/ / QHT Əməkdaşlıq Alyansının prezident seçkiləri ilə əlaqədar keçirdiyi monitorinqin birinci mərhələsinin nəticələri açıqlanıb
QHT Əməkdaşlıq Alyansının prezident seçkiləri ilə əlaqədar keçirdiyi monitorinqin birinci mərhələsinin nəticələri açıqlanıb
19.09.2013 [09:34]
QHT Əməkdaşlıq Alyansının 9 oktyabr prezident seçkiləri ilə əlaqədar keçirdiyi monitorinqin birinci mərhələsinin nəticələri açıqlanıb.
AzərTAc xəbər verir ki, bununla bağlı Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında çıxış edən Alyansın həmsədrləri Rufiz Qonaqov, Rəfail Becanov və Yadigar Məmmədli monitorinqin birinci mərhələsinin yekunlarını şərh ediblər.
Bildirilib ki, monitorinqin birinci mərhələsi avqustun 12-dən sentyabrın 12-dək olan dövrü əhatə edib və 6 region üzrə 40 rayonda aparılıb. “Prezidentliyə namizədlərin daha çox hansına inanırsınız” sualına rəyi öyrənilən respondentlərin 89,32 faizi Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyevə, 7,94 faizi “Milli şura”nın vahid namizədi Cəmil Həsənliyə, 0,91 faizi Ümid Partiyasının namizədi İqbal Ağazadəyə, 0,55 faizi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyevə, 0,35 faizi Ədalət Partiyasının namizədi İlyas İsmayılova, 0,31 faizi Azərbaycan Demokrat Partiyasının namizədi Sərdar Cəlaloğluna, 0,62 faizi isə digər namizədlərə inandıqlarını bildiriblər. “Bu gün seçki keçirilərsə, kimə səs verərdiniz” sualına isə monitorinqdə iştirak edən 10 min nəfərdən 89,32 faizi, yəni 8 min 932 nəfəri “İlham Əliyevə səs verərdim” deyə cavab verib. Onlardan 7,94 faizi, yəni 794 nəfəri Cəmil Həsənliyə, 2,74 faizi isə İqbal Ağazadəyə, Qüdrət Həsənquliyevə, İlyas İsmayılova, Sərdar Cəlaloğluna və digərlərinə “səs verərdim” deyə sualı cavablandırıblar.
Həmçinin qeyd olunub ki, siyasi partiyaların da reytinqlərinin öyrənilməsi monitorinqin əsas predmetlərindən biri olub. Bu sırada da birincilik YAP-a məxsusdur. Partiyaların fəaliyyətini dəyərləndirən respondentlərin 8 min 932 nəfəri, yəni 89,32 faizi YAP-ın fəaliyyətini daim müşahidə etdiklərini, bu partiyanın reytinqinin yüksək və üzvlərinin sayının çox olduğunu bildiriblər. Bu da partiyanın Sədri İlham Əliyevə olan etimaddan irəli gəlir. Respondentlərin 10,68 faizi isə digər partiyaların fəaliyyətini yüksək qiymətləndiriblər. Bu sırada 2,45 faizlə Azərbaycan Xalq Cəbhəsi Partiyası, 2,43 faizlə Müsavat Partiyası, 1,31 faizlə Klassik Xalq Cəbhəsi Partiyası, 1,12 faizlə Azərbaycan Liberal Partiyası, 0,91 faizlə Ümid Partiyası qərarlaşıb. Qalan 2,46 faiz isə Ədalət, Azərbaycan Sosial Demokrat, Müasir Müsavat və digər partiyalar arasında bölünür.
Ölkədə seçki mühitinə gəldikdə isə, monitorinq zamanı hər hansı qanun pozuntusu aşkarlanmayıb. İmzatoplama kampaniyası, namizədlərin qeydiyyatı, kütləvi aksiyaların keçirilməsi ilə bağlı məhdudiyyətlər müşahidə edilməyib. Eləcə də vətəndaş cəmiyyəti və medianın fəaliyyətinə də hər hansı problem yaradılmayıb. Əhali seçkidə iştirak etmək, səs vermək istəyindədir. Azərbaycan seçicisinin seçkidən gözləntisi iqtisadi artım, sosial inkişafın, infrastruktur layihələrinin davamlı olmasıdır. Ölkənin ümumi inkişafını müsbət dəyərləndirən respondentlərin 94 faizi bu tempin qorunub saxlanılmasının tərəfdarıdır.
QHT Əməkdaşlıq Alyansı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “2013-cü il prezident seçkisinin monitorinqinin aparılması və vətəndaş cəmiyyəti institutlarının prosesdə iştirakının təşkili” layihəsini həyata keçirir.
Xəbər lenti
Hamısına baxGündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18

