Newtimes.az analitik-informasiya portalından Azərbaycan mətbuatına müraciət
03.09.2014 [10:02]
Son dövrlərdə dünya və ölkə mətbuatının ən aktual mövzularından biri də özünü ‘’İraq və Şam İslam Dövləti’’ (İŞİD) adlandıran terrorçu qruplaşmanın fəaliyyəti ilə bağlıdır. İlk növbədə, bu terror təşkilatının vəhşilikləri, insanlığa sığmayan hərəkətləri mətbuatda geniş işıqlandırılır. Bütün dünya liderləri bu terrorçular haqqında münasibət bildirirlər.
Azərbaycan mətbuatı da qlobal informasiya məkanının tərkib hissəsi olaraq bu mövzu ətrafında müxtəlif tipli videosüjet, analitik məqalə və ya xəbər verir. Lakin bu materialları verərkən bilərəkdən və ya bilməyərək müxtəlif xəbər saytları, qəzetlər və ya ayrı-ayrı jurnalist həmkarlarımız bəzən bu terror qruplaşmasının adını ‘’İslam dövləti’’ kimi çəkirlər. Bu isə daha çox dünyada, xüsusilə də Qərbdə İslamı bir qorxu mənbəyi, terror dini kimi təqdim etməyə çalışanların dəyirmanına su tökmək deməkdir. Aydındır ki, terrorçuların nə dini, nə də milləti olmur. Bu mənada terror qruplaşması olan İŞİD-i ‘’İslam dövləti’’ adlandırmaq ən azı İslam dininə qarşı hörmətsizlikdir. Məsələnin bu tərəfi ilə bağlı bizim mətbuatda müəyyən materiallar, ictimai-siyasi xadimlərin müsahibələri gedib. Lakin görünən budur ki, hələ də vəziyyət qənaətbəxş deyil. Müşahidə və təhlillər göstərir ki, Azərbaycandilli mətbuatda İŞİD-i ‘’İslam dövləti’’ kimi tanıtmağa çalışanlar sırasında “BBC”-nin Azərbaycan bölməsi, ‘’Amerikanın səsi’’, ‘’Azadlıq” radiosu liderlik edir. Bu isə terror qruplaşmasına ‘’İslam dövləti’’ adı vermək istəyənlərin əsl niyyətlərini göstərir.
Azərbaycan informasiya məkanında 2 ildən çoxdur ki fəaliyyət göstərən, daha çox beynəlxalq əhəmiyyətli mövzuların təhlili istiqamətində ixtisaslaşmış Newtimes.az analitik-informasiya portalı Azərbaycan mətbuatına və jurnalistlərə səslənir. Gəlin hər şeyi öz adı ilə adlandıraq. İŞİD haqqında məlumat verərkən ‘’İslam dövləti’’ deyil, özünü ‘’İraq və Şam İslam Dövləti’’ (İŞİD) adlandıran terrorçu qruplaşma ifadəsindən istifadə edək. Newtimes.az bu təşəbbüsün bütün həmkarlarımızdan dəstək görəcəyinə əmindir. Bir çox mətbuat orqanları ‘’İslam dövləti’’ deyərkən məsələnin siyasi tərəfinə həqiqətən fikir vermirlər. Ona görə də jurnalist həmkarlarımızı bu təşəbbüsü dəstəkləməyə çağırırıq.
Newtimes.az
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46

