Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bakıda ABŞ-ın müstəqillik günü qeyd edilib

Bakıda ABŞ-ın müstəqillik günü qeyd edilib

04.07.2014 [09:59]

İyulun 3-də ABŞ-ın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin elan olunmasının 238-ci ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil edib.
AzərTAc xəbər verir ki, qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın Əməkdar artisti Fidan Hacıyevanın ifasında hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ölkəsinin müstəqillik tarixindən danışıb. Qeyd edib ki, 1776-cı il 4 iyul ABŞ-ın “Müstəqillik Bəyannaməsi”nin imzalandığı gündür. Bildirilib ki, ABŞ müstəqillik yolunda böyük çətinliklərdən keçərək bu günə gəlib çıxıb.
Azərbaycan-ABŞ münasibətlərindən danışan diplomat iki ölkənin birgə çox uğurlara nail olduqlarını söyləyib. İyirmi ildən artıqdır ki, ABŞ-ın Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəklədiyini qeyd edən səfir iki ölkə arasında güclü tərəfdaşlığın olduğunu söyləyib və bu tərəfdaşlığın daha da möhkəmlənəcəyinə əminliyini bildirib.
Azərbaycan Prezidenti və hökuməti adından ABŞ xalqını milli bayram münasibətilə təbrik edən maliyyə naziri Samir Şərifov ölkələrimiz arasındakı diplomatik münasibətlərdən danışıb. Bildirib ki, Azərbaycan ilə ABŞ-ı bütün sahələrdə səmimi dostluq, qarşılıqlı faydalı əməkdaşlıq birləşdirir. Biz ABŞ ilə əlaqələrimizin inkişafına önəm veririk.
Siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da genişlənməsinin məmnunluq doğurduğunu bildirən Samir Şərifov diqqətə çatdırıb ki, Ümummilli lider Heydər Əliyev həmişə ABŞ-Azərbaycan münasibətlərinə önəm verib, bu əlaqələrin hazırkı səviyyəyə çatmasında mühüm rol oynayıb. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə, demokratiyanın inkişafına və terrorçuluğa qarşı mübarizədə birgə səylərin artırılmasına, o cümlədən təhlükəsizlik və enerji sahəsində əməkdaşlığın dərinləşməsinə mühüm töhfələr verir.
S.Şərifov diqqətə çatdırıb ki, ikitərəfli əlaqələrin genişləndirilməsi üçün səmərəli hüquqi baza yaradılıb. Azərbaycan ABŞ ilə qlobal və regional təhlükəsizlik, demokratik islahatlar, insan hüquqlarına hörmət, tolerantlıq kimi ümumi dəyərləri bölüşür.
Nazir ABŞ şirkətlərinin Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrdə iştirak etdiyini söyləyib, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminində əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir qeyd edib ki, rəsmi Bakı ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ-a problemin həllində böyük ümidlər bəsləyir. Ölkəmizin qlobal enerji təhlükəsizliyinin təmini, regionda sabitliyin bərqərar olunması istiqamətində əməkdaşlığı bundan sonra da davam etdirəcəyini söyləyən S.Şərifov mədəniyyət, turizm, idman sahələrində əlaqələrin genişlənməsi üçün səylərin əsirgənməyəcəyini diqqətə çatdırıb.

Paylaş:
Baxılıb: 666 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31