Qurtuluş məfkurəsi uğurlarımızın təməlidir
13.06.2025 [07:23]
Azərbaycan xalqı XX əsrin əvvəlində və sonunda həlledici, taleyüklü situasiya və qərarlarla üz-üzə qalmalı oldu. Qazanılan müstəqillik ötən əsrin əvvəlində qısa müddətdən sonra itirildi. XX əsrin 90-cı illərində qazanılan müstəqillik də qanlı-qadalı oldu, çətin və mürəkkəb sınaqla üzləşdi - amma 1993-cü ildən sonra tarixi-siyasi missiya və məsuliyyətini şərəflə irəliyə daşıdı. Bu reallığı təmin və mümkün edən amil isə lider amili, liderlik fenomeni oldu.
1990-cı illərin əvvəlində respublikamız ciddi siyasi böhran, iqtisadi tənəzzül ilə üzləşmişdi, yarıtmaz siyasət ölkənin regionda geosiyasi təcrid vəziyyətinə düşməsinə, beynəlxalq proseslərdən kənarda qalmasına səbəb olmuşdu. 1992-ci ildə hakimiyyəti ələ keçirmiş AXC-Müsavat cütlüyünün səriştəsiz və milli maraqlara zidd siyasəti nəticəsində xarici qüvvələrin qarşıdurma meydanına çevrilən Azərbaycanda xaos hökm sürürdü. Adı müstəqil dövlətlər sırasında olsa da, ölkənin nisbi suverenliyindən belə danışmaq olmazdı, çünki hakimiyyətdə olan qüvvələrin funksiya və səlahiyyətlərini yerinə yetirə bilməmələri hakimiyyət böhranı yaratmış, anarxiyanın meydana çıxmasına səbəb olmuşdu. Paralel olaraq ölkədə separatizm meyilləri baş qaldırmağa başlamışdı. 1993-cü ilin 4 iyun hadisələri isə Azərbaycanı vətəndaş müharibəsinə yaxınlaşdırdı. Bu, Azərbaycanı parçalamaq, ölkənin təbii sərvətlərini mənimsəmək, xalqı və dövləti öz itaəti altına salmaq istəyən xarici qüvvələrin planlarına uyğun gəlirdi.
Xalqımız böhran vəziyyətindən, müstəqilliyi itirmək təhlükəsindən xilas olmaq üçün vətənpərvər, qətiyyətli, dövlətçilik təcrübəsinə malik olan, dövlətin maraqlarını hər şeydən üstün tutan liderə ümid bəsləyirdi. Bu lider - şəxsiyyət, inam, etibar və etimad ünvanı məhz Heydər Əliyev idi. Hətta o zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu Öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər.
Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi əsasında bir daha tarixi-siyasi məsuliyyəti öz üzərinə götürdü, Azərbaycan dövlətinin və dövlətçiliyinin xilası, ölkəni tənəzzüldən qurtararaq tərəqqi yoluna çıxarmaq missiyasını yerinə yetirməyə başladı. Həmin ilin iyunun 9-da Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi xalq tərəfindən sevinclə qarşılandı, Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı - dövlətçilik tariximizin mühüm dönüş nöqtəsi oldu. Bu qayıdış xalqımızı fəlakətdən, müasir Azərbaycanı isə Xalq Cümhuruyyətinin taleyini yaşamaq - müstəqilliyi itirmək təhlükəsindən xilas etdi.
Ümummilli Liderin qayıdışından sonra atılan addımlar Azərbaycan dövlətinin dirçəlişini təmin edir, gələcəyə optimist baxmağa imkan və əsas verirdi. 1993-cü il oktyabr ayının 3-də isə keçirilən prezident seçkiləri nəticəsində Heydər Əliyev xalqın böyük etimadı və dəstəyi ilə Azərbaycan Prezidenti seçildi. 10 oktyabr 1993-cü il tarixində keçirilmiş andiçmə mərasimində Ulu Öndər Heydər Əliyev “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm. Belə bir yüksək məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”, - deyə qeyd etmişdi. Ulu Öndər qısa zamanda milli maraqlara, milli-mənəvi dəyərlərə, zamanın tələblərinə, reallıqlarına və çağırışlarına əsaslanan fəaliyyəti, uğurlu daxili və xarici siyasət kursu ilə Ona bəslənilən ümidləri doğrultdu.
Ulu Öndərimiz Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətlərindən biri Azərbaycanın tərəqqisi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli siyasi varis, qətiyyətli lider yetişdirməsidir. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və Qarabağın erməni separatçılarından təmizlənməsi də bu uğurların məntiqi nəticəsidir. Prezident, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda təməllər atır, bayram tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bundan sonra da möhtəşəm nailiyyətlər əldə edəcək, işğaldan azad olnmuş ərazilərimiz ən yüksək səviyyədə bərpa olunacaq və bütün keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdacaqlar. Bütün bu qürurlu hadisələrin təməlində isə QURTULUŞ məfkurəsi dayanır!
Murad PAŞAYEV
Xəbər lenti
Hamısına baxDünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22

