Qaçqın və məcburi köçkünlərə dövlət qayğısı yüksəkdir
14.11.2013 [09:37]
Flora Qasımova: Bu insanların sosial rifahı, həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı davamlı işlər görülür
“Məlum olduğu kimi, öz tarixi torpaqlarında yaşayan soydaşlarımız Ermənistanın təcavüzkar siyasəti nəticəsində 1988-ci ildə bu ölkədən deportasiya olundular. Həmin vaxt təxminən 200 min azərbaycanlı öz yurdlarından deportasiyaya məruz qaldı. Sonra bu problem getdikcə genişləndi, Ermənistan Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etdi və bu iddialar müharibə ilə nəticələndi. Ümumilikdə, Ermənistanın hərbi təcavüzü nəticəsində 20 faiz torpaqlarımız işğal olunub, 1 milyon insan isə öz torpağından qaçqın-köçkün vəziyyətinə düşüb. Təəssüf ki, Ermənistanın işğalçılıq siyasəti hələ də davam edir, ona görə də, həmin insanlar öz doğma yurdlarına qayıda bilmirlər. Buna baxmayaraq, Azərbaycan dövləti öz vətəndaşlarına sahib çıxaraq onların qayğıları, problemləri ilə yaxından məşğul olur”. Bu fikirləri Milli Məclisin deputatı Flora Qasımova deyib.
F.Qasımova bildirib ki, vaxtilə Ümummilli liderimiz Heydər Əliyev bu problemi beynəlxalq müstəvidə qaldıraraq dünya miqyaslı təşkilatların diqqətini azərbaycanlı qaçqın-köçkünlərin problemlərinə yönəldə bilmişdi. Onun sözlərinə görə, beynəlxalq humanitar təşkilatlar bir neçə il ərzində bizim qaçqınlara yardımlar göstərirdilər.
“İndi isə Azərbaycan dövləti öz gücünə bu problemi həll edir. Yəni, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlətimizin, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də daim diqqət mərkəzindədir. Və prioritet məsələlərdən biri kimi bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir. Ulu öndər Heydər Əliyevin siyasi xəttinin davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2003-cü ilin oktyabr ayında prezident seçkiləri ərəfəsində görüşlərindən birini Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirdi və orada bütün çadır şəhərciklərinin ləğv olunacağını bəyan etdi. Bu fikir tezliklə həyatda öz təsdiqini tapdı. Hazırda da, bu insanların sosial rifahı, həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı davamlı işlər görülür. Bildiyiniz kimi, bir neçə ildir ki, çadır şəhərcikləri ləğv edilib və orada məskunlaşmış qaçqın və məcburi köçkünlər üçün yeni qəsəbələr salınıb. Eyni zamanda, möhtərəm Prezidentimizin rəhbərliyi ilə qaçqın və məcburi köçkünlərin sosial rifahının yüksəldilməsi istiqamətində əhəmiyyətli qərarlar, dövlət proqramları qəbul edilib. Bütün bunlar əməli-praktik işlərin görülməsi üçün əsasdır. Bu sənədlər qısa müddət ərzində Azərbaycanda çadır şəhərciklərinin ləğvi, o cümlədən məcburi köçkünlərin sosial rifahının yüksəlməsində mühüm rol oynayır. Yəni dövlətimiz hər zaman bu məsələyə xüsusi diqqət yetirir” - deyə, millət vəkili vurğulayıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

