Azərbaycan daxili və xarici siyasətdə sözü ilə əməli arasında heç bir fərq olmayan ölkədir
31.05.2014 [09:47]
Prezident İlham Əliyev: Ona görə bizim sözümüz imzamız qədər dəyərlidir və əhəmiyyətlidir. Əgər söz veririksə, onu yerinə yetiririk. Əlbəttə ki, qarşı tərəflərdən də eyni yanaşmanı gözləyirik
Bu gün regionun lider dövləti olan Azərbaycanın beynəlxalq nüfuzu sürətlə artmaqdadır. Bu da səbəbsiz deyil. Belə ki, milli maraqlara söykənən, qlobal və regional proseslərə uyğunlaşdırılan çevik siyasət əsasında ölkəmiz təbii imkanlarından və intellektual resurslarından daxili inkişafının təmin olunmasında və beynəlxalq mövqelərinin gücləndirilməsində səmərəli istifadə edir. Məlum olduğu kimi, ölkəmizin qazandığı yüksək beynəlxalq hörmət və mühüm diplomatik uğurlar Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilməsinin nəticəsidir. Məhz bu siyasətin əsasında milli maraqların müdafiəsi dayanır. Həmçinin, ölkəmiz xarici tərəfdaşları ilə münasibətlərini qarşılıqlı hörmət və səmərəlilik, bərabərhüquqlu əməkdaşlıq üzərində qurur. Bu ondan irəli gəlir ki, Azərbaycanın xarici siyasət xəttində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, dünyanın bütün regionlarındakı dövlətlərlə əlaqələrin yaradılması və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan xarici siyasətinin mühüm xüsusiyyətlərindən biri də ölkəmizin bütün məsələlərdə mövqeyinin aydın və birmənalı olmasıdır. Prezident İlham Əliyevin 28 May - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı nitqində söylədiyi kimi, hər bir məsələ ilə - istər daxili siyasət, istər xarici siyasət ilə bağlı ölkəmizin konkret mövqeyi var. Azərbaycan hər bir məsələdə öz niyyətini, siyasətini açıq şəkildə bəyan edir və atdığı addımlar da aydın siyasətin davamıdır. Azərbaycan daxili və xarici siyasətdə sözü ilə əməli arasında heç bir fərq olmayan ölkədir. Dövlət başçısının da bəyan etdiyi kimi: “Ona görə bizim sözümüz imzamız qədər dəyərlidir və əhəmiyyətlidir. Əgər söz veririksə, onu yerinə yetiririk. Əlbəttə ki, qarşı tərəflərdən də eyni yanaşmanı gözləyirik”.
Bu həm də onun göstəricisidir ki, Azərbaycan həqiqi müstəqil siyasət yürüdən dövlətdir.
GÜCLÜ İQTİSADİYYATA ƏSASLANAN MÜSTƏQİL SİYASƏT
Azərbaycanın həqiqi dövlət müstəqilliyini şərtləndirən amillərin təməlində heç şübhəsiz, güclü iqtisadiyyat və sosial rifah dayanır. Bildiyimiz kimi, Azərbaycan iqtisadiyyatının artım tempinə görə 2006-cı ildən başlayaraq dünyada ilk yerlərdə qərarlaşıb. Dövlət başçısının da söylədiyi kimi, son on il ərzində iqtisadi sahədə, regionların inkişafı sahəsində, infrastruktur layihələrin icrası istiqamətində tarixi nailiyyətlər əldə edilib. Son on ildə Azərbaycanın dövlət büdcəsi 1,5 milyard dollardan 25 milyard dollaradək artıb. Bu müddətdə 20 dəfəyə yaxın artan büdcə xərcləmələri iqtisadiyyatın şaxələndirilməsinə, işsizliyin və yoxsulluğun aradan qaldırılmasına, qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına, sahibkarlığın, özəl sektorun inkişafına, ölkənin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə yönəlib. Eyni zamanda, həyata keçirilən abadlıq və quruculuq işləri sayəsində Azərbaycanın sürətli inkişafını ölkənin hər bir yerində əyani şəkildə müşahidə etmək mükündür.
Yüksək daxili inkişaf və sabitlik inamlı xarici siyasətin aparılmasına da şərait yaradır.
BEYNƏLXALQ MÜNASİBƏTLƏR SİSTEMİNDƏ LAYİQLİ YER
Onu da qeyd edək ki, xarici əlaqələrini qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında quran Azərbaycan beynəlxalq münasibətlər sistemində layiqli yerə sahib olub. Təkcə, 155 dövlətin dəstəyini qazanması və BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvü kimi fəaliyyət göstərməsi Azərbaycanın dünyadakı nüfuzunu və yerini göstərən mühüm amildir. BMT TŞ-də qeyri-daimi üzv kimi fəaliyyət göstərdiyi 2012-2013-cü illərdə Azərbaycan müxtəlif dövlətlərlə ikitərəfli əlaqələri daha da möhkəmləndirib, ayrı-ayrı qitələrdəki ölkələrlə yeni münasibətlər qurub.
