Geosiyasi qarşıdurma və ziddiyyətlər Ukraynanı parçalanmaya doğru sürüklədi
28.03.2014 [08:55]
Qazın və neftin getdikcə tükənəcəyi faktı bu kimi təbii ehtiyatlarla zəngin olan ölkələr üzərində təsir mexanizmlərinin gücləndirilməsi gerçəkliyini gündəmə gətirir ki, bu da dünya siyasətində mühüm rola malik olan böyük dövlətləri hərəkətə keçirir. Odur ki, neft və qazla zəngin ölkələrə qarşı ABŞ və Avropa İttifaqının (Aİ) siyasəti daha dinamikdir. Son vaxtlar isə Ukraynada - Maydanda baş verən proseslər, Krım məsələsi, Avropanın və Rusiyanın Ukrayna uğrunda apardığı mübarizə bir daha yeni dünya düzəni formalaşdırmaq cəhdinin olduğunu göstərməkdədir. Mübarizənin niyə məhz Ukrayna uğrunda aparılmasına qısa aydınlıq gətirək.
Ukrayna Avropanın coğrafi mərkəzindədir və ərazisinə görə Avropada ən böyük ölkədir. Əsas sənaye və kənd təsərrüfatı istehsalçılarından biridir. İqlim şəraiti və münbit qara torpaqlar Ukraynada kənd təsərrüfatı sahəsi üçün əlverişlidir. Ukrayna şəkər istehsalında dünyanın ən böyük mərkəzlərindən biridir. Ölkə dəmir filizi, kömür, əlvan metal, neft, qaz, mineral duzlar, gil kimi təbii ehtiyatlarla zəngindir. Hərbi sənayesi güclüdür və kosmik sənaye sahəsində beş ölkədən biridir. Odessa, Sevastopol, Nikolaev, Kherson və Kerç kimi əsas limanlara malikdir. Ukrayna hökuməti ölkənin yeraltı və yerüstü sərvətini mümkün qədər öz nəzarətində saxlayıb və buraya birbaşa investisiyalar qoymaq mümkün olmayıb. Aİ-yə daxiledilmə isə Ukraynaya qarşı yol verilmiş bu “boşluğun” aradan qaldırılmasında Qərb üçün töhfə olardı. Gömrük İttifaqı ilə öz maraqlarını ifadə edən və iddialarını ortaya qoyan Kreml ciddi revanşla yeni siyasi vəziyyət yaratmaqla bərabər, həm də köhnə status-kvonu bərpa etmək istəyirdi. Rəsmi Kiyevi bu seçim qarşısında qoymaq isə vəziyyəti çətinləşdirdi.
Avropa İttifaqı Rusiyanı zəiflədərək “fövqəlgüc”lərin sırasından çıxarmaqda israrlıdır və bu məqsəd onları Ukraynaya yaxınlaşdırmaqdadır. Ukraynanın zəifləmiş vəziyyətdə Avropa İttifaqına daxil olması Aİ üçün arzuediləndir. Səbəb isə Ukraynanın yuxarıda qeyd etdiyimiz mövcud əlverişli potensialı onu gələcəkdə güclü bir dövlətə çevrilərək Almaniya və Fransanı geridə qoya bilmə ehtimalındadır. Həmçinin, Ukraynanın Rusiyadan uzaqlaşaraq Aİ-yə daxil olması Rusiyanın mövqelərini zəiflətmiş olur və bu bilavasitə Aİ-nin maraqlarını əhatə edir.
Ukraynanı bu və ya digər yolla nəzarətdə saxlamaq Rusiya üçün əlahəddə əhəmiyyət daşıyır:
- birincisi, Ukraynasız Rusiyanın Qara dənizə çıxışı zəifləyir, Ukrayna ilə sərhəddinə nəzarəti əldən çıxarır;
- ikincisi, Krım Rusiya üçün əsaslı strateji əhəmiyyət daşıyır və onun itirilməsi Rusiyanın hərbi təhlükəsizliyini zəiflədərdi;
- üçüncüsü, zəngin yeraltı sərvətlə Ukrayna Aİ üçün böyük bazardır və onun Aİ-yə daxil olması ilə Rusiya bu ölkədəki bazarını, demək olar ki, itirir.
