Məcburi köçkünlərə evlərin paylanmasında heç bir neqativ hala yol verilə bilməz
28.08.2013 [09:15]
Azərbaycanın son illər iqtisadi-siyasi gücünün artması dövlətin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, xüsusilə mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülən işlərin miqyasını da genişləndirmişdir. Dövlətimizin son 10 ildə bu sahəyə müntəzəm qayğı və diqqəti onu deməyə əsas verir ki, Azərbaycan artıq ölkədəki 1 milyon 200 min qaçqın və məcburi köçkünün bütün problemlərini özü həll edə bilən iqtisadi gücə malik bir ölkəyə çevrilmişdir ki, bunu qeyd olunan sahə üzrə görülən işlərlə tanışlıq məqsədilə ölkəmizdə səfərdə olmuş BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəhbəri, eləcə də digər beynəlxalq qurumların təmsilçiləri də dəfələrlə etiraf etmiş və bu sahədə görülmüş işləri oxşar problemlərlə üzləşən digər ölkələr üçün nümunə kimi dəyərləndirmişlər.
Təəssüflər ki, onlardan fərqli olaraq daxildəki bəzi qüvvələr görülən işləri görməzliyə vurmaqdan, şəxsi mənafeləri və ambisiyaları naminə şər-böhtan xarakterli fikirlər səsləndirməkdən belə çəkinmirlər. Xüsusilə belə hallar yeni qəsəbələrə köçürmə zamanı özünü daha qabarıq şəkildə büruzə verir.
Elə bu günlərdə - “Yeni Müsavat” qəzetinin 27 avqust 2013-cü il tarixli sayında dərc edilmiş “Məcburi köçkünlər ABŞ səfirliyinə yürüş etdilər” sərlövhəli yazıda Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) yataqxanasında məskunlaşan məcburi köçkünlərin Masazırda salınmış yeni qəsəbələrə köçürülməsi ilə bağlı verilmiş cızma-qarada da biz bunun şahidi oluruq.
Əvvəla qeyd edək ki, həmin məhəlləyə köçürülməsi nəzərdə tutulan məcburi köçkünlərin siyahısı müvafiq qaydalara uyğun olaraq hələ bir neçə il bundan əvvəl məskunlaşma və işğal rayonlarının icra hakimiyyətlərinin məsul işçilərinin, məcburi köçkünlərin nümayəndələrinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılmış komissiya üzvlərinin birlikdə iştirakı ilə dəfələrlə araşdırılmış, aparılan ardıcıl dəqiqləşdirmələrdən sonra buraya köçürüləcək məcburi köçkünlərin adlı siyahıları, ailə tərkibləri müəyyənləşdirilmişdir.
Köçürmə prosesi isə hər yerdə olduğu kimi, burada da məcburi köçkün icmalarının, müvafiq rayon İH nümayəndələrinin də daxil edildiyi “Dövlətqaçqınkom”un köçürmə komissiyası tərəfindən püşkatma yolu ilə həyata keçirilir. Lakin yeni mənzillərə köçürülmədə “problemlərlə üzləşən”, müxtəlif vaxtlardakı siyahıyalma proseslərində, hətta qeydiyyatda olsalar belə, illərlə faktiki olaraq orada yaşamadıqlarından mənzil almaq üçün növbəyə düşməyən, indisə nə yolla olur olsun mənzil almaq üçün dəridən-qabıqdan çıxan bəzi məcburi köçkünlərin şər-böhtan xarakterli fikirlərini əsas gətirərək mətbuat səhifəsinə çıxaranlar özləri də nə dediklərini başa düşmədən reallıqdan uzaqlaşırlar.
Təbiidir ki, yeni mənzil almaq hüququ olub-olmamasına, yeni salınmış məhəllə və qəsəbələrə kimlərin köçürülməsinin nəzərdə tutulub-tutulmamasına baxmayaraq, bütün məcburi köçkünlər hər cür şəraiti olan istər bu məhəllədə, istərsə də digər ərazilərdə tikilmiş yaraşıqlı və müasir tipli evlərdən mənzil almaq istəyindədirlər və onlar bu istəklərinə çatmaq üçün hər cür yola əl atmaqdan belə çəkinmirlər. “Dövlətqaçqınkom”un köçürmə komissiyasının təcrübəsində belə hallar çox olub və müxtəlif ərazilərdə salınmış qəsəbələrdən mənzil almaq hüququ olmayanların bu cür “cəfakeşlərinin” şər-böhtan dolu iftiraları heç vaxt heç nəyə yaramayıb. Ona görə də, bir daha təkrar etməyi özümüzə borc bilirik ki, digər ərazilərdə olduğu kimi, Masazırdakı mənzillər də təyinatı üzrə inşa edilib və buraya 1993-cü ildən ADNA-nın yataqxanalarında faktiki yaşayan məcburi köçkünlər köçürülüblər.
