Azərbaycanın müdafiə naziri İrana rəsmi səfər edib
15.04.2014 [09:22]
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti İran İslam Respublikasının müdafiə və Silahlı Qüvvələrə dəstək naziri, general-mayor Hüseyn Dehqanın dəvəti ilə Tehrana rəsmi səfərə gəlib.
AzərTAc xəbər verir ki, aprelin 14-də İranın Müdafiə Nazirliyində general-polkovnik Zakir Həsənovun qarşılanma mərasimi olub.
Sonra iki ölkənin nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə regional təhlükəsizlik və digər məsələlər müzakirə edilib.
İranın dost və qardaş ölkə Azərbaycan ilə əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini vurğulayan H.Dehqan ötən həftə Prezident İlham Əliyevin Tehrana rəsmi səfərinin bu münasibətlərin bariz nümunəsi olduğunu bildirib.
Müdafiə naziri Z.Həsənov əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-İran dostluq əlaqələrinin bütün sahələrdə, o cümlədən müdafiə sahəsində uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bu əlaqələrin möhkəmlənməsinin bölgədə sülhə və təhlükəsizliyə mühüm töhfə olduğunu qeyd edən Azərbaycanın müdafiə naziri iki dost ölkənin müvafiq nazirlikləri arasında birbaşa əlaqələrin qurulmasının 10 illiyinin tamam olduğunu deyib.
Zakir Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistanın 20 ildən artıq müddətdə Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxladığını, bir milyondan çox azərbaycanlının yurd-yuvalarından didərgin düşdüyünü bildirərək problemin tezliklə həll edilməsinin bölgədə sülhün və sabitliyin bərqərar olmasına töhfə verəcəyini deyib.
Müdafiə naziri Z.Həsənov general-mayor H.Dehqanı Azərbaycana səfərə dəvət edib.
Sonra Azərbaycanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti İranın müdafiə sənayesi sərgisi ilə tanış olub.
General-polkovnik Z.Həsənov Azərbaycanın İrandakı səfirliyinə gələrək Ulu öndər Heydər Əliyevin büstü önünə əklil qoyub.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun İrana rəsmi səfəri aprelin 15-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

