Heydər Əliyev xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyətdir
11.12.2013 [09:33]
Dekabrın 10-da Ümummilli lider Heydər Əliyevin əbədiyyətə qovuşmasının 10-cu ildönümü Səbail rayonunda da qeyd edilib.
AzərTAc xəbər verir ki, Azərbaycan Dövlət Filarmoniyasında keçirilən tədbirdə Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov xalqımızın Ümummilli lideri Heydər Əliyevin həyat və siyasi fəaliyyəti, müasir Azərbaycan tarixindəki yeri və rolu haqqında geniş məruzə edib. Bildirilib ki, qeyri-adi şəxsiyyət, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilib. Azərbaycanın özü qədər əbədi olan Ulu öndər hər bir vətəndaşın qəlbində böyük məhəbbətlə sevilir və ehtiramla anılır. Xalqın inkişafı üçün Onun başlatdığı siyasət bu gün uğurla davam etdirilir.
Azərbaycan xalqı fəxr edə bilər ki, onun XX əsrin son 30 ilinə və XXI əsrin əvvəlinə təsadüf edən tarixi taleyi görkəmli siyasi xadim Heydər Əliyevin adı və ideyaları ilə bağlıdır. Vətənimiz üçün kifayət qədər mürəkkəb bir dövrdə xalqına arxa olan Heydər Əliyev Azərbaycanın inkişaf tarixində silinməz izlər qoyub. Onun möhtəşəm zəhməti nəticəsində Azərbaycan dünyanın siyasi meydanında öz sözünü deyə bilən, mövqeyini müdafiə etmək qüdrətinə malik olan dövlətə çevrilib. Dünyanın tanınmış siyasi xadimləri bu fenomenal zəka sahibinin dəyərli irsini örnək kimi qəbul ediblər.
Natiq qeyd edib ki, illər ötdükcə biz Heydər Əliyev dühasının müstəqil və müasir Azərbaycanın tarixindəki əvəzsiz yerini daha dərindən dərk edir, Onun siyasi əzəməti, beynəlxalq nüfuzu barəsində fikir yürütməyə mənəvi ehtiyac duyuruq.
XX əsrin 90-cı illərində Azərbaycanın qət etdiyi çətin, lakin şərəfli yol yalnız Heydər Əliyevin fəaliyyəti sayəsində tarixin obyektiv həqiqətinə çevrilmişdirsə, XXI əsrin əvvəllərinin möhtəşəm uğurları da Ümummilli liderimizin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasətin parlaq təzahürüdür.
Sonra mərasim bədi hissə ilə davam edib.
Daha sonra rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Badamdar qəsəbəsindəki “Bəyoğlu” sarayında ehsan süfrəsi açılıb. İştirakçılar Ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən sənədli filmə baxıblar.
Tədbirdə Milli Məclisin deputatları, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxMaraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20

