəcəli xəsarət alıblar.
400 nəfərə yaxın mina qurbanı...
Bütövlükdə, 2020-ci il müharibəsindən bəri 400 nəfərə yaxın Azərbaycan vətəndaşı Ermənistanın mina terrorunun qurbanı olub. Bu, yalnız fiziki deyil, həm də insanların psixoloji və sosial baxımdan dərindən təsirləndiyi ciddi bir problemdir. İşğal dövründə ərazilərimizə basdırılmış minalar regionda qalıcı sülhün bərqərar olmasına ciddi təhdid yaradır. Bu təhlükənin qarşısının alınması üçün beynəlxalq əməkdaşlıq və yardımlar olduqca vacibdir. Eyni zamanda, Ermənistanın minalarla çirkləndirdiyi ərazilərdəki humanitar vəziyyətin ciddi şəkildə nəzərə alınması və Ermənistanın beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb edilməsi aidiyyəti beynəlxalq qurumlar qarşısında mühüm bir öhdəlik olaraq qalmaqdadır. Minaların məqsədli şəkildə basdırılması insan hüquqlarının ciddi şəkildə pozulmasına, regionda sülhün və təhlükəsizliyin bərpasını çətinləşdirməyə səbəb olur.
Çinlə Anlaşma Memorandumu əməkdaşlığı gücləndirəcək
Bütün bunları nəzərə alaraq, beynəlxalq ictimaiyyət minatəmizləmə fəaliyyətlərinin təxirəsalınmazlığını qəbul etməli, Azərbaycanın davam edən minatəmizləmə səylərinə dəstək olmalıdır. Müsbət haldır ki, ölkəmizin dostları bu istiqamətdə öz dəstəyini göstərir. Buna nümunə olaraq, Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nun imzalanmasını göstərmək olar. Yeri gəlmişkən, Çinin ölkəmizdə yeni təyin olunmuş səfiri Lu Mey də bugünlərdə keçirdiyi brifinqdə söyləyib ki, Çin öz imkanları daxilində Azərbaycana minatəmizləmə və mina qurbanlarına dəstək sahələrində humanitar yardım göstərməyə davam edir.
Aİ və ATƏT də minatəmizləmə prosesinə töhfə vermək istəyir
Bundan əlavə, aprelin 25-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın ölkəmizə səfəri zamanı da mina problemi diqqət mərkəzində olub. Birgə keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, 2020-ci ilin noyabrından bu günə qədər təxminən 400 nəfər mina partlayışlarının qurbanı olub. Bu, təkcə bizim üçün deyil, bütövlükdə region üçün ciddi təhlükə mənbəyidir. Nazirin sözlərinə görə, ölkəmiz üçün ən vacib istiqamətlərdən biri, 30 il işğal altında qalmış ərazilərimizin bərpası və yenidən qurulmasıdır. Bu prosesin əsas tərkib hissələrindən biri və ən böyük çətinlik yaradan amil mina problemidir. Bu istiqamətdə Azərbaycan çox böyük resurslar sərf edir. Lakin problemin miqyası o qədər genişdir ki, müharibənin başa çatmasından beş il keçməsinə baxmayaraq, biz hələ uzun illər bu problemlə mübarizə aparmalı olacağıq. “Bu sahədə Avropa İttifaqı ilə əməkdaşlıq mövcuddur. Azərbaycan bu əməkdaşlığın daha da genişlənməsində və Avropa İttifaqı ilə birgə daha böyük layihələrin həyata keçirilməsində maraqlıdır. Ümid edirik ki, gələcək illərdə bu məsələyə xüsusi diqqət yetiriləcək”, - deyə Azərbaycanın XİN başçısı vurğulayıb.
Kaya Kallas isə deyib ki, Avropa İttifaqı Azərbaycanda minaların təmizlənməsi prosesinə töhfə verməkdədir və ölkədə münaqişənin izlərinin aradan qaldırılması istiqamətində səylərini davam etdirəcək.
Həmin gün ölkəmizdə səfərdə olan ATƏT-in Baş katibi Feridun Sinirlioğlu da təşkilatın Azərbaycan ərazilərinin minalardan təmizlənməsi sahəsində dəstək göstərməyə hazır olduğunu bəyan edib. Onun sözlərinə görə, ATƏT-in bu istiqamətdə zəngin təcrübəsi mövcuddur.
Bütün bunlarla yanaşı, beynəlxalq ictimaiyyət Ermənistan tərəfindən törədilən hərbi və ekoloji cinayətlərə, humanitar hüquq pozuntularına sərt reaksiya verməli, dəqiq mina xəritələrinin Azərbaycana təqdim edilməsi istiqamətində bu ölkəyə ciddi təzyiqlər göstərməlidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

