Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Heydər Əliyev Fondunun dəstəyi ilə Buxarestdə Azərbaycan dili və ədəbiyyatı fənlərinin tədrisinə başlanılıb

Heydər Əliyev Fondunun dəstəyi ilə Buxarestdə Azərbaycan dili və ədəbiyyatı fənlərinin tədrisinə başlanılıb

01.03.2014 [11:46]

Heydər Əliyev Fondunun dəstəyi ilə Buxarestdə yaradılmış, Rumın-Amerikan Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Araşdırmalar Mərkəzində fevralın 28-də Azərbaycan dili və ədəbiyyatı fənlərinin tədrisinə başlanılıb.
AzərTAc xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin əməkdaşları, Rumın-Amerikan Universitetinin rəhbər və müəllim heyəti, tələbələr, Rumıniyada yaşayan azərbaycanlılar iştirak ediblər.
Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev Rumın-Amerikan Universitetinin rəhbərliyinə sıx əməkdaşlıq nəticəsində Buxarestdə Azərbaycan dili və ədəbiyyatı fənlərinin tədrisinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.
O, tədbir iştirakçılarına Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti, tarixi barədə məlumat verib, Buxarestdə bu fənlərin tədrisinin başlanması ilə iki xalq arasındakı əlaqələrin daha da möhkəmlənəcəyinə əmin olduğunu qeyd edib. İqbal Hacıyev dərslərə yazılan rumıniyalı tələbələri təbrik edib və onlara uğurlar arzulayıb.
Rumın-Amerikan Universitetinin beynəlxalq əlaqələr departamentinin rəhbəri Şerban Corcesku Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya universitetə verdiyi dəstəyə və məhsuldar əməkdaşlığa görə dərin təşəkkürünü bildirib. O, rumın tələbələrin Azərbaycan dilinə və ədəbiyyatına marağını iki xalq arasında gündən-günə inkişaf edən əlaqələrin təzahürü kimi qiymətləndirib. Şerban Corcesku belə səmərəli layihələrin gələcəkdə davamlı olacağına inamını ifadə edib.
Mərkəzin Azərbaycan dili və ədəbiyyatı müəllimi Şəfəq Məmmədova Rumıniyanın paytaxtı Buxarestdə belə bir imkanın yaradılmasına görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib. O, rumın tələbələri arasında Azərbaycan mədəniyyətinə, tarixinə, dilinə və ədəbiyyatına marağın həddən artıq çox olduğunu vurğulayıb. Bildirib ki, gələcəkdə bu tələbələr Rumıniyada bir çox sahələrdə çalışıb Azərbaycanın layiqli elçiləri olacaq, iki xalq arasında mövcud əlaqələrin daha da möhkəmlənməsinə səmərəli töhfələrini verəcəklər.
Tədbir bitdikdən sonra Azərbaycan dili fənninin birinci dərsi başlayıb.

Paylaş:
Baxılıb: 879 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31