/ / Draqan Vuyoviç: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu siyasət nəticələrini verməkdədir
Draqan Vuyoviç: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu siyasət nəticələrini verməkdədir
05.09.2014 [09:46]
Serbiyanın RTS telekanalının saytında Serbiya-Azərbaycan Ticarət Palatasının sədr müavini Draqan Vuyoviçin ölkələrimiz arasında əlaqələrə dair müsahibəsi yerləşdirilib.
Azərbaycanda müşahidə olunan sürətli inkişaf prosesindən, iki ölkə arasında münasibətlərin hazırkı durumundan bəhs edən D.Vuyoviç vurğulayıb ki, tərəflər arasında strateji tərəfdaşlığın inkişafı əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi üçün yaxşı imkan yaradır. O, deyib: “Azərbaycan Serbiya üçün önəmli bir ölkədir. Cari il hər iki ölkənin rəsmiləri arasında intensiv görüşlərin keçirilməsi, birgə layihələrin reallaşdırılması istiqamətində tədbirlərin görülməsi üçün uğurlu ildir. Bu ilin mayında Serbiyada sel fəlakəti baş verən zaman Azərbaycan humanitar yardım göndərən ilk ölkələrdən biri idi”.
Ötən il Serbiya Prezidenti Tomislav Nikoliçin Azərbaycana səfərini xatırladan D.Vuyoviç bildirib ki, səfər çərçivəsində iki ölkə arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Bu gün Azərbaycan və Serbiya arasında beynəlxalq əməkdaşlıq çərçivəsində mövcud əlaqələr xristian və müsəlman ölkələri arasında dostluq və tərəfdaşlığın əsl nümunəsidir.
D.Vuyoviç müsahibəsində bildirib: “Azərbaycan geosiyasi baxımdan önəmli, lakin həssas bir bölgədə yerləşir. Bu ölkə hər hansı hərbi blokların bir parçası olmağı deyil, Qoşulmama Hərəkatının üzvü seçilməyi üstün tutub. Azərbaycan da Serbiya kimi müharibə ilə üzləşib, torpaqlarının 20 faizini itirib. Azərbaycan uzun illərdir Ermənistan ilə müharibə şəraitində yaşayır. Bununla belə, Cənubi Qafqaz iqtisadiyyatının 80 faizi sürətli iqtisadi inkişafın müşahidə olunduğu Azərbaycanın payına düşür. Dünya ölkələri maliyyə böhranından əziyyət çəkdiyi vaxtlarda belə Azərbaycanda tərəqqi müşahidə olunub. Son on ildə bu ölkədə bir milyondan artıq yeni iş yerləri açılıb, işsizliyin səviyyəsi xeyli aşağı düşüb. Bu göstəricilərə görə Azərbaycan hətta bəzi inkişaf etmiş ölkələri də üstələməkdədir. Təbii ki, bu inkişafda enerji sektorunun rolu böyükdür. Lakin Azərbaycan hökuməti üçün qeyri-neft sektorunun inkişaf etdirilməsi də prioritetdir”.
Serbiya-Azərbaycan Ticarət Palatasının sədr müavini diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticələrini verməkdədir. Bu siyasət cəmiyyətin hər bir üzvünün maraqlarını və rifahını təmin etməyə yönəlmiş mütərəqqi inkişaf modelinə əsaslanır. Ölkədə hökm sürən sabitlik və tərəqqi əhalinin hakimiyyətə olan inamını daha da artırır. Son illərdə Azərbaycanda həyata keçirilən ən önəmli layihələrdən biri olan “ASAN xidmət” barədə də fikirlərini bölüşən D.Vujoviç vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan bu qurum dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edir.
Azərbaycanda qısa müddətdə müxtəlif sahələrdə əldə olunan uğurlardan danışan D.Vuyoviç bildirib ki, bu ölkənin “Azərspace-1” ilk telekommunikasiya peyki artıq orbitə buraxılıb. Bu, Azərbaycanda informasiya təhlükəsizliyinin təmin olunması, İKT sektorunun inkişafı və yeni yüksək texnologiyaların tətbiqi baxımından böyük əhəmiyyət kəsb edir.
Azərbaycanda irimiqyaslı layihələrin həyata keçirildiyini deyən D.Vuyoviç Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi nəhəng layihələrdən bəhs edib. Vurğulayıb ki, Avropa ilə Asiyanı birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşması Böyük İpək Yolunun bərpası istiqamətində önəmli addımdır.
Azərbaycanın tolerant bir ölkə olduğunu deyən D.Vuyoviç diqqətə çatdırıb ki, müxtəlif xalqların və dinlərin nümayəndələri bu ölkədə sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Azərbaycan ənənəvi olaraq multimilli, multimədəni bir ölkədir. Buna görə də paytaxt Bakıda hər il Ümumdünya Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumları kimi önəmli tədbirlərin keçirilməsi heç də təsadüfi deyil. Azərbaycan hökumətinin dəstəyi ilə Serbiyada həyata keçirilmiş humanitar layihələr, o cümlədən bu şəhərdə “Taşmaydan” parkının və “Bayraklı cami” məscid kompleksinin, Novı Sad və Novi Pazar şəhərlərində “Müqəddəs Petka” kilsəsinin və Mədəniyyət Mərkəzinin təmir və bərpası bu ölkədə multikulturalizm ənənələrinin mövcud olmasının bariz nümunəsidir.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

