Ahıllara qayğı cəmiyyətin hər bir üzvünün vətəndaşlıq borcudur
02.10.2013 [10:09]
1 Oktyabr Beynəlxalq Ahıllar günü Səbail rayonunda ənənəvi olaraq geniş şəkildə qeyd olunub. Rayon İcra Hakimiyyəti, Veteran Təşkilatları və Ağsaqqallar şuraları, Qızıl Aypara Cəmiyyətinin rayon şöbəsi, rayon Sosial Müdafiə Mərkəzinin və bir sıra ictimai təşkilatların rayon şöbələrinin nümayəndələrinin iştirakı ilə Ahıllar gününün keçirilməsi üçün əvvəlcədən hazırlıq işləri görülüb.
Əlamətdar günlə əlaqədar “Park Bulvar” Ticarət və İstirahət Mərkəzindəki “Zeytun” restoranında rayonun ahıl, kimsəsiz, əlil və qayğıya ən çox ehtiyacı olan vətəndaşlarının bir qrupu üçün rayon İcra Hakimiyyəti tərəfindən bayram süfrəsi açılıb. Tədbirdə iştirak edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov yaşlı nəslin nümayəndələrini salamlayıb, onlara uzun ömür və cansağlığı arzulayaraq dövlət tərəfindən hər bir ahıl vətəndaşın diqqət və qayğı ilə əhatə olunduğunu bildirib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardağı uğurlu siyasət nəticəsində əldə olunmuş iqtisadi inkişaf ölkə rəhbərliyinə imkan verib ki, son illər ərzində pensiya və minimum əmək haqlarının məbləği dəfələrlə qaldırılsın. Bu il də ölkədə pensiya müavinətlər 10 faiz artıb. Qarşıdakı illərdə də pensiya və müavinətlərin artırılması nəzərdə tutulub.
Bu gün Səbail rayonunda yaşayanların 6,5 faizini (6073 nəfər) yaşı 65-dən yuxarı olan ahıllar təşkil edir. Müxtəlif növ və kateqoriyalar üzrə 2485 nəfər sosial müavinət, 422 ailə (1682 ailə üzvü) Ünvanlı Sosial Yardım alır. Hər bir ailə üzvünə 27,0 manat olmaqla, orta hesabla hər bir ailəyə 119,0 manat sosial yardım təyin olunub.
Səbail rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin Sosial xidmət şöbəsində 371 nəfər tənha, əlil qeydiyyatdadır ki, onlara 31 nəfər sosial işçi xidmət göstərir. Təqaüdçülərə təqaüd və müavinətlərin ödənilməsində gecikmələrə yol verilmir, onların müraciətləri nəzərə alınaraq rayonun bir neçə yaşayış sahəsində, o cümlədən, Bibiheybət qəsəbəsi, 20-ci yaşayış sahələrində yeni bankomatlar quraşdırılıb, Bibiheybətdə yeni poçt məntəqəsi yaradılıb.
A.Əsgərov rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri barədə məlumat verib, rayonun sosial-iqtisadi inkişafı üçün görülməsi nəzərdə tutulan işlərdən danışıb və bildirib ki, bu işlərin həyata keçirilməsində veteran və yaşlı nəsil nümayəndələrinin hər zaman məsləhət və təkliflərinə böyük ehtiyac var.
Tədbirdə çıxış edənlər rayonda ahıl və veteranlarla bağlı görülən işlərdən, onlara göstərilən diqqət və qayğıdan danışıb və bu işlərə görə ölkə başçısına öz minnətdarlıqlarını çatdırıb, qarşıdan gələn Prezident seçkilərində yekdilliklə İlham Heydər oğlu Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildiriblər.
Görüşdə iştirak edən ahıllara RİH tərəfindən ərzaq bağlamaları təqdim olunub.
Əməkdar artist Aybəniz Haşımova, qızı Aynişan Quliyeva, Tacikistandan gəlmiş müğənni Təhminə Niyazova, gənc ulduzlar Vəli Səfərov, Müşviq Əliyev, Vüqar Ağasıyevin çıxışları tədbiri daha şən və rəngarəng edib.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

