Heydər Əliyev Fondunun dəstəyi ilə uşaqlar üçün xeyriyyə aksiyası keçirilib
27.08.2013 [09:49]
Avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi ilə Bakının əyləncə mərkəzlərindən birində uşaq evləri və internat məktəblərinin sakinləri üçün xeyriyyə aksiyası keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə paytaxtımızın üç uşaq müəssisəsindən 150 uşaq iştirak edib.
Tədbirdə iştirak edən uşaqların sevinclərinin həddi-hüdudu yox idi. Meydançada sürüşənlərin, oyuncaq atlar üzərində, yelləncəklərdə əylənənlərin, maşın sürənlərin, su hövzəsindəki oyuncaqları idarə edənlərin, cəngəlliyə düşənlərin, hədiyyə udmaq istəyənlərin və bu kimi digər əyləncələrlə məşğul olanların səsləri bir-birinə qarışmışdı. Hamı şən, coşqun əhval-ruhiyyədə idi. Hər kəsin üzündən sevinc yağırdı.
Xətai rayonundakı 3 nömrəli uşaq evindən gəlmiş Leyla Qədirova doyunca oynadığını, hər şeyin çox yaxşı, maraqlı olduğunu bildirib. Bir neçə əyləncəyə qatıldığını deyən Leyla qorxulu tuneli xüsusilə vurğulayıb, orada həyəcan anlarını yaşasa da, tuneldən uğurla keçdiyini deyib. Bu bacarıqlı qız maşını da cəsarətlə sürüb. Leyla Qədirova Heydər Əliyev Fondu tərəfindən belə tədbirlərin mütəmadi keçirildiyini deyib və göstərilən böyük diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Uşaqlar deyir, gülür, əylənir, oyun məkanlarını tez-tez dəyişirdilər. “Uddum, mən hədiyyə qazandım!” deyən 2 nömrəli uşaq evindən Nadir Qurbanov isə “Stinky feet”də hədəfə düşmüşdü. Onun sevinci yerə-göyə sığmırdı.
Tramplindən sürüşən uşaqlar isə məkana çatanda ağız dolusu “hər şey yaxşıdır” deyə sevinclərini ətrafdakılarla bölüşürdülər.
Bolluca əylənən uşaqlar vaxtın necə keçdiyini hiss etmədiklərini bildiririblər.
Mərasimin sonunda uşaqlar nahar edib və onlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40