Bunu adıçəkilən yazıda Zəngilan rayonundan olan və özlərinin şər-böhtan dolu qarayaxmaları ilə həqiqətdən uzaq düşən, bu qəsəbələrdəki şəraitdən daha çox yararlanan, lakin haqqı-ədaləti tapdalayaraq daha çox qamarlamağa çalışan Təranə və Yeganə Əliyeva bacıları da yaxşı bilirlər. “Dövlətdən onlar üçün tikilən evləri istəyən” bu bacılar umduqlarını əldə etdikdən sonra iştahaları daha da artmış, bütün nəsil-nəcabətləri üçün buradan mənzil almaqdan ötrü hər cür iftiralara əl atmaqdan belə çəkinməmişlər. Bütün bunların fonunda haqlı bir sual doğur: görəsən, qəzetə açıqlamasında “20 ildir bu ağır şəraitə dözüb yaşamışıq. Daha dözə bilmirik” deyə özünəməxsus şəkildə həşir qoparan Təranə Əliyeva şəhid ailəsi olduğundan müstəsna hal kimi 4 nəfərlik ailə üzvü ilə yeni qəsəbədə 3 otaqlı mənzillə təmin olunmasına baxmayaraq, indi nə istəyir? Niyə köçüb rahat mənzilində yaşamaq əvəzinə bir ağacda oturub min bir budaq silkələyir? Təranə Əliyeva bacısı Pərvanə Fərəcovanın (Əliyevanın), qardaşı arvadı Simnarə Talıbovanın, bacısı qızları Xəyalə və Mətanətin və digər qohumlarının burada mənzillə təmin olunmalarından sonra indi kimlər üçün “canfəşanlıq” edir, haqq-ədalətə yox, riyakarlığa, şantaja söykənir. Bunları bilə-bilə “rüşvətdən”, “evlərin satılmasından” onlarla “heç kimin maraqlanmadığından” dəm vuraraq ona sərf edən formada əndazəni aşmaqla vicdanının səsini də unudur. Hətta yazıda adı keçən, özünəməxsus formada ifadə etdiyi fikirlərlə bacısından heç də geri qalmayan, adıçəkilən ərazidə qeydiyyatda olmayan və faktiki yaşamayan bacısı Yeganə Əliyeva üçün də mənzil almaq istəyində bulunan T.Əliyeva görünür, iştahasını şəxsi ambisiyaları, qarayaxmaları, şər-böhtan dolu sərsəmləmələri ilə reallaşdırmağa çalışır. Ancaq o, unudur ki, bununla heç nəyə nail ola bilməyəcək. Çünki Zəngilandan məcburi köçkün Təranə Əliyeva və onun kimi düşünən bəzi məcburi köçkünlər bu cür çirkin əməlləri ilə bütün məcburi köçkünlərin adına xələl gətirirlər.
Ona görə də, Təranə Əliyeva kimiləri də, onun şər-böhtan dolu fikirlərini qəzet səhifələrinə çıxaran yazı müəllifləri də bir həqiqəti dərk etməlidirlər ki, ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirilən və keçirilməsi nəzərdə tutulan bütün məsələlər, xüsusilə, onlara mənzillərin paylanılması kimi daha vacib önəm daşıyan bir məsələ birbaşa “Dövlətqaçqınkom”un rəhbərliyinin gündəlik nəzarətində olduğundan və bu sahədəki işlər sistemli şəkildə həyata keçirildiyindən burada heç bir neqativ hala yol verilə bilməz. Görülən işlərin üzərinə kölgə salmaq, şəxsi mənafe naminə heç bir fakta, həqiqətə söykənməyərək kimlərinsə diqtəsi ilə ağa qara demək, heç təsəvvürləri belə olmayan bu cür ciddi məsələni müvafiq qurumlarla araşdırıb dəqiqləşdirmədən sensasiya xatirinə mətbuat səhifələrinə çıxarmaq, bununla da çaşqınlıq yaratmaq istəyənlər heç olmasa, öz vicdanları qarşısında cavab verməlidirlər.
“Dövlətqaçqınkom”un mətbuat xidməti
Xəbər lenti
Hamısına baxDünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40

