Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bakıda “Qloballaşan dünyada idarəetmə: Biznes və texnologiya sahəsində irəliləyişlər” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda “Qloballaşan dünyada idarəetmə: Biznes və texnologiya sahəsində irəliləyişlər” mövzusunda beynəlxalq konfrans keçirilir

10.07.2014 [10:22]

İyulun 9-da Bakıda “ADA” Universiteti və Qlobal Biznes və Texnologiya Assosiasiyasının birgə təşkilatçılığı ilə “Qloballaşan dünyada idarəetmə: Biznes və texnologiya sahəsində irəliləyişlər” mövzusunda XVI beynəlxalq konfrans işə başlayıb.
AzərTAc xəbər verir ki, “ADA” Universitetinin rektoru Hafiz Paşayev konfrans iştirakçılarına ali məktəb barədə ətraflı məlumat verib. Azərbaycanın son illər qazandığı nailiyyətləri diqqətə çatdıran rektor H.Paşayev bu uğurların əldə olunmasında müasir idarəetmə sisteminin rolundan bəhs edib. Çağdaş dövrdə qloballaşmanın meydana gətirdiyi yeni çağırışlardan danışan rektor deyib ki, qloballaşan dünyada idarəetmədə müasir yanaşmalar mövcuddur. H.Paşayev bu baxımdan biznes və texnologiya sahələrində əldə olunan uğurların və təcrübə mübadiləsinin önəmini xüsusi qeyd edib.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov müasir dövrdə yeni, innovativ texnologiyaların tətbiqinin əhəmiyyətindən danışaraq bildirib ki, bu gün dünyada yaranmış sərt beynəlxalq rəqabət şəraitində aparıcı ölkələrin iqtisadi uğurları əsasən texnoloji nailiyyətlərə əsaslanır. Elmi-texniki tərəqqinin əsas stimullaşdırıcı amili kimi bu uğurların qazanılmasında informasiya və kommunikasiya texnologiyalarının rolu təkzibedilməzdir. İKT artıq dünya iqtisadiyyatının ən dinamik və sürətlə inkişaf edən perspektivli sektoruna çevrilib.
Ölkəmizdə həyata keçirilən İKT layihələri, xüsusən “Elektron hökumət” portalı barədə də məlumat verən Ə.Abbasov bu istiqamətdə qabaqcıl dünya təcrübəsindən istifadə edildiyini diqqətə çatdırıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov isə qurumun ölkə iqtisadiyyatında oynadığı roldan danışıb. Fondda yüksək səviyyədə idarəetmə mexanizminin qurulduğunu vurğulayan Ş.Mövsümov ARDNF-in bir sıra beynəlxalq qurumlara üzv olduğunu, respublika iqtisadiyyatı üçün önəmli olan iri iqtisadi və sosial layihələri maliyyələşdirdiyini qeyd edib.
Sonra konfrans iştirakçılarının sualları cavablandırılıb.
Beynəlxalq konfrans işini sessiyalarla davam etdirib. Sessiyalarda mədəni müxtəlifliyə, iqtisadi, texnoloji, sosial, hüquqi məsələlərə, sənaye və digər təşkilatların idarə edilməsində qarşıya çıxan problemlərə dair elmi məqalələr təqdim olunacaq, təcrübə mübadiləsi aparılacaq.
“ADA” Universitetində keçirilən beynəlxalq konfransa 40-dan artıq ölkədən nümayəndələr qatılıb. Konfransın təşkilatçıları arasında “ADA” Universiteti ilə yanaşı, Portuqaliya, Yeni Zelandiya, Çexiya, Braziliya, Koreya Respublikası, Tayland, Cənubi Afrika Respublikası, Rusiya və Avstraliyanın qabaqcıl biznes və texnologiya institutları da var.
Konfrans iyulun 12-dək davam edəcək.

Paylaş:
Baxılıb: 752 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31