/ / Naxçıvan Muxtar Respublikası Ali Məclisində orden, medal və fəxri adların təqdimat mərasimi olub
Naxçıvan Muxtar Respublikası Ali Məclisində orden, medal və fəxri adların təqdimat mərasimi olub
11.04.2014 [09:27]
Aprelin 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninin, “Dövlət qulluğunda fərqlənməyə görə”, “Tərəqqi”, “Hərbi xidmətdə fərqlənməyə görə” və “Vətən uğrunda” medallarının, Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının təqdimat mərasimi keçirilib.
Bu barədə AzərTAc-a Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən məlumat verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov təltif olunanları muxtar respublikamızın 90 illik yubileyi və mükafatlara layiq görülmələri münasibətilə təbrik edərək deyib: “Azərbaycanda bütün sahələrdə inkişaf təmin olunmuşdur. Bu inkişafın əldə olunmasında fərqlənənlərin əməyi isə dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir. Dövlət tərəfindən inkişaf strategiyası müəyyənləşdirilir, müxtəlif sahələr üzrə proqramlar qəbul edilir. Bu inkişaf strategiyasının və dövlət proqramlarının icraçıları isə insanlardır”.
Ali Məclisin sədri deyib: “Ölkəmizin inkişafında öz fəaliyyəti ilə fərqlənənlərin, Vətəninə və xalqına xidmətdə nümunə göstərənlərin əməyinə dövlətimiz tərəfindən daim yüksək qiymət verilir, onlar orden, medal və fəxri adlarla təltif olunurlar. Bu gün dövlətimizin ali mükafatları ilə təltif olunanlar müxtəlif sahələrdə çalışan insanlardır. Onların əməyinin qiymətləndirilməsi səmərəli fəaliyyətlərinin nəticəsində mümkün olmuşdur. Eyni zamanda, əməyə verilən bu qiymət hər bir insanda böyük ruh yüksəkliyi yaradır, onların qurub-yaratmaq əzmini artırır, gələcəkdə daha məhsuldar fəaliyyət göstərməyə sövq edir”.
Ali Məclisin sədri təltif olunanların bundan sonra daha məsuliyyətlə çalışacaqlarına və nümunəvi xidmət göstərəcəklərinə əminliyini bildirib, onlara qarşıdakı fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra Ali Məclisin sədri orden və medalları, Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim edib.
Təltif olunanlardan İradə Novruzova, Fariz Bağırov, Məzahir Mirzəyev, Afin Məmmədov, Həbib İbrahimov, Həbibə Allahverdiyeva, Mətləb İbrahimov, Xuraman Əsgərova, Elminaz Məmmədova, Sultan Rzayev, Müzəffər Əsgərov, Ələddin Məmmədov əməklərinə verilən yüksək qiymətə görə dərin minnətdarlıqlarını ifadə ediblər. Qeyd olunub ki, Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinə daim sadiq olmaq bundan sonra da fəaliyyətin əsasını təşkil edəcək. Çünki dahi şəxsiyyətin müəllifi olduğu sosial-iqtisadi inkişaf strategiyası bu gün ölkəmizi, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını inkişaf və tərəqqiyə qovuşdurub. Bu inkişaf bütün sahələri əhatə edib. Hər bir şəxs də çalışır ki, ölkəmizin inkişafına öz töhfəsini versin. Muxtar respublikanın 90 illik yubileyi ərəfəsində dövlət mükafatına layiq görülmək isə ikiqat qürur və şərəfdir.
Təltif olunanlar bundan sonra da doğma diyarımızın inkişaf və tərəqqisi yolunda səylə çalışacaqlarına söz veriblər.
Xəbər lenti
Hamısına baxDünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22

