Heydər Əliyev Mərkəzinin səhnəsində Moskva artistlərinin ifasında “Sibir” operası göstərilib
05.11.2013 [09:50]
Noyabrın 3-də Heydər Əliyev Mərkəzinin səhnəsində Moskvanın “Helikon-Opera” Musiqili Teatrı artistlərinin ifasında İtaliya bəstəkarı Umberto Cordanonun “Sibir” operasının tamaşası göstərilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tamaşada olub.
AzərTAc xəbər verir ki, tamaşanın rejissoru Moskvanın “Helikon-Opera” Musiqili Teatrının bədii rəhbəri, Rusiyanın xalq artisti Dmitri Bertmandır. O özü də tamaşanın nümayişində iştirak edib.
Umberto Cordanonun “Sibir” operası Lev Tolstoyun “Dirilmə” romanının motivləri əsasında yazılıb. Faciəvi sonluqla başa çatan bu melodram sevgilisi Vasilinin ardınca katorqaya gedən kurtizan qadın Stefani haqqındadır.
Stefaninin keçmiş sutenyoru, Vasilinin Sibirə göndərilməsinə səbəb olmuş Qlebov da katorqaya düşür. Qlebov Stefaniyə qaçmağı təklif edir və yol göstərir. Lakin Stefani onunla qaçmaqdan imtina edir. Onda Qlebov Stefaninin keçmişi barəsində Vasiliyə danışır. Stefaniyə dəlicəsinə aşiq olan Vasili onu bağışlayır. Stefani və Vasili imkan yaranan kimi Qlebovun dediyi yolla qaçmağı qərara alırlar. Lakin onları görən nəzarətçilər atəş açırlar və Stefani sevgilisinin qolları üstündə can verir.
İkipərdəli tamaşa imperator dövründəki Peterburqun dəbdəbəli interyerlərində başlayır və Sibirin qarlı çöllərində başa çatır.
Valeri Kiryanovun rəhbərlik etdiyi orkestrin müşayiəti ilə Stefaninin partiyasını Yelena Mixaylenko, Vasili partiyasını Rusiya Federasiyasının əməkdar artisti Vadim Zapleçnıy, fırıldaqçı Qlebovun rolunu isə Rusiya Federasiyasının əməkdar artisti Sergey Toptıgin ifa ediblər.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

