Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Davosda “SOCAR - Azərbaycanın enerjisi” adlı Azərbaycan gecəsi keçirilib

Davosda “SOCAR - Azərbaycanın enerjisi” adlı Azərbaycan gecəsi keçirilib

24.01.2014 [09:12]

AzərTAc xəbər verir ki, yanvarın 22-də Davosda “SOCAR - Azərbaycanın enerjisi” adlı Azərbaycan gecəsi keçirilib.
“SOCAR - Azərbaycanın enerjisi” adlı Azərbaycan gecəsi Davosda artıq üçüncü dəfədir ki, təşkil olunur. Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirin məqsədi ölkəmizin dünyada daha yaxşı tanıdılması və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dünya biznes aləminə geniş miqyasda təqdim edilməsidir. Bununla bağlı tədbir çərçivəsində Davosda reklam lövhələrinin və banerlərin vurulması da məhz bu amilə xidmət edirdi.
Minədək qonağın iştirak etdiyi gecə “Azərbaycan - gələcəyin ölkəsi” adlı videoçarxın nümayişi ilə başlayıb.
Mərasimdə çıxış edən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Davos Forumunun strateji tərəfdaşı olan SOCAR-ın artıq dünya şirkətinə çevrildiyini bildirib. Son illərdə ölkəmizdə gedən sürətli inkişaf proseslərindən danışan Rövnəq Abdullayev qeyd edib ki, şaxələndirilmiş neft-qaz kəmərləri sisteminə malik olan Azərbaycan hazırda 30-dan çox ölkəyə neft-qaz məhsulları ixrac edir və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Ötən ilin sonunda Bakıda “Şahdəniz-2” üzrə yekin investisiya qərarının imzalanması bunu bir daha təsdiqləyir.
Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger sürətli inkişaf yolu keçən Azərbaycanda neft sənayesinin tarixindən danışıb, Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasında ölkəmizin mühüm rolu olduğunu deyib. G.Ottinger zəngin mədəniyyətə malik Azərbaycanda 2015-ci ildə keçiriləcək birinci Avropa Oyunlarının mühüm əhəmiyyətə malik olduğunu bildirib.
Mərasimdə bir sıra ölkələrin hökumət nümayəndələri, dünyanın nüfuzlu media orqanlarının rəhbərləri, həmçinin iri biznes dairələrinin təmsilçiləri iştirak edib.

Paylaş:
Baxılıb: 923 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31