Azərbaycan Diplomatik Akademiyasında doktorların 8-ci simpoziumu keçirilir
24.12.2013 [09:13]
Dekabrın 23-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) Gənc Aspirantlar və Doktorların İnkişafına Dəstək Proqramı çərçivəsində doktorların 8-ci simpoziumu öz işinə başlayıb.
Simpoziumda ADA-nın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev, akademiyanın tədris işləri üzrə prorektoru Patrik Kvin və başqaları iştirak ediblər.
AzərTAc xəbər verir ki, iki gün davam edəcək simpozium sosial elmlərin bütün sahələrini, xüsusilə də siyasi elmlər, beynəlxalq münasibətlər, iqtisadiyyat, enerji və ekologiya, beynəlxalq hüquq və dinşünaslıq sahələrində təhsil alan doktorantları bir araya gətirib.
Simpoziumda iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə “Azərbaycanda elm: mövcud nailiyyətlər və gələcək planlar” mövzusunda çıxış edib, gənc doktorantların suallarını cavablandırıb.
Rektor Hafiz Paşayev ADA-da belə tədbirlərin keçirilməsinin artıq adət halını aldığını deyib. ADA-nın yerli professorları da bu tədbirlərə cəlb etməkdə maraqlı olduğunu söyləyən Hafiz Paşayev gələcəkdə gənc doktorantlarla əməkdaşlığın nəzərdə tutulduğunu vurğulayıb.
Simpoziumda ABŞ, Almaniya, Kanada, Türkiyə, Yaponiya və digər ölkələrdə təhsil alan bir qrup azərbaycanlı gənc alim tədqiqatları haqqında məlumat verib. Tədbir çərçivəsində, həmçinin xarici ölkələrin təcrübəsi ilə yerli araşdırmalar arasında müqayisələr aparılacaq.
Simpozium doktorların təhsil sərgisini, plenar sessiyanı, tematik panelləri və ADA-nın Gənc Aspirantlar və Doktorların İnkişafına Dəstək Proqramının iştirakçıları tərəfindən hazırlanan təqdimatları əhatə edir.
Xəbər lenti
Hamısına baxDünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10