Yeraltı və yerüstü təbii ehtiyatlarla zəngin olan Ukrayna ilə əsaslı tərəfdaş əlaqələrini möhkəmləndirmək Aİ üçün çox vacibdir. Odur ki, Aİ Ukraynanı assosiativ üzv etmək və gələcəkdə bu ölkənin NATO-ya və Aİ-yə daxil olmasını təmin etmək niyyətindədir. Lakin Ukrayna hökumətinin Rusiyanın təsiri ilə Avropa İttifaqı ilə assosiativ saziş layihəsi imzalanmasına hazırlıq prosesini dayandırması ölkədə ciddi narazılıqların baş qaldırmasına səbəb oldu. Yanukoviçin rəhbərlik etdiyi Ukrayna iqtidarı Avropa İttifaqına daxil olmaq istəmirdi və onların fikrincə, indiki halda Ukraynanın quruma daxil olması praktiki olaraq bu ölkənin ciddi kataklizmlərlə qarşı-qarşıya qalmasına səbəb olacaq, BVF və Dünya Bankı enerji daşıyıcılarının qiymətinin kəskin artmasını tələb edəcək və insanların sosial vəziyyəti kəskinləşəcək, işsizlik artacaq, vətəndaş müharibəsi başlanacaq və ölkə parçalanacaq. Lakin Maydanda siyasi iradə kütləvi iradəyə çevrildi və dönməz xarakter aldı. Ukraynada müxalifət qalib gəldi. Ali Rada Konstitusiyaya 2004-cü ildə dəyişiklikləri ləğv etdi, hökuməti formalaşdırmaq funksiyası prezidentdən parlamentə keçdi, əfv barədə qanun qəbul edildi, Ukraynanın Avropa İttifaqı ilə yaxınlaşmasına əsaslanan xarici siyasət kursu bərpa edildi. Bütün bu baş verənlərdən sonra Ukrayna ətrafında Qərb və Rusiyanın qarşıdurması kəskinləşərək bir çox məsələlərə aydınlıq gətirdi.
Martın 16-da Krımda keçirilən referendumda əhalinin 93 faizi regionun Ukraynadan ayrılaraq Rusiyanın tərkibinə keçməsinin lehinə səs verdi. Görünən odur ki, Suriyada olduğu kimi, Ukraynada da Qərblə ciddi mübarizə aparan Rusiya Suriyadan fərqli olaraq Ukraynada mövqeyini daha açıq şəkildə ortaya qoydu. Krım məsələsi ətrafında baş verənlər göstərdi ki, Rusiya Qərblə mübarizədən geri çəkilmədi və bu cəbhədə qələbə qazandı. Qeyd etdiyimiz kimi, Krımın Rusiya üçün strateji əhəmiyyəti nə qədər önəmlidirsə, Krımın Ukraynanın tərkibində qalması isə Aİ və ABŞ üçün bir o qədər əhəmiyyətli idi. Lakin Rusiya bu məsələdə özünün strateji maraqlarını təmin edə bildi.
Beləliklə, geosiyasi qarşıdurma və ziddiyyətlər Ukraynanı parçalanmaya doğru sürüklədi. “Krım” məsələsi hadisələrin gedişinə əsaslı təsir göstərdi. Zənnimizcə, mövcud vəziyyət bütövlükdə beynəlxalq əlaqələr sisiteminin böhranıdır.
Beləliklə, Ukrayna ətrafında baş verən hadisələr ABŞ və Aİ üçün zəifləmə, Rusiya üçün “fövqəl güc olmaq” kimi əzəmətli bir qələbə, Ukrayna xalqı üçünsə bir faciə kimi səciyyələndirilə bilər.
Gülzar İbrahimova,
siyasi elmlər doktoru
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

