Azərbaycan Ukraynaya humanitar yardımları davam etdirəcək
27.05.2025 [10:50]
Rusiya-Ukrayna müharibəsi böyük humanitar fəsadlara səbəb olub. Müharibə başlayandan bəri milyonlarla ukraynalı doğma ev-eşiyini tərk edərək xarici ölkələrə sığınmaq məcburiyyətində qalıb. Ölkədən çıxa bilməyən insanlar isə mülki infrastrukturun dağılması səbəbindən su, qaz, elektrik enerjisi ilə təminatda ciddi çətinliklər çəkirlər. Azərbaycan da müharibə və onun ağır fəsadları ilə üzləşən ölkədir. Respublikamız müstəqilliyinin elə ilk vaxtlarından Ermənistanın təcavüzkarlıq siyasəti ilə üzləşdi. Bu təcavüz siyasəti 30 il davam etdi. Ermənistanın törətdiyi müharibə cinayətləri səbəbindən bir milyondan çox soydaşımız ağır qaçqınlıq və məcburi köçkünlük taleyi yaşamaq məcburiyyətində qaldı.
Müharibənin törətdiyi humanitar fəlakətlərin nə demək olduğunu yaxşı bilən Azərbaycan Ukrayna xalqının üzləşdiyi çətinliklərə biganə qalmır. Respublikamız Ukraynaya yardımlar göndərən ilk ölkələr sırasında yer alır. Müharibə başlayandan sonra Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdən Ukraynaya humanitar yardımlar göndərilib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2024-cü ilin iyun ayında Almaniyanın paytaxtı Berlində keçirilmiş Ukraynanın Bərpası Konfransında iştirak və çıxış edib. Çıxışı zamanı nazir bu ölkəyə göndərilən humanitar yardımlar və s. barədə məlumat verib.
İqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın imkanları
Prezident İlham Əliyev mayın 25-də Ukraynanın xarici işlər naziri Andrey Sibiqanı qəbul edərkən də bu mövzu diqqət mərkəzində olub. A.Sibiqa Azərbaycan dövləti tərəfindən Ukraynaya göstərilən humanitar yardımlara görə təşəkkürünü bildirib, xüsusilə İrpen şəhərində həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını ifadə edib. Prezident İlham Əliyev isə Azərbaycan tərəfindən Ukraynaya humanitar yardımın bundan sonra da davam etdiriləcəyini bildirib.
Azərbaycan və Ukrayna XİN başçılarının görüşündə də iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinə əsaslanan əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın inkişafı imkanları ətrafında fikir mübadiləsi aparılıb. İki ölkənin müxtəlif sahələrdə iqtisadi əlaqələrinin inkişafı perspektivlərinin olduğunu qeyd edən tərəflər Azərbaycan ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının işinin əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər. Tərəflər, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edərək, bu kontekstdə qarşılıqlı maraq doğuran mövzular üzrə fikir mübadiləsi aparıblar.
Türkiyə danışıqları müsbət dəyərləndirilir
Nazirlərin mətbuat konfransında isə Azərbaycan XİN-in başçısı Ceyhun Bayramov qeyd edib ki, ölkəmiz tezliklə atəşkəsin əldə edilməsinin tərəfdarıdır. “Mayın 15-də Türkiyədə keçirilən danışıqları müsbət dəyərləndiririk”, - deyən nazir Azərbaycanın uzunmüddətli sülhün əldə olunmasını arzuladığını bildirib, müharibənin ilk günlərindən ölkəmizin Ukrayna tərəfinə humanitar dəstək göstərdiyini xatırladıb.
A.Sibiqa isə “Ukraynanın müharibədən sonra bərpası böyük bir proses olacaq və burada Azərbaycanın dəstəyini gözləyirik. Xüsusilə minatəmizləmə sahəsində əməkdaşlığa üstünlük veririk”-deyə vurğulayıb.
Xatırladaq ki, ölkəmizdən Ukraynaya tədarük olunan humanitar yüklərin tərkibinə dərman vasitələri, tibbi sərfiyyat malları, tibbi avadanlıqlar, ərzaq və s. daxildir. Bunlarla yanaşı, müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş bir qrup ukraynalı uşaqlar tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə Azərbaycana gətirilib. İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına 12 saylı məktəb tam bərpa edilib.
Bütün bunları bir sıra konkret nümunə ilə də söyləyə bilərik. Məsələn, Kaxovka su anbarının partladılması ilə yaranmış humanitar böhranla əlaqədar Azərbaycandan Ukraynaya humanitar yardım partiyası göndərilib. Humanitar yüklər su borularından, suyun vurulması üçün nasoslardan, xilasedici jiletlərdən ibarət olub.
SOCAR-ın davamlı dəstəyi
Qeyd edək ki, müharibə başlayandan bəri ölkəmizin müxtəlif dövlət qurumları və özəl şirkətlər Ukraynaya humanitar dəstək kampaniyasına qoşulublar. Belə ki, Ukrayna tərəfindən daxil olmuş müraciətlərə cavab olaraq, mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası məqsədilə Azərbaycan tərəfindən Ukraynaya əsas elektrik avadanlıqlarından ibarət humanitar yardım göndərilib. Bu prosesdə Azərbaycan Dövlət Neft Şirkəti, Energetika Nazirliyi də yaxından iştirak edib. Zəruri avadanlıqlarla yanaşı, Ukraynaya yanacaq da göndərilib. Bu da xilasetmə əməliyyatlarında istifadə olunan texnikalar üçün nəzərdə tutulub. Bundan başqa, Azərbaycan Dövlət Neft Şirkətinin Ukrayna nümayəndəliyi (SOCAR Energy Ukraine) müharibə başlayandan humanitar yardım olaraq təcili tibbi yardım və yanğınsöndürən avtomobillərini pulsuz yanacaqla da təmin edib. Azərbaycanın Ukraynaya humanitar yardım göndərməsi isə bu ölkədə xüsusi minnətdarlıqla qarşılanır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32

