/ / Azərbaycan hökuməti Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlığı bundan sonra da davam etdirməkdə maraqlıdır
Azərbaycan hökuməti Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlığı bundan sonra da davam etdirməkdə maraqlıdır
12.04.2014 [09:58]
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov aprelin 11-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) donor əlaqələri şöbəsinin müdiri Jeron Sorq və qurumun Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Deniz Duran ilə görüşüb.
AzərTAc xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdəki nümayəndəliyinin çoxillik fəaliyyətini müsbət dəyərləndirən Əli Həsənov bunu həmin beynəlxalq qurum ilə Azərbaycan hökuməti arasındakı əməkdaşlığın yaxşı əsaslar üzərində qurulmasının, əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoymasının bariz nümunəsi kimi qiymətləndirib.
Bildirilib ki, BQXK fəaliyyət müddəti ərzində mandatına uyğun olaraq ölkəmizdə humanitar hüququn ümumdünya humanitar prinsiplərini inkişaf etdirməklə yanaşı, ilk illərdə məcburi köçkün ailələrinə də fövqəladə vəziyyətdə tələb olunan yardımlar göstərib, yaralılar üçün geniş tibbi proqram həyata keçirməyə başlayıb, minlərlə ailələrin üzvlərinə itkin düşən yaxınları barədə məlumatlar toplayıb, cəbhəyanı ərazidə yaşayan uşaqları məktəbli forması və ləvazimatlarla təchiz edib, məktəb və uşaq bağçalarını təmir edib, Dağlıq Qarabağ münaqişəsi nəticəsində əsir düşənlərin saxlanılması, vətənə qaytarılması məsələlərində Azərbaycan və Ermənistan hökumətləri ilə vasitəçilik edib və digər zəruri tədbirlər həyata keçirib.
Görüşdə BQXK-nın Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə qarşılıqlı əlaqələri, təşkilatın potensialını artırmaq üçün texniki və maliyyə dəstəyini davam etdirməsi, axtarış fəaliyyətinin gücləndirilməsi üçün Cəmiyyət ilə qurulan əməkdaşlıq müsbət qiymətləndirilib. Azərbaycan hökumətinin BQXK ilə əməkdaşlığı bundan sonra da davam etdirməkdə maraqlı olduğu vurğulanıb.
Sonda BQXK-nın ümumi fəaliyyəti, qarşıda duran vəzifələr və digər məsələlərlə bağlı müzakirələr aparılıb. Baş nazirin müavini diqqətə çatdırıb ki, ölkəmizdə fəaliyyət göstərən digər beynəlxalq təşkilatlar kimi, BQXK-nın da şəffaf və sərbəst fəaliyyəti üçün Azərbaycan hökuməti tərəfindən hərtərəfli şərait yaradılacaq.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

