Qiymətli kağızlar bazarı Azərbaycanda maliyyə sisteminin fəaliyyətində böyük rol oynayır
07.09.2013 [09:26]
Dünən Bakıda Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) yaradılmasının 15-ci ildönümünə həsr olunmuş “Yeni erada kapital bazarlarının tənzimlənməsi: tənzimləyici və bazar institutlarına yenidən baxış” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
“Kapital bazarlarının modernləşdirilməsi” layihəsi (CMMP) və Avrasiya Fond Birjaları Federasiyasının (FEAS) birgə təşkilatçılığı ilə keçirilən konfransda 15 ölkədən 100-dən çox nümayəndə iştirak edib.
Maliyyə naziri Samir Şərifov konfransdakı çıxışında 15 il əvvəl Azərbaycanda qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının tənzimləyici qurumunun yaradılmasını bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olunması və ölkəmizdə 1994-1995-ci illərdə həyata keçirilən köklü iqtisadi islahatların məntiqi nəticəsi kimi qiymətləndirib. Belə ki, o vaxt Azərbaycanda qiymətli kağızlar bazarının fəaliyyəti üçün vacib amillərdən biri olan özəlləşməyə start verilib və ölkədə özəl sahibkarlar təbəqəsi yaranmağa başlanılıb. Bu islahatların davamı olaraq 1998-ci ildə Ümummilli lider Heydər Əliyev tərəfindən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaradılması haqqında Fərman imzalanıb.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı Azərbaycanda qiymətli kağızlar bazarının yaradılması, formalaşması və mövcud vəziyyəti barədə danışıb. Komitə sədri deyib ki, qiymətli kağızlar bazarı Azərbaycanda maliyyə sisteminin fəaliyyətində böyük rol oynayır: “Ölkəmizdə fond bazarı özəlləşdirmə prosesində yaradılmağa başlayıb və hazırda müasir texniki tələblərə cavab verən, investorlar, emitent və digər bazar iştirakçıları üçün imkanlar yaradan maliyyə sisteminin bir seqmentidir”.
Konfransda çıxış edən Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və qərarı ilə yaradılmış Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ötən 15 il ərzində uğurlu inkişaf yolu keçib: “Komitə ölkəmizdə gedən nəhəng institusional quruculuq proseslərində mühüm rol oynayıb və o cümlədən dayanıqlı maliyyə sisteminin formalaşmasında böyük əhəmiyyət kəsb edib”.
Azərbaycanın əsas makroiqtisadi göstəriciləri barədə də məlumat verən Mərkəzi Bankın sədri vurğulayıb ki, irihəcmli strateji ehtiyatlar, makroiqtisadi sabitlik, stabil valyuta siyasəti kimi amillər ölkədə müasir və inkişaf edən qiymətli kağızlar bazarının fəaliyyəti üçün əsas yaradır.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə ölkədə qiymətli kağızlar bazarının formalaşmasından, keçdiyi inkişaf yolundan, QKDK-nın yaradılmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan danışıb.
Konfransın “İnkişaf etməkdə olan ölkələrdə kapital bazarı tənzimlənməsi: Düzgün balansı necə müəyyən etməli?” adlı birinci panelində və “Kapital bazarlarının peşəkar iştirakçılarının tənzimləyici mühitdə dəyişikliklərə uyğunlaşması” adlı ikinci panelində məruzələr dinlənilib, müzakirələr aparılıb.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01

