YAP-ın bələdiyyə seçkilərində möhtəşəm qələbə qazanması üçün kifayət qədər əsaslar var
05.07.2014 [10:04]
Əli Əhmədov: Məqsədimiz odur ki, bələdiyyə seçkilərində partiyamız böyük qələbə qazansın, yerli özünüidarə orqanlarında YAP-ın yüksək təmsilçiliyi təmin olunsun. İnanırıq ki, biz buna nail ola biləcəyik
Azərbaycan hazırda demokratik inkişaf yolunda irəliləyən avanqard ölkələr sırasında yer alır. Ölkəmizdə demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapması və inkişafı daxili siyasətdə strateji prioritet kimi müəyyənləşdirilib. Bu baxımdan, demokratik təsisatların təkmilləşdirilməsi dövlət quruculuğu kontekstində mühüm rola malikdir. Buna görə də ayrı-ayrı ictimai-siyasi təsisatların fəaliyyəti, eləcə də xalqın iradəsini ifadə edən seçki prosesi müstəsna əhəmiyyət kəsb edir. Yeri gəlmişkən, cari ildə ölkəmizdə keçiriləcək bələdiyyə seçkiləri bu baxımdan xüsusi diqqət mərkəzindədir. Çünki əvvəla, bələdiyyələrin səmərəli fəaliyyəti idarəetmənin daha da təkmilləşdirilməsi baxımından önəmlidir. Azərbaycanda bələdiyyələrin inkişafı, institusional təşkilatçılıq qabiliyyəti ölkə daxilindəki davamlı islahatlardan, ümumilikdə, daxili siyasət kursundan, dövlət quruculuğu prosesindən asılıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanda həyata keçirilən inkişaf strategiyasının fonunda reallaşdırılan demokratik islahatlar mütəmadi xarakter daşıyır. Azərbaycan siyasi, hüquqi, iqtisadi islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir. Xüsusilə də müxtəlif sahələrdə islahatların paralel aparılması reallaşdırılan siyasi kursun səmərəliliyini təmin edir. Belə olan halda, bələdiyyə institutları mövcud imkanlardan faydalanmaqla səmərəli idarəetmə mexanizmi formalaşdırmaq imkanına malikdir. Digər tərəfdən, ekspertlər bələdiyyə seçkilərinin Azərbaycanın demokratik inkişafına özünəməxsus töhfələr verəcəyini bildirirlər. Bəlli olduğu kimi, ölkəmizdə keçirilən bütün seçkilər demokratik standartlar əsasında baş tutur və nəticələr Azərbaycanın demokratik dəyərlər və ənənələrə sadiqliyini növbəti dəfə nümayiş etdirir.
Cari ildə ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinin növbəti əhəmiyyəti odur ki, bununla Azərbaycan vətəndaşları öz iradələri əsasında etimad göstərdikləri siyasi qüvvələri dəstəkləyəcəklər. Sirr deyil ki, vətəndaşlar öz fəaliyyətində Azərbaycanın milli maraqlarını əsas götürən, demokratik dəyər və normalara üstünlük verən, ölkənin inkişafı naminə çoxşaxəli fəaliyyət göstərən avanqard siyasi qüvvəyə növbəti dəfə etimad göstərəcəklər. Bu seçimin növbəti dəfə Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin Sədrlik etdiyi Yeni Azərbaycan Partiyası (YAP) olacağına şübhə yoxdur. Məhz ötən illərdə keçirilən bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının üstün qələbəsi bu əminliyi yaradır. Digər tərəfdən, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda qazanılan uğurlar - milli inkişafın Azərbaycan modelinin formalaşdırılması və səmərəli iqtisadi siyasət sayəsində hədəflənən nəticələrin əldə olunması, sosial-iqtisadi islahatların mütəmadi qaydada həyata keçirilməsi, fundamental azadlıqların yüksək səviyyədə qorunması, ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsi və digər bu kimi amillər Azərbaycan vətəndaşlarının Yeni Azərbaycan Partiyasına olan inamını daha da artırıb. Yeni Azərbaycan Partiyasının qarşıdan gələn bələdiyyə seçkilərinə yüksək hazırlığı da qələbəni şərtləndirəcək növbəti amildir. Yeri gəlmişkən, iyunun 28-də keçirilən Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsindəki çıxışı zamanı bu məsələlərə toxunan Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov YAP-ın bu seçkilərlə bağlı hazırlıq işləri apardığını bildirib. “Məqsədimiz odur ki, bələdiyyə seçkilərində partiyamız böyük qələbə qazansın, yerli özünüidarə orqanlarında YAP-ın yüksək təmsilçiliyi təmin olunsun. İnanırıq ki, biz buna nail ola biləcəyik. YAP-ın bu seçkilərdə möhtəşəm qələbə qazanması üçün kifayət qədər əsaslar var. Bilirsiniz ki, Prezidentimizin rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində ölkəmiz dinamik inkişaf edir. O cümlədən, bölgələrdə abadlıq-quruculuq işləri, iqtisadi inkişaf, insanların rifahının yaxşılaşması, regionların simasının dəyişməsi və digər müsbət amillər insanların həyatında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Bütün bu amillər YAP-ın bələdiyyə seçkilərində istinad edəcəyi ciddi resurslardır. Biz inanırıq ki, bu resursların, xüsusilə Prezidentimizin gördüyü işlərin təbliği sayəsində YAP növbəti bələdiyyə seçkilərində uğur qazanacaq, yerli özünüidarə orqanlarında partiyamızın nümayandələri geniş miqyasda təmsil olunmaq imkanı əldə edəcəklər”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Yeni Azərbaycan Partiyasının üstün nüfuzundan bəhs edərkən o da qeyd edilməlidir ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin Sədrliyi ilə ötən müddət ərzində böyük inkişaf yolu keçmişdir. Sıralarını daim kəmiyyət və keyfiyyət etibarilə genişləndirən YAP, sözün əsl mənasında, ümumxalq partiyası kimi çıxış etməkdədir. İkincisi, Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvədir və partiyanın fəaliyyəti xalqımızın ali mənafeyinin ifadəsi kimi çıxış edir. Üçüncüsü, xalqımızın Ümummilli lideri Heydər Əliyevin və Azərbaycan cəmiyyətinin alternativsiz seçimi olan Prezident İlham Əliyevin üstün nüfuzuna söykənən YAP siyasi sistemin mütəmadi inkişafına özünəməxsus töhfələr verir. Bütün bunlar isə qələbələr partiyası olan YAP-ın növbəti möhtəşəm nailiyyətlərini şərtləndirir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

