Konstitusiya Məhkəməsində MDB Parlament Assambleyasının ekspert qrupunun üzvləri ilə görüş olub
05.09.2013 [09:43]
Sentyabrın 4-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində qarşıdakı prezident seçkilərinin uzunmüddətli monitorinqini həyata keçirən MDB Parlament Assambleyasının (MDB PA) ekspert qrupunun üzvləri ilə görüş keçirilib.
AzərTAc xəbər verir ki, görüşdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ekspert qrupunun prezident seçkiləri ərəfəsində Azərbaycana səfərinin vacib olduğunu qeyd edib. O bildirib ki, MDB Parlament Assambleyasının seçkilərin monitorinqi ilə bağlı həyata keçirdiyi missiya böyük əhəmiyyətə malikdir. F.Abdullayev qeyd edib ki, müasir dövrdə vətəndaşlar seçki hüququna daha çox önəm verirlər: “Çünki insanlar anlayırlar ki, seçkilərdə iştirak ölkənin gələcəyinin müəyyən olunmasında böyük rol oynayır”.
Sədr Konstitusiya Məhkəməsinin tarixi haqda qonaqlara məlumat verərək bildirib ki, bu il 15 illiyini qeyd etmiş Konstitusiya Məhkəməsinin əsas vəzifəsi ölkədə qəbul olunan qanunların və normativ hüquqi aktların Konstitusiyaya uyğunluğuna nəzarət etməkdir. Dövlət strukturları ilə yanaşı, vətəndaşların da birbaşa Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ var. Konstitusiya Məhkəməsinin mühüm funksiyalarından biri də qanunlara rəsmi şərhlərin verilməsidir. Hazırda Konstitusiya Məhkəməsinin dünyanın bir çox müvafiq hüquq institutları ilə əlaqələrinin yarandığını deyən F.Abdullayev ölkə Konstitusiyasına dürüst əməl olunmasının, habelə Avropa Konvensiyasına riayət edilməsinin əsas prioritet olduğunu və Avropa Məhkəməsinin təcrübəsinə istinad edildiyini diqqətə çatdırıb.
MDB Parlament Assambleyası Şurasının baş katibinin müavini, Azərbaycan Milli Məclisinin MDB PA-da nümayəndəsi Aydın Cəfərov qeyd edib ki, ekspert qrupu bu il missiyasını daha geniş ərazidə həyata keçirməyi qərara alıb. “Əgər əvvəlki illərdə seçkilərə hazırlıq işlərinin müşahidəsi Bakı və Sumqayıt şəhərlərində keçirilirdisə, bu il biz bu işi regionlarda da aparmaq qərarına gəldik”, - deyə A.Cəfərov missiyanın artıq Gəncə, Samux, Şəmkir şəhərlərində olduğunu, tezliklə Azərbaycanın cənub bölgəsinə səfər ediləcəyini bildirib. Onun sözlərinə görə, ekspert qrupu eyni zamanda seçki hüququ sahəsində fikir və təcrübə mübadiləsinə də xüsusi əhəmiyyət verir.
MDB PA-nın demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun direktoru Dmitri Qladey məlumat verib ki, missiya Gəncə və digər şəhərlərdə dairə və məntəqə seçki komissiyalarının formalaşması, təqvim planlarının tərtib edilməsi və digər proseslərlə tanış olub. Bütün bunlar geniş faktiki materialların toplanmasına şərait yaradıb.
Sonra görüş müzakirələrlə davam edib.
Xəbər lenti
Hamısına baxİdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42

