/ / Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 20 yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 20 yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
17.01.2014 [10:33]
Yanvarın 16-da Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 20 yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbərliyi və struktur vahidlərinin işçiləri iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə 20 yanvar faciəsində həlak olmuş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədr müavini Azad Nağıyev açaraq bildirib ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 24 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir.
20 Yanvar hadisəsi zamanı 137 insan şəhid olub, 744 adam ağır xəsarət alıb, onlardan 331 nəfər bu gün də əlil olaraq qalır. Həmin hadisədə Azərbaycanda 870 nəfər həbs olunub, müxtəlif işgəncələrə məruz qalıblar.
20 Yanvar faciəsi Azərbaycan tarixində qəhrəmanlıq səhifəsidir. Çünki bu tarix Azərbaycanın müstəqil dövlət kimi tanınmasında canlarını qurban verən şəhidlərimizin qanı ilə yazılıb. Biz bilirik ki, həmin dövrdə Azərbaycan informasiya blokadasında olub. Həmin vaxt Ulu öndərimiz Heydər Əliyev ailəsi ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, bu dəhşətli hadisəyə münasibətini bildirən kəskin bəyanatında Bakıda törədilən qırğınlara siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb edib. Ulu öndərin bu bəyanatından sonra Azərbaycanda baş verən hadisə bütün dünyaya çatdırılıb.
Tədbirdə çıxış edən natiqlər xüsusi vurğulayıblar ki, Ulu öndərimizin iqtisadi-siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanda iqtisadi inkişafın yüksəldilməsinə nail olmaqla yanaşı, ölkə müstəqilliyi uğrunda şəhid olmuş 20 yanvar hadisəsinin iştirakçılarının hər birinin ailəsinə diqqətlə yanaşıb, onların üzləşdiyi problemlərin həlli bilavasitə dövlətin nəzarətində olub.
İclasda çıxış edən natiqlər 20 yanvar faciəsinin xalqımızın qan yaddaşında əbədi həkk olunduğunu vurğulamaqla bu faciənin insanlığa qarşı törədilmiş ən dəhşətli və ağır cinayətlərdən biri olduğunu bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22