Xatırladaq ki, rəsmi qəbuldakı nitqində bu məsələyə də toxunan dövlət başçısı Azərbaycanın quruma üzv seçilməsinin böyük dəstək, inam hesabına mümkün olduğunu söyləyib: “Biz bu şərəfli missiyanı ləyaqətlə icra etmişik. Bizə hörmət daha da artmışdır və bu gün biz nəinki regional məsələlərin həllində, qlobal məsələlərdə də öz sözümüzü deyirik”.
Həqiqətən də, Azərbaycan istər BMT TŞ-dəki fəaliyyəti dövründə, istərsə də, digər beynəlxalq qurumlar və müzakirələr çərçivəsində daim beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması məqsədinə uyğun olaraq beynəlxalq təhlükə törədən münaqişələrə münasibətini bildirib, beynəlxalq terrorçuluq, Suriyada qarşıdurma, müxtəlif regionlarda humanitar böhran və hazırda aktual olan digər problemlərlə bağlı müzakirələrdə iştirak edib, mövqeyini ortaya qoyub.
Bütün bunlar onu göstərir ki, ölkəmiz beynəlxalq birliyin müstəqil və tamhüquqlu subyekti kimi öz milli maraq və mənafelərini qarşılqlı hörmət və ortaq faydalanma prinsipləri çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, eləcə də ölkəmizə olan etimadı artırır.
ETİBARLI TƏRƏFDAŞ
Bildiyimiz kimi, Azərbaycan iqtisadiyyatının inkişaf tempinə görə dünya üzrə ön pillədə dayanan ölkələr sırasındadır. Bu sahədə əldə olunan nailiyyətlər həm ölkə daxilində sosial-iqtisadi siyasətin yüksək səviyyədə həyata keçirilməsi, həm də xarici siyasi əlaqələrin iqtisadi əməkdaşlıq sferasına uğurlu transformasiyası sayəsində mümkün olub. Nəticədə, artıq Azərbaycan beynəlxalq iqtisadi əməkdaşlığın mühüm və etibarlı tərəfdaşı kimi tanınır.
Azərbaycanın dünya iqtisadiyyatındakı yerini müəyyənləşdirən başlıca amil isə enerji siyasəti ilə bağlıdır. Azərbaycanın enerji strategiyası hər zaman olduğu kimi, bu gün də dünyanın diqqət mərkəzindədir. Həyata keçirilən çoxşaxəli enerji siyasəti ilə ölkəmiz regional və qlobal əhəmiyyətli aktora çevrilə bilib. Azərbaycan, həmçinin, enerji üzrə əlaqələrdə regional və qlobal əhəmiyyətini, eləcə də özünün enerji potensialını düzgün qiymətləndirərək əlaqələri də bu əsasda qurur.
Azərbaycanın enerji siyasəti xarici neft-qaz mənbələrindən asılı olan Avropa region ölkələrinin enerji təhlükəsizliyi baxımından çox böyük önəm kəsb edir. Dünya enerji bazarında ara-sıra baş verən proseslər göstərir ki, bəzi dövlətlər neft və qaz amilindən spekulyasiya edərək öz iqtisadi və siyasi məqsədləri üçün yararlanmağa çalışırlar. Azərbaycan isə bütün tərəfdaşları ilə səmimi, real bazar prinsiplərinə uyğun əlaqələr qurmaqla etibarlı partnyor imici qazanıb. Respublikamızın bu cür mövqeyə sahib olması və tarazlaşdırılmış siyasət aparması Azərbaycanın özünün enerji ehtiyatlarından güclü tərəfdaşlıq qurmaq üçün istifadə etdiyini sübut etmiş olur.
Bildiyimiz kimi, 30-dək ölkəyə neft ixrac edən Azərbaycan təbii qaz ehtiyatlarına görə də diqqəti cəlb edir. Ölkənin mövcud qaz ehtiyatları bundan sonrakı 100 il ərzində respublikanın və tərəfdaş dövlətlərin “mavi yanacağa” olan tələbatının ödənməsinə imkan verə bilər. “Şahdəniz-2” layihəsi üzrə Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin inşasına Avropa İttifaqı ölkələrinin böyük marağı və bu istiqamətdə addımları ölkənin təbii resursları ilə yanaşı, etibarlı tərəfdaş imicinin də nəticəsidir.
Beləliklə, digər məsələlərdə olduğu kimi, enerji üzrə beynəlxalq əməkdaşlıq təcrübəsi də Azərbaycanın siyasətdə sözü ilə əməlinin üst-üstə düşdüyünü təsdiq edir.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

