İstanbulda XVII Avrasiya İqtisadi Zirvəsi keçirilir
06.02.2014 [09:41]
İstanbulda Marmara Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XVII Avrasiya İqtisadi Zirvəsi keçirilir.
Zirvənin açılış mərasimində Avrasiya İqtisadi Zirvəsinin tarixi haqqında sənədli film nümayiş etdirilib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident İlham Əliyevin Zirvə iştirakçılarına təbrikinin mətnini oxuyub. Təbrik məktubunda ölkəmizin Avrasiya məkanında inkişafın və tərəqqinin təmin olunmasında, dünyanın enerji təhlükəsizliyində mühüm rolu vurğulanıb, dövlətimizin başçısı bu məsələlərin müzakirə olunduğu Avrasiya İqtisadi Zirvəsinin işinə uğurlar arzulayıb.
Türkiyə Prezidenti Abdullah Gülün Zirvə iştirakçılarına məktubunda Avrasiya məkanında əməkdaşlığın əhəmiyyəti, regionda sülhün və sabitliyin təmin olunmasında bu cür tədbirlərin rolu vurğulanıb.
UNESCO-nun baş katibi İrina Bokovanın Zirvə iştirakçılarına müraciətində də sülh və sabitliyin əhəmiyyəti, qlobal dünyada mədəniyyətlərarası dialoqun təmin edilməsində siyasətçilərin, mədəniyyət və din xadimlərinin mühüm rolu qeyd olunub.
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver çıxışında bildirib ki, bu Zirvə çərçivəsində enerji məsələləri - TANAP, TAP və “Şahdəniz-2” layihələri diqqət mərkəzində olacaq. Azərbaycan təbii qazının Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında roluna diqqət çəkən natiq deyib ki, bu layihələr sayəsində Türkiyə mühüm enerji mərkəzinə çevriləcək. Zirvənin gündəliyinə İpək yolunda regional və qlobal miqyasda enerji və kommunikasiya layihələri, insan alveri, davamlı inkişaf, iqtisadi inkişafda informasiya texnologiyalarının rolu məsələləri daxil edilib.
Açılış mərasimində çıxış edən Türkiyənin səhiyyə naziri Məhmət Müəzzinoğlu, İstanbul valisi Hüseyn Avni Mutlu, BMT-nin Mədəniyyətlər İttifaqı ali komissarı Nassir Əbdüləziz Əl Nasser, Bosniya və Herseqovinanın Baş naziri Vjekoslav Bevanda qlobal dünyada siyasi, iqtisadi və sosial problemlərin həllində dialoq prosesinin əhəmiyyətindən bəhs edib, Zirvənin işinə uğurlar diləyiblər.
Sonra Zirvə öz işini “İpək yolunda iqtisadiyyat və enerjinin gələcəyi”, “Dialoqun sülh üçün əhəmiyyəti” mövzularında bölmə iclasları ilə davam etdirib.
Bölmə iclasında çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Fənər Rum patriarxı Varfolomey, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Azərbaycandakı dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev, Bakıdakı katolik icmasının ordinarisi Vladimir Fekete və başqaları Avrasiya məkanında sülhün və sabitliyin təmin olunmasında din xadimlərinin rolundan bəhs ediblər. Çıxışlarda Azərbaycanda Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin davam etdirdiyi mükəmməl din-dövlət münasibətləri, nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında ölkəmizdəki dini tolerantlığın müntəzəm olaraq yer aldığı öz əksini tapıb.
Enerji və iqtisadi məsələlərə həsr olunmuş bölmə iclasında çıxış edən sənaye və energetika naziri Natiq Əliyev, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, Türkiyənin maliyyə naziri Məhmət Şimşək və digər natiqlər bölgənin iqtisadi vəziyyətini dəyərləndirib, enerji sektorunun perspektivlərindən bəhs ediblər. Vurğulayıblar ki, Türkiyə və Azərbaycanın təşəbbüsü ilə həyata keçiriləcək yeni enerji layihələri - TANAP və TAP boru xətləri regionda iqtisadi və sosial tərəqqiyə şərait yaradacaq, Avropanın enerji təhlükəsizliyinə böyük töhfə olacaqlar.
XVII Avrasiya İqtisadi Zirvəsi fevralın 6-da öz işini davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49

