Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumu...
02.07.2025 [10:43]
“Parlamentlərarası əməkdaşlığın inkişafına dair 2025-2026-cı illər üçün praktiki tədbirlər planı” imzalanıb
İyulun 1-də Özbəkistanın Xivə şəhərində Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumunun açılış mərasimi keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iki ölkənin qanunverici orqanları rəhbərlərinin və deputatlarının qatıldıqları tədbirdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova forumun iki ölkənin parlamentləri üçün çox əlamətdar hadisə olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bu tədbir Azərbaycan Milli Məclisinin digər ölkənin qanunverici orqanı ilə keçirdiyi ilk forumdur.
Xalqlarımız və ölkələrimiz arasında münasibətlərin dərinləşməsində Ümummilli Lider Heydər Əliyevin böyük xidmətlərini vurğulayan Sahibə Qafarova deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ildə Özbəkistana dövlət səfəri zamanı açılışı olan Daşkənddəki Heydər Əliyev meydanı Ümummilli Liderimizin xidmətlərinə verilən dəyər olmaqla yanaşı, həm də özbək xalqının onun şəxsiyyətinə ehtiramının sübutudur. Spiker qeyd edib ki, bu gün prezidentlər İlham Əliyevin və Şavkat Mirziyoyevin rəhbərliyi ilə dövlətlərimiz hər cəhətdən müstəqil və güclü dövlətlər kimi inkişaf etməklə yanaşı, ölkələrimiz arasında əlaqələr daha da dərinləşib.
Özbəkistanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəti və dəyişməz mövqeyini vurğulayan Sahibə Qafarova deyib ki, Azərbaycan xalqı həm ərazilərimizin Ermənistan tərəfindən işğalı illərində, həm İkinci Qarabağ müharibəsi zamanı, həm də müharibədən sonrakı dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edib. Onun sözlərinə görə, Özbəkistan işğaldan azad edilmiş Füzuli şəhərində Prezident Şavkat Mirziyoyevin təşəbbüsü ilə özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyan məktəb tikərək, işğaldan azad edilmiş ərazilərin bərpasına töhfə verən ilk ölkə oldu.
Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən birinin parlamentlərimizin qarşılıqlı fəaliyyəti olduğunu deyən spiker bildirib ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, parlamentlərarası əməkdaşlığımız xüsusi məna və xarakter alır. Bu əməkdaşlıq parlamentlərimizin dövlətlərarası münasibətlərin inkişafına öz töhfəsini verməyə hazır olduğunu göstərir.
Forumda çıxış edən Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva tədbirin, sadəcə, parlamentlərarası görüş deyil, əlaqələrimizin inkişafı tarixində mühüm mərhələ olduğunu bildirib. O, tədbirin Özbəkistan və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi ərəfəsində keçirildiyini və bu məqamın da forumun əhəmiyyətini bir daha göstərdiyini söyləyib. Tənzilə Narbayeva deyib ki, forumun bugünlərdə keçirilməsi bizim parlament dəyərlərinə ümumi sadiqliyimizi və ölkələr arasında dostluğun əsas amillərindən biri kimi parlamentlərarası əməkdaşlığı gücləndirmək istəyimizi ifadə edir. O, parlamentlərarası forumun səmimi və konstruktiv fikir mübadiləsi, ümumi təşəbbüslərin inkişafı, birgə proqramların həyata keçirilməsi üçün əsas platformaya çevriləcəyinə inamını ifadə edib.
Senatın sədri çıxışında, həmçinin parlamentlərimiz arasında mövcud olan əlaqələr haqqında da danışaraq qeyd edib ki, parlamentlərimizin qarşılıqlı fəaliyyəti ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da genişlənməsinə xidmət edir. Eyni zamanda, bu əlaqələr böyük beynəlxalq təşkilatlarda ölkələrimizin mövqelərinin möhkəmlənməsində də mühüm rol oynayır.
Parlament sədrlərinin çıxışlarından sonra Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumu işini sessiyalarda müzakirələrlə davam etdirib.
Qeyd edək ki, forum çərçivəsində Azərbaycan Milli Məclisi ilə Özbəkistan Ali Məclisi Senatı arasında “Parlamentlərarası əməkdaşlığın inkişafına dair 2025-2026-cı illər üçün praktiki tədbirlər planı” (“Yol xəritəsi”) imzalanıb. Sənədi Milli Məclisin sədri Sahibə Qafarova və Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva imzalayıblar. Qeyd olunub ki, bu sənəd iki ölkənin qanunverici orqanları arasında əməkdaşlıq əlaqələrinin həyata keçiriləcək praktiki tədbirlər sayəsində daha da genişləndirilməsinə xidmət edir. Mərasimdə tərəflər, həmçinin Azərbaycan Milli Məclisi ilə Özbəkistan Ali Məclisinin Parlamentlərarası əməkdaşlıq komissiyasının Reqlamentini də imzalayıblar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

