Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Həsənov: Məhz “Xocalıya ədalət!” kampaniyası sayəsində dünya bu faciədən daha geniş məlumatlı oldu

Əli Həsənov: Məhz “Xocalıya ədalət!” kampaniyası sayəsində dünya bu faciədən daha geniş məlumatlı oldu

21.06.2014 [11:15]

İyunun 20-də Bakıda “Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” adlı üçcildlik əsərin təqdimat mərasimi olub.
AzərTAc xəbər verir ki, müəllifləri yazıçı-publisist, Əməkdar jurnalist Vasif Səmədov və siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Vəlizadənin olduğu üçcildliyin təqdimatı AMEA-nın İnsan Hüquqları İnstitutunun, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, “Xocalıya ədalət!” Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyasının və “Kaspian İzvestiya” Beynəlxalq İnformasiya Agentliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Vasif Səmədov deyib ki, 3 cilddən ibarət kitabın məhz Beynəlxalq Qaçqınlar Gününədək hazırlanması və təqdim edilməsi vacib məsələ idi. Əlamətdar haldır ki, bu kitab məhz bu gün təqdim olunur. Azərbaycanda qaçqınlar və məcburi köçkünlər əziyyətli günlər yaşayıblar. Müəllif bildirib ki, kitab üçün materiallar toplayarkən BMT-nin müvafiq strukturları ilə sıx əlaqə qurub, arxiv sənədlərindən istifadə ediblər.
Azərbaycan Respublikası Baş nazirinin mavini Əli Həsənov bildirib ki, Xocalı faciəsi XX əsrin böyük soyqırımlarından biridir. O, qeyd edib ki, bu faciəyə Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində siyasi qiymət verilib. Soyqırımı ilə bağlı Prezident İlham Əliyevin sərəncamları olub. Həmçinin bu soyqırımının tanıdılmasında Heydər Əliyev Fondunun mühüm rolu olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyasına başlanması sayəsində dünya bu soyqırımı barədə daha ətraflı məlumat əldə edib.
Əli Həsənov üçcildliyin ingilis və rus dillərinə tərcümə ediləcəyini bildirərək deyib: “Bu kitablarda elə məlumatlar vardır ki, hətta öz ictimaiyyətimiz də onları eşitməmişdir. Bunları dünya ictimaiyyəti bilməlidir”.
Baş nazirin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll edilməməsinin beynəlxalq birliyin bu məsələyə ədalətsiz yanaşmasının nəticəsi olduğunu bildirib.
Ə.Həsənov deyib: “Bizim güvənc yerimiz dövlətimiz, xalqımız və Prezidentimizdir. Ermənistanda ağır iqtisadi-siyasi böhranın dərinləşməsi Azərbaycan Prezidentinin apardığı uğurlu siyasətin nəticəsidir. Ermənistan heç kimə lazım deyildir. İnsanlar bu ölkəni tərk edir, iqtisadiyyatı acınacaqlı vəziyyətdədir. Bunu sadə ermənilər də yaxşı bilirlər: Ermənistanda hakim rejim dəyişməsə, problemlər həll olunmayacaqdır”.
AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva çıxışında Azərbaycanın üzləşdiyi ağır faciələrə dünyada ikili standartlardan yanaşıldığını vurğulayıb. O qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq təşkilatlar hələ də təcavüzkar Ermənistana qarşı təsirli addımlar atmayıb. Milli Məclisin deputatı Xocalı soyqırımı ilə bağlı Xocalı tribunalının da yaradılmasının vacib olduğunu deyib.
Üçcildliyin hazırlanmasında AzərTAc-ın Xocalı soyqırımı ilə bağlı informasiyalarından və foto materiallardan geniş istifadə olunub.

Paylaş:
Baxılıb: 765 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31