Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Avropa Şurası Parlament Assambleyasının Xüsusi Komitəsinin Seçkiqabağı Missiyasının üzvləri Milli Məclisdə olublar

Avropa Şurası Parlament Assambleyasının Xüsusi Komitəsinin Seçkiqabağı Missiyasının üzvləri Milli Məclisdə olublar

12.09.2013 [09:18]

Azərbaycanda keçiriləcək prezident seçkilərinin müşahidəsi üzrə Robert Uolterin başçılıq etdiyi Avropa Şurası Parlament Assambleyasının Xüsusi Komitəsinin Seçkiqabağı Missiyasının üzvləri sentyabrın 11-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşüblər.
AzərTAc xəbər verir ki, Oqtay Əsədov AŞPA-nın Xüsusi Komitəsinin Seçkiqabağı Missiyasının prezident seçkilərində müşahidəçi kimi iştirakından məmnunluğunu bildirib. Qeyd edilib ki, Azərbaycanın seçki təcrübəsi ilbəil təkmilləşir və ölkəmizdə demokratik seçkilərin keçirilməsi üçün yaxşı hüquqi baza formalaşdırılıb. Diqqətə çatdırılıb ki, Azərbaycan Avropa Şurasının 56 sənədini ratifikasiya edib.
Oqtay Əsədov oktyabrın 9-da keçiriləcək prezident seçkilərində Avropa Şurası ilə yanaşı, digər bir sıra beynəlxalq qurumların da müşahidəçi qismində iştirak edəcəyini diqqətə çatdırıb.
Robert Uolter Azərbaycanda keçiriləcək prezident seçkilərini 30 parlament üzvünün izləyəcəyini qeyd edib. Azərbaycan-Avropa Şurası əlaqələrindən danışan R.Uolter 2014-cü ildə ölkəmizin quruma sədrlik edəcəyini və Şuranın komitə iclaslarından birinin Bakıda keçiriləcəyini bildirib.

Paylaş:
Baxılıb: 1118 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31