Bakı Dövlət Universitetində Nobel mükafatı laureatlarının iştirakı ilə tədbir keçirilib
31.10.2013 [09:45]
Oktyabrın 30-da Bakı Dövlət Universitetində (BDU) fizika üzrə Nobel mükafatı laureatları Laflin Robert Betts, David Qross, kimya üzrə Nobel mükafatı laureatı Markus Rudolf Arturun iştirakı ilə “dəyirmi masa” keçirilib.
AzərTAc xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) nümayəndələrinin, ali məktəblərin rektorlarının iştirak etdikləri tədbirdə “Nanotexnologiyaların perspektivləri mövzusunda qabaqcıl tədqiqatlar” mövzusu ətrafında geniş müzakirələr aparılıb.
Tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Bakıda keçiriləcək III Beynəlxalq Humanitar Forumun əhəmiyyətindən danışıb. Bildirib ki, Forumda dünyanın bir çox tanınmış ictimai-siyasi xadimləri, sabiq dövlət başçıları, məşhur siyasətçilər, o cümlədən 15 Nobel mükafatçısı iştirak edəcək. BDU-nun dəvəti ilə Bakıya gəlmiş beş Nobel mükafatçısı iki gün ərzində universitetdə mühazirələr oxuyub. Onların tələbələr və müəllimlər qarşısında çıxışları noyabrın 2-də davam edəcək.
Sonra A.Məhərrəmov məşhur alimləri tədbir iştirakçılarına təqdim edib.
“Dəyirmi masa”da professorlar - BDU-nun nanoaraşdırmalar laboratoriyasının müdiri Məhəmmədəli Ramazanovun “Bakı Dövlət Universitetində nanotexnologiyalar sahəsində elmi-tədqiqat işləri və onların inkişaf perspektivləri”, Eldar Şahbazovun “Neft sənayesində nanotexnologiyalar” (BDU və ARDNŞ-in birgə işi) və Eden Mamutun “Nanomayelər sahəsində elmi tədqiqatların hazırkı vəziyyəti - gələcək tədqiqatlar üçün xüsusiyyətlər, modellər və perspektivlər” (Qara Dəniz Universitetləri Şəbəkəsi) mövzularında məruzələri dinlənilib.
Nobel mükafatçıları BDU-da bakalavr və magistr pillələrində təhsilin təşkili prosesini, nanotexnologiyalar sahəsində aparılan tədqiqatları yüksək qiymətləndiriblər. Universitetin alimlərinin bu istiqamətdə dünya alimləri ilə bərabər səviyyədə iş apardıqları, həmçinin bu sahədə təhsilin yüksək səviyyədə təşkil olunduğu qeyd edilib. Məşhur alimlər gələcəkdə dünya təhsil sisteminə inteqrasiya ilə bağlı tövsiyələrini veriblər.
“Dəyirmi masa” mövzularla bağlı sualların cavablandırılması ilə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

